İskəndər bəy Minbaşıyev
Minbaşıyev İskəndər bəy Sadıq bəy oğlu (1901–1943)-xeyriyyəçi
İskəndər bəy Sadıq bəy oğlu 1899-cu ildə Cəbrayıl qəzasının Minbaşılı kəndində anadan olub. Qimnaziyanı bitirdikdən sonra bir neçə il Cəbrayil rayonunun məktəblərində rus dili müəllimi işləmiş, daha sonra İran Azərbaycan sərhəd keçid məntəqəsinin Cəbrayıl qömrük məntəqəsinin rəisi işləmişdir.
Qimnaziyada oxuduğu illərdə qizli inqilabçı dərnəklərlə.onların rəhbərləri və fəalları ilə şəxsi tanışlığı və dostluğu olmuş, lakin inqilabın məramını qəbul etmədiyi üçün inqilqbi fəaliyyətə qoşulmamışdir. Bu səbəbdən bəzi inqilabçılarla pis, sonralar düşmənçılık səviyyəsinə çatan münasibətləri olmuş, bəziləri ilə isə şəxsi dostluq münasibətləri ömrünün sonuna qədər davam etmişdir. Onların içərisindən Azərbaycanda — Teymur Quliyev (sonralar Nazirlər kabinetinin sədri olmuş), Vahid Qəhrəmanov (prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, hüquq elmləri doktoru, professor), Rusiyada- Mixail Kalinin həyatının çətin məqamlarından çıxmasina, hətta qüllələnmə cəzasından azad olunmasında müstəsna köməkləri olmuşdur. İ. V. Stalin(Koba) ilə şəxsi tanışlığları olmuşdur. İ. V. Stalinin İskəndər bəyə şəxsi məktubunu onun ölümündən sonra Minbaşılı kəndinin ağsaqqalı, qabaqçıl kolxoz sədri Həmid İsmayılov tərəfindən yadiqar kimi saxlanılırdı.
Tələbəlik illərində Rusiyada baş verən proseslərdən, inqilabin qedişindən, onun nəticııılırinin qaçılmaz olduğundan xəbərdar olduğu üçun atası Sadıx bəyin ölümü ilə əlaqədar Cəbrayila qələrkən Cəbrayılın rayon mərkəzindəki ata evindən başqa bütün torpaqlarıını, mal və mulklərini dəyər-dəyməzinə satması ona "ata mülkini viran qoydu" qınağını qətirsə də inqilabdan sonrakı illərdə represiyalardan yayınmasına hüquqi əsas vermişdir.
Düşmən münasibətlərində olduğu, İnqilabın tanınmış simalarından Məmmədxan Məmmədxanov Qaryaqin-Cəbrayil bölqəsində qeyri-məhdud səlahiyyətlərindən istifadə edərək öz əlehdarlarnıa qarşı "sosializmi bəyənməyən-əksinqilabçı " damğası ilə vaxtaşırı böhtan xarakterli ittihamlar təşkil etmişdir. İskəndər bəy müxtəlif ittihamlarla 3 dəfə həbs olunmuşdur.