Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minbaşı
Minbaşı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Minbaşı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraquç Minbaşı
Qaraquç Minbaşı (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (5 ailə).
Minbaşılı
Minbaşılı (Cəbrayıl)
Minbaşılı (Cəbrayıl)
Minbaşılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Minbaşlı Cəbrayıl r-nunda kənd. Düzənlikdədir. XIX əsrdə kənd Köhnəqışlaq adlandırılan sahədə bir neçə oymaqdan ibarət olmuşdur. Sonralar Parayataq adlı indiki yerə köçmüşdür. Kənddə iki nəsil vardlr: minbaşılılar ve cəfəralılar. Kənd minbaşılı nəslinin adını daşıyır. İskəndər bəy Minbaşıyev-xeyriyyəçi Əsas təsərrüfatı heyvandarlıq idi.
Minbaşılı (Saatlı)
Minbaşılı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
İskəndər bəy Minbaşıyev
Minbaşıyev İskəndər bəy Sadıq bəy oğlu (1901–1943)-xeyriyyəçi İskəndər bəy Sadıq bəy oğlu 1899-cu ildə Cəbrayıl qəzasının Minbaşılı kəndində anadan olub. Qimnaziyanı bitirdikdən sonra bir neçə il Cəbrayil rayonunun məktəblərində rus dili müəllimi işləmiş, daha sonra İran Azərbaycan sərhəd keçid məntəqəsinin Cəbrayıl qömrük məntəqəsinin rəisi işləmişdir. Qimnaziyada oxuduğu illərdə qizli inqilabçı dərnəklərlə.onların rəhbərləri və fəalları ilə şəxsi tanışlığı və dostluğu olmuş, lakin inqilabın məramını qəbul etmədiyi üçün inqilqbi fəaliyyətə qoşulmamışdir. Bu səbəbdən bəzi inqilabçılarla pis, sonralar düşmənçılık səviyyəsinə çatan münasibətləri olmuş, bəziləri ilə isə şəxsi dostluq münasibətləri ömrünün sonuna qədər davam etmişdir. Onların içərisindən Azərbaycanda — Teymur Quliyev (sonralar Nazirlər kabinetinin sədri olmuş), Vahid Qəhrəmanov (prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, hüquq elmləri doktoru, professor), Rusiyada- Mixail Kalinin həyatının çətin məqamlarından çıxmasina, hətta qüllələnmə cəzasından azad olunmasında müstəsna köməkləri olmuşdur. İ. V. Stalin(Koba) ilə şəxsi tanışlığları olmuşdur. İ. V. Stalinin İskəndər bəyə şəxsi məktubunu onun ölümündən sonra Minbaşılı kəndinin ağsaqqalı, qabaqçıl kolxoz sədri Həmid İsmayılov tərəfindən yadiqar kimi saxlanılırdı. Tələbəlik illərində Rusiyada baş verən proseslərdən, inqilabin qedişindən, onun nəticııılırinin qaçılmaz olduğundan xəbərdar olduğu üçun atası Sadıx bəyin ölümü ilə əlaqədar Cəbrayila qələrkən Cəbrayılın rayon mərkəzindəki ata evindən başqa bütün torpaqlarıını, mal və mulklərini dəyər-dəyməzinə satması ona "ata mülkini viran qoydu" qınağını qətirsə də inqilabdan sonrakı illərdə represiyalardan yayınmasına hüquqi əsas vermişdir. Düşmən münasibətlərində olduğu, İnqilabın tanınmış simalarından Məmmədxan Məmmədxanov Qaryaqin-Cəbrayil bölqəsində qeyri-məhdud səlahiyyətlərindən istifadə edərək öz əlehdarlarnıa qarşı "sosializmi bəyənməyən-əksinqilabçı " damğası ilə vaxtaşırı böhtan xarakterli ittihamlar təşkil etmişdir. İskəndər bəy müxtəlif ittihamlarla 3 dəfə həbs olunmuşdur.
Minbaş-i Hisarlı (Marağa)
Minbaş-i Hisarlı (fars. ‎‎‎مين باش حصارلو‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (19 ailə).
Dəniz minası
Dəniz minası - dənizdə istifadə üçün nəzərdə tutulmuş silahdır. Gəmilərin, sualtı qayıqların və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuşdur.
M93 HORNET minası
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür. == Dizaynı == 1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı. == Tərifi == Həm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur.
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Onbaşı Zeynəb
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Maebaşi
Maebaşi (yap. 前橋市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Qunma prefekturasının paytaxtı.
Monpası
Monpası (fr. Montpensier) — şəffaf karamel kütləsindən hazırlanmış xırda ölçülü şirniyyat növü. Monpası yarpaq, giləmeyvə, kürəcik və s. formalarda, müxtəlif rənglərdə hazırlanır. Səthi hamar, parlaq və ya şəhər tozu səpilmiş olur. Hiqroskopik olduğundan tənəkə qutularda buraxılır. Həmliyi 3%-dir.
Ninkasi
Ninkasi — Şumer mifologiyasında pivə ilahəsidir. Atası Uruk kralı, anası isə İnanna məbədinin baş kahini, nəsil ilahəsi idi. Enki'nin aldığı səkkiz yaradan birini sağaltmaq üçün yaradılan səkkiz uşaqdan biridir. Bundan əlavə, o, spirt tanrıçasıdır. O, "istəyi təmin etmək" və "ürəyi doyurmaq" üçün hazırlanmış ilahədir. İçkini gündəlik olaraq hazırlayırdı. Ninkasi bu kolleksiyada bir neçə dəfə görünür.
Minakşi məbədi
Minakşi məbədi — Hindistanın Tamilnad ştatında yerləşir. Minakşi məbədi Hindistanın Tamilnad ştatında yerləşir. 1310-cu ildə tikilmiş məbəd dəfələrlə işğalçıların hücumuna məruz qalsa da, dövrümüzə qədər gəlib çata bilib. Məbədin xarici görünüşü turistlərin diqqətini xüsusilə cəlb edir. Bu da əbəs deyil. Belə ki, məbəd xaricdən biri digərindən tamamilə fərqlənən minə yaxın kiçik heykəllərlə bəzədilib. Heykəllərin arasında müxtəlif hind tanrıları, uydurma heyvanlar, musiqiçilər, eləcə də sadə qadın və kişi fiqurlarına rast gəlmək mümkündür. Məbəd binasının fasadını bəzəyən heykəllər hər 12 ildən bir bərpa olunur və rənglənir. Qeyd edək ki, heykəllər üzərində son bərpa işləri 2009-cu ildə aparılıb. Kompleksin eni 258 metr, uzunluğu isə 223 metrdir.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə (Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir. Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın "Çıxış" kitabının 16-cı fəslində, "Saylar"ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir. Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu. O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı. Yeməyə heç nə yox idi. İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər. Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi. Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər. Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.
Uşaqlıq mioması
Uşaqlıq mioması – uşaqlıq divarının saya əzələ hüceyrələrindən əmələ gələn şişvari törəmədir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur. Uşaqlıq miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır. Miometri kütləsi estrogenlərin başlatdığı saya əzələ hüceyrələrinin hiperplaziyası və həmçinin də bu hüceyrələrin hipertrofiyası nəticəsində arta bilər. Estrogenlərlə bərabər miomanın böyüməsini progesteron stimullaşdırır. Uşaqlıq mioması zamanı saya əzələ hüceyrələrinin hipertrofiyası onların hamiləlik dövründə olan hipertrofiyası ilə eynidir və yalnız estradiol ilə proqesteronun nisbətən yüksək konsentrasiyasında birləşmiş təsiri zamanı ortaya çıxa bilər. Lyüetin fazasında proqesteron miositlərin mitotik fəallığını artırır, bundan əlavə proqesteron böyümə faktorlarının induksiyası yolu ilə miomanın böyüməsinə təsir edir. Mioma toxumasında estradiol və proqesteron reseptorları sabit miometridəkindən daha çoxdur.
Xanım milyası
Xanım milyası (ing. Ladies' Mile) — Nyu-York şəhəri Midtaun Manhetten hissəsinin Fletayron rayonunun tərkibindəki tarixi ticari kvartal. Xanım milyası 14-cü və 23-cü küçələr, Brodvey və Altıncı prospekt ilə ətraflanıb. Rayonun populyarlığı XIX əsrin ikinci yarısının əvvəllərində "Macy’s" mağazasının 1858-ci ildə Altıncı prospektin və 14-cü küçənin kəsişməsində açılması ilə artdı, iki il sonra isə 23-cü küçə ilə kəsişmədə yerləşən Beşinci Prospekt hotelində Uels şahzadəsi VII Eduard gecələdi. Sonrakı 20 il ərzində rayonda bir çox nüfuzlu mağazalar açıldı. Ticari istiqamətdən savayı rayonda restoranlar, musiqi və kitab mağazaları və nəşriyyatların işi yaxşı gedirdi. Xanım milyasında inşa edilən evlər tez -tez Avropa üslubunu təqlid edirdi. ABŞ-nin bir çox birinci xanımları və görkəmli aktrisalar Xanım milyasında yerləşən mağazalardan alış-veriş etmişdi. Edit Varton və Horas Qrili kimi görkəmli şəxslər burada yaşamışdılar. 1878-ci ildə Altıncı prospekt boyunca estakada dəmir yolunun inşası daha da çox alıcı axınına səbəb oldu.
Xəzər minoqası
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.
İşığın sınması
İşığın sınması — iki şəffaf mühitin sərhədindən keçərkən işığın yayılma istiqamətinin dəyişməsi. Hələ Aristotelə məlum olduğuna baxmayaraq sınma qanununu Snellius müəyyən etmiş, riyazi ifadəsini isə Rene Dekart vermişdir. İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su və s.) ayıran səthə düşdükdə onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir. • İşıq şüasının bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsi işığın sınması adlanır. Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöqtəsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpendikulyar, α – düşmə bucağı, γ (qamma) – sınma bucağıdır. Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpendikulyarına yaxınlaşır. Əgər su daha böyük sıxlığa malik mühitlə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa perpendikulyara daha çox yaxınlaşar. İşıq şüası sıxlığı kiçik olan şəffaf mühitdən sıxlığı böyük olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur. Sıxlıqları müxtəlif olan iki şəffaf mühiti ayıran sərhədə perpendikulyar düşən işıq şüası ikinci mühitə sınmadan keçir. Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə müəyyən etdiniz: birincisi, hava-su səthinə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən bu iki mühitin sərhədinə qaldırılan perpendikulyar müstəvi lövhə üzərində yerləşir; ikincisi, düşmə bucağını böyütdükdə sınma bucağı böyüyür, düşmə bucağını kiçiltdikdə isə sınma bucağı da kiçilir.
Qiymət miqyası
Qiymət miqyası (ing. scale of price) — ölkənin valyutasının daxili bazarda alınma qabiliyyətini müəyyən edən pul sisteminin təsviri. Pul nəzəriyyəsi daxilində pulun dəyər ölçüsü kimi funksiyası ilə məşğul olan kateqoriyadır. Qiymət miqyasının tətbiqi ilə əlaqədar olaraq puldan ölçmə üçün deyil, mühasibat uçotu vasitəsi kimi istifadə olunmağa başlandı. Milli pul sistemləri bir valyuta vahidinin müəyyən miqdarda qiymətli metala (çox vaxt qızıl) bağlanmasından istifadə edirdi, bu da qızılın rəsmi qiymətini saxlamağa imkan verirdi. Bu siyasət pulun əsas funksiyası — dəyər ölçüsü kimi “qızılın rəsmi qiymətinin saxlanmasını” nəzərdə tutur. Hər bir dövlətin “pul vahidi kimi qəbul edilən metalın (qızıl və ya gümüşün) çəkisini və onun qatlarını” (BSE-də “qiymət miqyası”nın tərifi, 1974) göstərdiyi və hər bir ölkənin “qiymət ölçülərini” müəyyən etdiyi bir vaxtda qızıl məzmunu əsasında hesablanmış valyuta kursları üzrə. 1971-1973-cü illərdə baş vermiş və 1976-cı ildə qızıla əsaslanan Bretton-Vuds sisteminin dağılmasına səbəb olan dövlətlər qızılın rəsmi qiymətini saxlamaqdan imtina etdikdə, qızılın demonetizasiyası dövründə, ölkələrarası müqayisələr. qiymət tərəziləri öz “qızıl bazasını”, “ümumdünya ekvivalentini” itirdi. Yeni şəraitdə istifadə məqsədi ilə alıcılıq qabiliyyəti paritetinin təxmini göstəricisi qəbul edilmişdir.
Fletayron binası
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Həyatın mənası
Fəlsəfi bir sual olan "Həyatın mənası nədir?" sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və "məna" sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: "Həyatın mənşəyi nədir?", "Kainatın və həyatın təbiəti nədir?", "Həyatı dəyərli edən nədir?", "İnsan həyatının məqsədi nədir?" Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, "həyatın mənası" problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. == Məşhur fikirlər == Bir çox insan müəyyən bir dövrdə özlərinə "həyatın mənası nədir?" sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar … gəlirlərin artması və sosial statusun yüksəldilməsi. … başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq … səni incidənləri yox etmək və ya pasifist olmağa çalışmaq … Yaşamaq … öz ailənizi və ya başqasının ailəsini qorumaq … güc qazanmaq və gücdən istifadə etmək … kitab və ya rəsm kimi sənət əsərlərini miras qoymaq/buraxmağa çalışmaq … fiziki, maddi və ya əqli azadlıq əldə etmək … məşhur olmaq … çox övladlı olmaq Hikmət və bilik … mütəmadi sual vermək və ya sual verməmək … hüdudlardan kənarları araşdırmağa çalışmaq … kiminsə səhvlərindən nəticələr çıxarmaq … daimi olaraq həyatın mənasını başa düşməyə və anlamağa çalışmaq … bir insanın baxış bucağını/dünyagörüşünü dəyişdirmək Əxlaqi … mərhəmət göstərmək … başqaları ilə və təbiətlə dinc şəraitdə yaşamaq … aşiq olmaq … aşiq etdirmək … fəzilətli olmağa çalışmaq … digər insanlara xidmət etmək … ədalət üçün çalışmaq Dini və mənəvi.
Jerebsovun binası
Jetebsovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail İliç Jerebsova mənsub olmuşdur. Adres: Taqanroq ş, Frunze küçəsi, 70. == Tarixi == İki mərtəbəli villa, Jerebsovun evi XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina 1860-cı illərdə oldenburqlu və fransız agent olan Aleksandr Federoviç Qemerleyə mənsub olmuşdur. 1970-ci illərdə Şimali Alman İttifaqının konsulu binada xidmət etmişdir. 1872-ci ildə şəhərdə icra hakimiyyəti təsis edilərkən Qermele bu tərkibə daxil edilir. 1880-ci illərdə bina torpaq sahibi, 1-ci gildiya taciri fəxri şəhər sakini M. İ. Jerebsov almışdır.
Kamennovun binası
Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur.
Koqbetlievin binası
Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8. == Tarixi == XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər.
Lakierovların binası
Lakierovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində olmuşdur. Bina 1830-cu illərdə inşa edilmişdir. Bina Qreçeskaya 42 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == XIX əarin əvvəllərindı inşa edilən bina kərpiç stilinə malik olmuşdur. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində idi. I Aleksadrın Taqanroqu ziyarəti zamanı burafa at tövləsi vardı. Onlar şəhər vəsaiti hesabına inşa edilmişdir. Burada kazaklata aid leyb qvardiya yerləşirdi. Bu binanın sahibləri baxımından zəngin tarixi vardı.