Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emil Abdullayev
== Həyatı == Emil Abdullayev 1989-cu il iyunun 30-da Bakı şəhərində dünyaya gəlmişdir. 1995—2006-cı illərdə Səməd Abdullayev adına 290 saylı orta məktəbdə təhsil almışdır. 2006—2011-ci illərdə “Odlar Yurdu” universitetində qiyabi ali təhsil alan Emil Abdullayev 2008— 2009-cu illərdə hərbi xidmətdə olmuşdur. 2009—2011-ci illərdə isə Türkiyədə “3D Akademi”-də təhsil almış və təhsilini xüsusi fərqlənmə diplomları ilə bitirmişdir. == Karyerası == Emil Abdullayev 2011-ci ildə "M Group Production" şirkətində rejissor kimi işə başlamış və 2012—2014-cü illərdə ANS teleakanalında yayımlanan “Bu da bu” yumoristik telelayihənin quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə "My name is İntiqam" komediya filminin quruluşçu rejissoru olmuşdur. Eyni zamanda filmin bütün montajını da özü etmişdir. (Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.) Emil Abdullayev My name is İntiqam filminin quruluşçu rejissoru olmaqla, Azərbaycan kino tarixində ən gənc uzunmetrajlı film çəkmiş rejissor kimidə tarixə düşüb 2015—2016-cı illərdə “Azad Azərbaycan” və “İlk Media” şirkətinin məhsulu olan və "Bozbash Pictures"in istehsalı olan “Axırıncı yol” macəra komediyasının quruluşçu rejissoru olmuşdur. (Xatırladaq ki, Axırıncı Yol filmi Azərbaycan müstəqil olduqdan sonra kinoteatrlarda yerli və xarici filmlər arasında 30 gün ərzində 100.000 baxış sayı toplamış yeganə filmdir.) Eyni zamanda "Axırıncı Yol" macəra komediyasının bütün montajını da Emil Abdullayev özü etmişdir.
Emil Novruzov
Emil Ramazanov
Emil Valdteyfel
Emil Valdteyfel (9 dekabr 1837[…], Strasburq – 12 fevral 1915[…], Paris) — alman əsilli fransız bəstəkar və pianoçu. O əsasən valsları ilə məşhurdur. Ən məşhur valsları "Bənövşələr" valsı (148-ci əsəri) və "Konkisürənlər" valsıdır (183-cü əsəri).
Emil Mustafayev
Emil Ramil oğlu Mustafayev (ukr. Еміль Раміль огли Мустафаєв; 24 sentyabr 2001, Kirovoqrad) — "Polesye Jitomir" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar futbolçu. Ukraynada anadan olub, Azərbaycan Milli Komandasını təmsil edir. == Karyerası == Mustafayev Kirovoqrad vilayətinin müxtəlif gənclər idman məktəbinin yetirməsi olmuş və 5 yaşından etibarən futbol oynamağa başlamışdır. O, həmçinin bir mövsüm futzal üzrə "Tarasivka" FK-da oynamış, 2018-ci ilin avqustunda Ukrayna Premyer Liqasında çıxış edən "Oleksandriya" FK ilə müqavilə imzalamışdır. Mustafayev Ukrayna Premyer Liqasında debütünü 9 may 2021-ci ildə "Zorya Luhansk" FK-ya qarşı səfərdə uduzduqları oyunda ikinci hissədə əvəzedici oyunçu kimi çıxış edərək etmişdir. == Beynəlxalq karyerası == Emil Mustafayev Ukraynada anadan olsa da, Azərbaycan əsilli olduğu üçün 2021-ci ilin noyabrında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. O, böyüklərdən ibarət Azərbaycan millisində debütünü 22 mart 2024-cü ildə Monqolustan millisi ilə yoldaşlıq oyununda edib.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Emil Abbasov
Emil Abbasov (tam adı: Abbasov Emil İnqilab oğlu; 11 iyul 1971, Bakı) — "Bakılı oğlanlar" ŞHK komandasının üzvü. == Həyatı == 11 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978 – 1988-ci illərdə Bakı şəhəri 160 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1993-cü ildə həmin institutu bitirib. İxtisası iqtisadçıdır. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib. Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılmışdır.
Emil Abduləzimli
Emil Ajar
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman, Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Emil Andres
Emil Andres (ing. Emil Andres; 22 iyul 1911 – 20 iyul 1999) — amerikalı idmançı, avtoidman yarışlarının iştirakçısı, xüsusən 30–40-cı illərdə İndianapolisdə 500 mil yarışında iştirak etməsi ilə tanınmışdır. On iki il ərzində çıxışlarına görə ən yaxşı beşinci yeri, 1946-cı ildə isə dördüncü yeri tutdu. == Bioqrafiya == İllinoys əyalətindən olan Emil, 1930-cu illərdə Birləşmiş Ştatlarda müxtəlif yarışlarda bir araya gələn avtomobil yarışçı qrupuna üzv idi. Qrup ʻʻChicago Gangʼʼ adlanır və Tony Bettenhausen, Cowboy O'Rourke, Paul Rousseau, Jimmy Snyder və Wally Zeil kimi üzvləri var idi. Əsas ölkə çempionatına AAA Championship Car drivers qatılaraq, ilk olaraq 1935-ci ildə İndianapolisin 500 mil iştirak etməyə cəhd göstərdi. O, bu cəhddə müvəffəqiyyətli olmadı, amma Springfield şəhərində keçirilən torpaq ovalı yarışında, üçüncü oldu. Növbəti il, cəhd daha yaxşı idi — sonuncu olaraq başlayıb, 18-ci sırada qərarlaşdı. 1940-cı il keçirilən yarışda, Andres 12-ci yeri əldə etməsinə baxmayaraq, düşən yağış səbəbiylə oyun dayandırıldı. 1941-ci ildə o, xüsusilə keyfiyyətli oyun nümayiş edərək 15-ci yeri qazandı.
Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru. == Həyatı == Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb. 1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib.
Emil Babayev
Emil Babayev (1 may 1979, Bakı) — Rejissor == Həyatı == Babayev Emil İlqar oğlu 1 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1994–1998-ci illərdə Q. Hüseynli adına musiqi texnikumunu oxuyub. 1999-cu ildə isə Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinə daxil olub. 2003-cü ildə isə oranı bitirib.2002-ci ildən 2006-cı ilədək Lider TV(Azərbaycan redaksiyasi-Rejissor), 2006–2009 ilədək Azərbaycan televiziyasında (AzTV) Müəllif proqramları və xüsusi layihələr departamentində-Rejissor,2009–2011 ilədək ANS tv də Baş rejissor,2011–2012 illər arasında İnteraz tvdə Baş rejissor kimi fəaliyyət göstərib.2012 −2016-cı illərdə Azad Azərbaycan (ATV) televiziyasının "Bətənim" yaradıcılıq birliyinin rəhbəri kimi fəaliyyət göstərib.2016–2018-ci illərdə SOY prodakşında quruluşçu rejissor olaraq calışıb.2019-cu ildən 2024-cü ilə qədər Azərbaycan televiziyasında Qrup rəhbəri və quruluşçu rejissor olaraq bir cox layihələr edib. Evlidir iki övladı var.
Emil Balayev
Emil Nazim oğlu Balayev (17 aprel 1994[…], Volqoqrad) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" və Azərbaycan milli futbol komandasında çıxış edən peşəkar qapıçı. == Klub karyerası == Gənc oyunçu kimi Balayev Neftçinin gənclər klubunun üzvü olub, 2011-ci ildən Neftçidə çıxış edib . Balayev 2012-ci ilin sentyabrında Sumqayıt FK-ya qarşı Azərbaycan Premyer Liqası qarşılaşmasında Neftçi klubunda debüt etdi. 2013-cü ildə Balayev mövsümü icarə əsasında Araz-Naxçıvanda keçirib. Balayev 2014-cü ilin yanvar ayında Neftçi FK -dan Bundesliqanın Ayntraxt Frankfurt FK-a klubuna tranfer olundu , ancaq o, Ayntraxt Frankfurtda heç bir oyun keçirmədi. 2019-cu ilin yanvarında Balayev Səbaildən Qazaxıstanın "Tobol" klubuna keçdi. 9 il mart 2019-da Qazaxıstan Premyer Liqasında Tobol üçün peşəkar debütünü, 3:0 hesabı ilə başa vuran "İrtış Pavlodar" klubuna qarşı ev matçında başlamışdır. 2020-2022-ci illərdə Emil Balayevin klubu "Qarabağ" olub. 2022-ci ilin fevral ayında tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər və Emil Balayevin "Turan"a (Qazaxıstan) keçidi rəsmiləşib. Lakin imzalanan müqavilənin detalları açıqlanmayıb.
Emil Berliner
Emil Berliner (alm. Emil Berliner‎; 20 may 1851[…], Hannover – 3 avqust 1929[…], Vaşinqton) — Alman və amerikan ixtiraçısı, 29 sentyabr 1887-ci ildə qramofonun ilk patentini almışdır. == Həyatı == 1899-cu ildə Emil Berliner Peterburqda səsyazma studiyası açır. 1901-ci ildə "Emil Berliners Qrammofon" şirkəti əsasında "Qrammofon" adlı ingilis səhmdar cəmiyyəti yaranır. Gələn il "Qrammofon"un bölmələri Moskvada, Kiyevdə, Varşavada, Riqa və Tiflisdə açılır. Həmin il Riqada qramvallar buraxan fabrik tikilir. == İstinadlar == == Xarici keçidlər == [1] Звукозапись — самое начало… Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine — Архив журнала "Звукорежиссёр". 09.03.
Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam. == Həyat və yaradıcılığı == 1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir. 1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı. Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.
Emil Bok
Emil Bok (rum. Emil Boc; d. 6 sentyabr 1966) — Rumıniya baş naziri. == Həyatı == Emil Bok 6 sentyabr 1966-cı ildə doğulmuşdur. 1991-ci ildə Babeş-Bolyai Universitetinin Tarix və Fəlsəfə fakültəsindən, 1995-ci ildə Babeş-Bolyai Universitetinin Hüquq fakültəsindən məzun olmuş, 2000-ci ildə isə Babeş-Bolyai Universitetinin Politologiya və siyasət fəlsəfəsi üzrə doktorantura təhsili almışdır. Doktorantura təhsili aldığı müddətdə, yəni 1996-cı ildə o, Kluj Barosunda hüquqşünas olaraq çalışmışdır. Təhsilini tamamladıqdan sonra, yəni 2000–2008-ci illərdə Babeş-Bolyai Universiteti, Politologiya və Dövlət İdarəçiliyi və Hüquq fakültələrində mühazirəçi olaraq çalışmışdır. Bununla yanaşı o, George Lazar adına Pedaqoji Texnikumda müəllim, Müasir tarix və siyasi elmlər fakültəsində kiçik elmi işçi, Siyasət və idarəetmə elmləri fakültəsində mühazirəçi assistent olaraq da fəaliyyət göstərmişdir. Emil Bok evlidir. İngilis və fransız dillərini bilir.
Emil Borel
Felix Edouard Justin Emile Borel (7 yanvar 1871[…], Sent-Afrik və ya Lion – 3 fevral 1956[…], Paris) — Fransa riyaziyyatçısı və siyasətçisi. == Fəaliyyəti == Ehtimal nəzəriyyəsinə aid kitablarından birində, ictimaiyyətə sonsuz meymun teoremi ya da oxşar adlarla tanış olan düşüncə sınağını ortaya atmışdır. 1913-cü və 1914-cü ildə tədqiqat və açıqlamarı ilə hiperbolik həndəsə və xüsusi nisbilik nəzəriyyəsi arasında körpü qurmuşdur. 1920, 1930 və 1940-cu illərdə fəal olaraq siyasətlə maraqlanmışdır. Adına Ayda krater adlandırılmışdır.
Emil Braginski
Emil Veniaminoviç Braginski (rus. Эмиль (Эммануэль) Вениаминович Брагинский; 19 noyabr 1921, Moskva – 26 may 1998, Moskva) — ssenarist. == Həyatı == Emil Veniaminoviç Braginski 19 noyabr 1921-ci ildə Moskvada anadan olmuşdur. 1953-cü ildə Moskva hüquq institutunu bitirmişdir. Kinossenarist kimi ilk işi 1955-ci ildə olmuşdur. 1963-cü ildən Emil Braginskinin kinorejissor Eldar Ryazanovla fəaliyyəti başlanır. Bu əməkdaşlığın ilk bəhrəsi 1966-cı ildə ekranlara çıxan "Avtomobildən qorun" filmi olur. Bu filmin uğurundan sonra yaranan "Uğur ziqzaqı", "Qoca quldurlar", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj" kimi filmlər də onların birlikdə işinin nəticəsi idi… Emil Braginski 26 may 1998-ci ildə vəfat etmişdir.
Emil Butru
Emil Butru (fr. Émile Boutroux; 28 iyul 1845[…], Monruj – 22 noyabr 1921[…], Paris) — fransız filosofu. == Həyatı == Ali Normal Məktəbdə təhsil almışdır. 1888-ci ildən Paris Universitetinin professoru, 1912-ci ildən Fransa Akademiyasının üzvü idi. == Fəaliyyəti == Butru həyat, psixika və təfəkkür təzahürlərinin şərhində mexanistik determinizmə qarşı çıxaraq, varlığın maddi, instinktiv və şüurlu səviyyələri arasında radikal uçurum olduğunu iddia etmiş və vurğulamışdır ki, ali səviyyələr aşağı səviyyələrə müncər edilmir və onlardan asılı deyildir, onlara nəzərən “təsadüfidir”. Canlının keyfiyyət özü nəməxsusluğunu Butru iyerarxiya nizamına və fərdiləşməyə canatmada görürdü: “Həyat bu mənada əsl yaradıcılıqdır”. Butru ruhun ilkinliyini təsdiqləyərək hesab edirdi ki, varlığın səviyyələr iyerarxiyası azad ilahi yaradıcılıq aktının nəticəsidir. Bu iyerarxiya hər bir səviyyədə artan azadlığın inkişafının vasitəsi və şərti kimi çıxış edir. Butrunun ideyaları A.Berqsona, M. Blondelə təsir göstərmişdir. == Əsərləri == De la Contingence des Lois de la Nature (1874).
Emil Deşöfi
Emil Deşöfi (mac. Dessewffy Emil; 24 fevral 1812 və ya 16 fevral 1814, Preşov – 10 yanvar 1866, Bratislava) — 1855-ci ildən ölümünə qədər Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsini yerinə yetirən Macarıstanın mühafizəkar siyasətçisi, Mühafizəkarlar partiyasının lideri. == Həmçinin bax == Macarıstan Elmlər Akademiyası == İstinadlar == Szinnyei, József: Magyar írók élete és munkái II. (Caban–Exner). Budapest: Hornyánszky. 1893.
Emil Durkhaym
David Emil Dürkheym (fr. David Émile Durkheim; 15 aprel 1858[…] – 15 noyabr 1917[…], Paris) — Fransa sosioloqu və filosofu, Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi, sosiologiyanın müstəqil elm kimi əsasını qoyanlardan biri. == Həyatı == Emil Dürkheym 1858–1917-ci illər arasında yaşamış və sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın "atalarından" biri sayılır. Onun "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərləri tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə olunan intihar, xaos, özbaşınalıq, birliyin olmaması kimi ciddi sosial problemlərə işıq tutmuş və onları anlamağımızda və həll yolları tapmaqda köməkçi olmuşdur. Dürkheym dinin insanları birləşdirən və pis əməllərdən çəkindirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut etmişdir. Qısacası, cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını deyən Dürkheymin bu ideyası hələ də öz çəkisini qoruyub saxlamaqdadır və XX–XXI əsrlərdə yaşamış məşhur Amerikan sosioloqu Brayan Vilson tərəfindən də sübut olunmuşdur. == İntiharla bağlı olan tədqiqatları == Emil Dürkheymin sosiologiya və ümumiyyətlə, bütün elm aləminə verdiyi ən böyük töhfə şübhəsiz ki, onun intihar hadisələri ilə bağlı apardığı araşdırmalar olmuşdur. Dürkheymə qədər təkcə Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym kəşf etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. Dürkheym araşdırmasına müxtəlif Avropa ölkələrindəki intiharla bağlı statistik məlumatları yığaraq başladı. O tez bir zamanda gördü ki müəyyən qrup insanlar (katoliklər, qadınlar, varlı şəxslər, cavanlar) digərlərindən (protestantlar, kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atırlar.
Emil Qabrielyan
Emil Samsonoviç Qabrielyan (erm. Էմիլ Սամսոնի Գաբրիելյան; 31 yanvar 1931, Əştərək – 21 iyul 2010, ABŞ) — erməni həkimi və akademik. 1971–1975-ci illərdə İrəvan Dövlət Tibb İnstitutunun rektoru, 1975–1989-cu illərdə isə Ermənistanın səhiyyə naziri olub. == Həyatı və karyerası == Emil Qabrielyan 1931-ci ildə Əştərək şəhərində anadan olub. 1954-cü ildə İrəvan Tibb İnstitutunu bitirmişdir. 1959-cu ildən həmin institutun farmakologiya kafedrasında çalışmışdır. 1968-ci ildə dosent, 1971-ci ildə isə professor elmi adını almışdır. 1961–1971-ci illərdə İrəvan Tibb İnstitutunun prorektoru, 1971–1975-ci illərdə rektor, 1975–1989-cu illərdə Ermənistanın səhiyyə naziri olub. 1976-cı ildə YBİ-nin Farmakologiya kafedrasının Qan dövranı farmakologiyası kafedrasını yaradıb, 1988–1994-cü illərdə Farmakologiya kafedrasının müdiri olub. 1992-ci ildən ER Dərman və Tibbi Texnologiyalar Agentliyinin təsisçisi-direktoru, 1994-cü ildən Ermənistan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Təbiət Elmləri Bölməsinin akademik katibi (1994–2002) olmuşdur.
Emil Dürkheym
David Emil Dürkheym (fr. David Émile Durkheim; 15 aprel 1858[…] – 15 noyabr 1917[…], Paris) — Fransa sosioloqu və filosofu, Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi, sosiologiyanın müstəqil elm kimi əsasını qoyanlardan biri. == Həyatı == Emil Dürkheym 1858–1917-ci illər arasında yaşamış və sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın "atalarından" biri sayılır. Onun "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərləri tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə olunan intihar, xaos, özbaşınalıq, birliyin olmaması kimi ciddi sosial problemlərə işıq tutmuş və onları anlamağımızda və həll yolları tapmaqda köməkçi olmuşdur. Dürkheym dinin insanları birləşdirən və pis əməllərdən çəkindirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut etmişdir. Qısacası, cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını deyən Dürkheymin bu ideyası hələ də öz çəkisini qoruyub saxlamaqdadır və XX–XXI əsrlərdə yaşamış məşhur Amerikan sosioloqu Brayan Vilson tərəfindən də sübut olunmuşdur. == İntiharla bağlı olan tədqiqatları == Emil Dürkheymin sosiologiya və ümumiyyətlə, bütün elm aləminə verdiyi ən böyük töhfə şübhəsiz ki, onun intihar hadisələri ilə bağlı apardığı araşdırmalar olmuşdur. Dürkheymə qədər təkcə Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym kəşf etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. Dürkheym araşdırmasına müxtəlif Avropa ölkələrindəki intiharla bağlı statistik məlumatları yığaraq başladı. O tez bir zamanda gördü ki müəyyən qrup insanlar (katoliklər, qadınlar, varlı şəxslər, cavanlar) digərlərindən (protestantlar, kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atırlar.
Emil Kitelman
Emil İosifoviç Kitelman (1 noyabr 1983, Bakı) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının keçmiş üzvü. == Klub karyerası == Emil Kitelman 1 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Atası milliyətcə yəhudi, anası isə rus əsillidir. 8 yaşında ikən "Neftçi" klubunun Uşaq-Gənclər İdman Məktəbində futbolla məşğul olmağa başlayıb. Peşəkar futbolçu karyerasına 1999-cu ildə, Azərbaycan Yüksək Liqasında çıxış edən "Xəzər Universiteti" klubunda start verib. 2001–2002 mövsümündə "Şəfa"nın heyətində çempionat oyunlarında 20 oyun keçirib, 1 qol vurub. Yeganə qolunu 1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə "Neftçi"nin qapısından keçirib. 2002-ci ildə ailəsi ilə İsrailə köçməli olan Kitelman, futbolçu karyerasına bu ölkədə davam edib. O, İsraildə yaşadığı 4 il müddətində ölkənin aşağı liqa təmsilçiləri — "Makkabi Herzliya", "Sektsiya Nes-Siona" və "Makkabi İroni Kfar-Yona" kimi klublarında çıxış edib.
Emil Edde
Emil Edde (ərəb. إميل أده‎; 5 may 1883, Dəməşq – 27 sentyabr 1949) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur. == Erkən həyatı == Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
Karl Emil Hansen Ostenfeld
Karl Emil Hansen Ostenfeld (dan. Carl Emil Hansen Ostenfeld; 3 avqust 1873 – 16 yanvar 1931, Kopenhagen) — Danimarka botaniki, mikoloqu, alqoloqu. == Şərəfinə adlandırılmış taksonlar == Ostenfeldiella Ferd. & Winge, 1914 (=Plasmodiophora) Euphrasia ostenfeldii (Pugsley) Yeo, 1971 Hieracium ostenfeldii Dahlst., 1903 Posidonia ostenfeldii Hartog, 1970 Taraxacum ostenfeldii Raunk., 1906 == Ədəbiyyat == Paulsen, Ove, 1931. C. H. Ostenfeld. Botanisk Tidsskrift, bd. 41. Nelson, E. Charles & Mary J. P. Scannell, 1978. C. E. H. Ostenfeld's Western Australian plants in the Herbarium, National Botanic Gardens, Glasnevin. Glasra 2: 1–24.
Karl Qustav Emil Mannerheym
Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867[…] – 27 yanvar 1951, Lozanna) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946). == Həyatı == İsveç əsilli bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsi və Rus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı. 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır. 1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır.
Monodelphis emiliae
Monodelphis emiliae (lat. Monodelphis emiliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Oustalet Emile
Oustalet Emile (fr. Jean-Frédéric Émile Oustalet; 24 avqust 1844-23 oktyabr 1905) — fransız zooloqu.
Qüstav Emil Buassonad de Fontarabi
Qüstav Emil Buassonad de Fontarabi (fr. Gustave Émile Boissonade de Fontarabie; 7 iyun 1825, Vensen – 27 iyun 1910, Antib) – Fransa hüquqşünası. O, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuş, Yaponiyanın mülki məcəlləsinin hazırlanmasında iştirak etmişdir. == Həyatı və karyerası == Qüstav Buassonad 1825-ci ildə Fransada doğulmuşdur. Paris Universitetində hüquq üzrə təhsil almış və doktorat dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Qrenobl Universitetində dərs deməyə başlamışdır. 1873-cü ildə Ədalət Nazirliyinin dəvəti ilə Yaponiyaya gəlmiş və 1895-ci ilə qədər Yaponiya hökuməti üçün işləmişdir. Buassonad Yaponiyada Xarici İşlər Nazirliyinin, Qenroin təşkilatının və İmperial Hakimiyyət Bürosunun məsləhətçisi kimi xidmət göstərmişdir. Ədalət Nazirliyinin Hüquq Məktəbinin təlimçisi kimi bir çox hüquqşünas yetişdirmişdir. O, Yaponiyanın cinayət məcəlləsinin və mülki məcəlləsinin tərtib olunmasında iştirak etmişdir.
Recco nel Emiliya
Reggio nell'Emilia — (bəzən Reggio Emilio və ya yalnız Reggio, Reggio ləhcəsi: rez o Res, Latınca: Regium Lepidi və Regium) şimal İtaliyanın Emilia-Romagna regionunun və eyni adlı Reggio Emilio vilayətinin mərkəzidir. Reggio nell'Emilio bələdiyyəsi sərhədləri içində (231.10.2010 etibarilə) əhali 169.554 adamdır. Şəhərin ortasında olan köhnə məhəllə altıbucaqlı şəkilli çevrilidir, bu regiondakı binalar 16.-17. əsrlərdə inşaedilmişdir.
Rekko nel Emiliya
Reggio nell'Emilia — (bəzən Reggio Emilio və ya yalnız Reggio, Reggio ləhcəsi: rez o Res, Latınca: Regium Lepidi və Regium) şimal İtaliyanın Emilia-Romagna regionunun və eyni adlı Reggio Emilio vilayətinin mərkəzidir. Reggio nell'Emilio bələdiyyəsi sərhədləri içində (231.10.2010 etibarilə) əhali 169.554 adamdır. Şəhərin ortasında olan köhnə məhəllə altıbucaqlı şəkilli çevrilidir, bu regiondakı binalar 16.-17. əsrlərdə inşaedilmişdir.
Senecio emiliopsis
Senecio emiliopsis (lat. Senecio emiliopsis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Şarl Emil Blanşar
Şarl Emil Blanşar (fr. Charles Émile Blanchard; 7 mart 1819 – 11 fevral 1900, Paris) — Fransa zooloqu və entomoloqu. == Əsərləri == Histoire naturelle des insectes orthoptères, neuroptères, etc. (1840) Histoire des insectes (1845) L’organisation du règne animal (38 Aufsätze, 1851—1864) Zoologie agricole (1854—1856) Diese Arbeit ist bemerkenswert, da sie sehr präzise die Schädlinge darstellt. Das Werk wurde durch seinen Vater bebildert.
Emilio Portes Xil
Emilio Kandido Portes Xil (isp. Emilio Cándido Portes Gil, İspanca tələffüz: [eˈmiljo ˈpoɾtes xil]; 3 oktyabr 1890, Syudad-Viktoriya[d], Tamaulipas[d] – 10 dekabr 1978, Mexiko) — Meksika dövlət xadimi, İnstitusional İnqilab Partiyasının sədri və 1928–1930-ci illərdə Meksika Prezidenti. == Həyatı == Portes Xil 1914-cü ilin sonundan Venustiano Karransanın rəhbərliyi altında inqilabi hərəkatda iştirak etmişdir. 1920-ci il prezident seçkilərində Karransaya qarşı Alvaro Obreqonu dəstəkləmişdir. Obreqon prezident seçildikdən sonra Portes Xil Tamaulipas ştatının müvəqqəti qubernatoru olmuşdur. O, həmçinin Plutarko Elias Kalyesin prezidentliyi dövründə, 1925–1928-ci illərdə Tamaulipas qubernatoru vəzifəsində çalışmışdır. Meksikanın müvəqqəti prezidenti kimi o, dövrün dominant siyasi qüvvəsi olan eks-prezident Kalyesin təsiri səbəbindən prezident səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməmişdir. Portes Xil 1930–1931-ci illərdə Meksikanın yeganə siyasi partiyası olan İnstitusional İnqilab Partiyasının sədri olmuşdur. Daha sonra o, Meksikanın Fransadakı səfiri və 1931–1932-ci illərdə Millətlər Liqasının nümayəndəsi, baş prokuror və xarici işlər naziri olmuşdur. 1936-cı ildə siyasətdən təqaüdə çıxmışdır.
Emiliya Klark
Emiliya Klark (ing. Emilia Isobel Euphemia Rose Clarke (1986, London, İngiltərə) — Britaniyalı televiziya və kino aktrisası. O, daha çox "Game of Thrones" filmindəki Daenerys Targaryen obrazı ilə tanınır. O, "Empire Mükafatı", "Saturn Mükafatı", üç "Tənqidçinin Seçimi Mükafatı" nominasiyası və dörd "Primetime Emmi Mükafatı"" nominasiyası daxil olmaqla müxtəlif mükafatlar alıb. 2019-cu ildə Time jurnalı onu dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. == Erkən həyatı == Emiliya Klark, İngiltərənin London şəhrəində doğulub və Oxfordshire-da büyüyüb. Atası teatrda səs mühəndisi, anası iş adamıdır. Qardaşı isə universitetdə siyasət üzrə təhsil alır. Klarkın oyunculuğa marağı, hələ üç yaşındaykən atasının işlədiyi teatrda Show Boat-ı izlədikdən sonra başladı. İlk olaraq Oxford St.
Emiliya Yaqubova
Emiliya Yaqubova (27 may 1986, Bakı) — Pop ifaçısı, Səs Azərbaycan 2015/2016 sezonun qalibi, "Alex Fokin’s DJazz Radioband"ində solist (2017–2019), Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti (2016-cı ildən). == Həyatı == Emiliya Yaqubova 1986-i il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsini bitirmişdir. Daha sonra 2011-ci ildə Avroviziya Milli Seçim turlarında iştirak etmiş və həmin ildə "Rast" qrupunun rəhbəri xalq artisti Rəşad Həşimovun qrupuna dəvət olunmuşdur. Dörd il "Rast" qrupu nəznində "Həzz Band" qrupunun solisti kimi fəaliyyət göstərmişdir. 2016-cı ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) tərəfindən təşkil edilən və Azərbaycanda ilk dəfə keçirilən Səs Azərbaycan ("The Voice") müsabiqəsinin qalibi olmuşdur. 2016-cı ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti vəzifəsində çalışmışdır. 2014-cü ildə İsveçrədə baş tutan məşhur "Montreux Jazz Festival"ında, "Rast" qrupunun solisti kimi çıxış etmişdir. Solo karyerasına başladıqdan sonra, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı, London şəhərində keçirilən "The Central Asian Spring Festival" Azərbaycanı təmsil etmişdir. 2017–2019-cu illər ərzində Ukraynanın tanınmış "Alex Fokin’s DJazz Radioband"ində solist qismində çıxış etmişdir.
Emili Rouzun eksorsizmi
"Emili Rouzun altı iblisi" real əhvalata əsasən bir qızın ekzorsizmləri haqqında 2005 il trilleri. Film xatirələr silsiləsi kimi gedərkən, cinlərlə tutulmuş Emili Rouzun faciəvi taleyi və guya onun ölümündə müqəssir keşiş Murun mühakimə prosesini izləyir. Tutulmuş Emili həmçinin latın, arami və yunan dilində danışır.
Emili Barringer
Emili Danninq Barrinqer (1876 – 8 aprel 1961) — dünyanın ilk təcili yardım cərrahı və cərrahi rezidenturaya yiyələnmiş ilk qadın. Emili Danninq Nyu-Yorkun Skarsdeyl şəhərində Edvin Ceyms Danninq və Frensis Qor Lanqın ailəsində anadan olub. Təqribən on yaşı olanda onun varlı Nyu-York ailəsi çətin günlərə düşdü və atası var-dövlətini bərpa etmək üçün anasını beş uşaqla qoyaraq Avropaya getdi. Anasının dostu qızına dəyirmançı ustanın yanında şagird olmağı təklif etsə də, anası buna qarşı çıxmış və təhsil alacağını bildirmişdir. Ailə dostları olan doktor Meri Korinna Putnam, onlara Kornell Universitetinin tibbi hazırlıq kursunu tövsiyə etdi və Kornellin qurucularından olan əmisi Henri Seyc, təhsil haqqını ödəməyə razı oldu. Digər ailə dostları da xərclərə kömək edirdi. Emili Danninq 1897-ci ildə məzun oldu və Nyu-York Klinikasının Tibb Kollecində oxumağa qərar verdi. Oradakı ikinci ilində kollec yeni Kornell Universiteti Tibb Məktəbi ilə birləşdi. O, 1901-ci ildə tibb dərəcəsini aldı və daha sonra Nyu-Yorkdakı Quvernyor Xəstəxanasında təcrübə keçmək üçün seçmə imtahanında ikinci ən yüksək balı qazandı. Lakin xəstəxana onun müraciətini rədd etdi.
Emili Barrinqer
Emili Danninq Barrinqer (1876 – 8 aprel 1961) — dünyanın ilk təcili yardım cərrahı və cərrahi rezidenturaya yiyələnmiş ilk qadın. Emili Danninq Nyu-Yorkun Skarsdeyl şəhərində Edvin Ceyms Danninq və Frensis Qor Lanqın ailəsində anadan olub. Təqribən on yaşı olanda onun varlı Nyu-York ailəsi çətin günlərə düşdü və atası var-dövlətini bərpa etmək üçün anasını beş uşaqla qoyaraq Avropaya getdi. Anasının dostu qızına dəyirmançı ustanın yanında şagird olmağı təklif etsə də, anası buna qarşı çıxmış və təhsil alacağını bildirmişdir. Ailə dostları olan doktor Meri Korinna Putnam, onlara Kornell Universitetinin tibbi hazırlıq kursunu tövsiyə etdi və Kornellin qurucularından olan əmisi Henri Seyc, təhsil haqqını ödəməyə razı oldu. Digər ailə dostları da xərclərə kömək edirdi. Emili Danninq 1897-ci ildə məzun oldu və Nyu-York Klinikasının Tibb Kollecində oxumağa qərar verdi. Oradakı ikinci ilində kollec yeni Kornell Universiteti Tibb Məktəbi ilə birləşdi. O, 1901-ci ildə tibb dərəcəsini aldı və daha sonra Nyu-Yorkdakı Quvernyor Xəstəxanasında təcrübə keçmək üçün seçmə imtahanında ikinci ən yüksək balı qazandı. Lakin xəstəxana onun müraciətini rədd etdi.
Emili Grin Balç
Emili Qrin Bolç (8 yanvar 1867[…], Yamayka Pleyn[d] – 9 yanvar 1961[…], Kembric, Massaçusets) – ABŞ yazıçısı, iqtisadçısı və sosioloqu. Bolç 8 yanvar 1867-ci ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olmuşdur. 1886-cı ildən 1889-cu ilə kimi iqtisadiyyat üzrə Brin-Mar kollecində oxumuşdur. Bundan bir il sonra müstəqil olaraq sosiologiya üzrə araşdırmalar apardıqdan sonra Parisə köçmüşdür. Akademik həyatı boyunca Berlində, Çikaqoda və bir çox digər universitetdə olmağa başlayan Bolç bir çox iş üzərində işlədi. Avropa və Amerikada miqrant həyatı ilə bağlı müqayisəli analizlər aparan Bolç feminizm və pasifizmə üstünlük verirdi. 1892-ci ildə Vida Skudder və Elena Dadli ilə birlikdə Bostonda sosial yaşayış məntəqəsi olan Dennison evinin yaradıcılarından biri olmuşdur. Dennison evi qadın işçilər mərkəzinə çevrilmişdir. ABŞ-yə qayıdanda ABŞ-nin müharibəyə girməsinə qarşı çıxaraq aktiv kampaniya apardı. Bolçun Birinci dünya müharibəsi zamanı dünya sülhü idealına bağlı qalması müsbət qarşılanmamışdır.
Emilia Mernes
Emilia Mernes (isp. Emilia Mernes; 29 oktyabr 1996) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 29 oktyabr 1996-cı ildə anadan olub. Anasının adı Qabriela Rueda, atasının adı Pedro Mernesdir.
Pseudactis emilioides
Emilia pseudactis (lat. Emilia pseudactis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pseudactis emilioides S.Moore == Yarımnövləri == Emilia pseudactis var. major Lisowski Emilia pseudactis var. minor Lisowski Emilia pseudactis var.
Senecio emilioides
Emilia emilioides (lat. Emilia emilioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio emilioides Sch.Bip.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977–1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990–1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993–1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994–2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri — "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.