MİRSADIQ

bax: Mir və Sadıq.
MİRRƏHİM
MİRSƏFİ
OBASTAN VİKİ
Mirsadıq Əfəndiyev
Mirsadıq Əfəndiyev (1902, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 1942, Krım, Krım MSSR) — Türk İşçi-Kəndli Teatrının direktoru. 1902-ci ildə Aşqabadda anadan olub və 1942-ci ildə Krımda vəfat edib. Mirsadıq Əfəndiyev Türk İşçi-Kəndli Teatrının yaradıcısı və 1929-cu ilə qədər direktoru olub. 1930-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında teatr tarixi və fəlsəfədən dərs deyib.
Mirsadıq Ağazadə
Mirsadıq Xanoğlan oğlu Ağazadə (9 mart 1962, Lənkəran rayonu) — Azərbaycan kino və televiziya rejissoru, ssenarist. Mirsadıq Xanoğlan oğlu Ağazadə 9 mart 1962-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1979-cu ildə orta məktəbi Lənkəranda bitirmiş və həmin il Bakı Mədəni-Maarif Texnikumunun rejissorluq ixtisasına qəbul olunmuşdur. Təhsilarası 1981-1983-cü illər ərzində iki il sovet ordusunda hərbi xidmətdə olmuş, bombardmançı təyyarələr üzrə 1-ci dərəcəli aviamexanik kimi xidməti başa vurmuşdur. Daha sonra təhsili davam etdirmiş və 1985-ci ildə texnikumu bitirmişdir. 1985-1991-ci illər ərzində Lənkəran rayon mədəniyyət şöbəsində metodist vəzifəsində işləyib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəsində kinorejissorluq ixtisası üzrə təhsil almışdır. Müxtəlif illərdə Azərbaycan Televiziyasında (1994-2000), 215 KL-də (1997), TGRT-də (1997-1999), Lider TV-nin sənədli filmlər departamentində (2001-2004) çalışmış, 2005-2010-cu illərdə Space TV-nin Ekspremental layihələr departamentinin rəhbəri olmuşdur. 2006-2015-ci illərdə İctimai TV-də, 2014-2016-cı illərdə ATV-də, 2015-2023-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirmişdir. Ölkənin müxtəlif televiziya və studiyalarında rejissor və ssenarist kimi işləmişdir.