Mord

der; -(e)s, -e adamöldürmə, qətl; e-n ~ begehen adam öldürmək
Morchel
Mordanschlag
OBASTAN VİKİ
Daniil Mordovtsev
Daniil Lukiç Mordovtsev (rus. Дании́л Луки́ч Мордо́вцев, 19.12.1830-23.6.1905)—Rusiya yazıçısı, tarixçisi. Daniil Mordovtsev materializm və sosializmin əleyhinə idi.
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Mordekay və Riqbi
Regular Show (azərb. Müntəzəm şou‎); 8-ci mövsüm Regular Show in Space (azərb. Müntəzəm şou kosmosda‎) olaraq tanınır — J. G. Quintel tərəfindən Cartoon Network üçün yaradılmış animasiya sitkom janrında Amerikan cizgi-serialı. 6 sentyabr 2010-cu ildə başladı və 16 yanvar 2017-ci ilə qədər 8 sezon və 261 bölümü yayımlandı. Serial 23 yaşlı 2 dostun həyat hekayəsindən bəhs edir. Onlar Mordekay (növcə mavi zığ-zığ), Riqbi (yenot) işlədikləri parkın ərazasini mühafizə etməklə məşğuldurlar. İkili işdən qaçmaq və əylənmək üçün hər yola əl atır və nəticədə hər dəfəsində məntiqsiz və fövqəltəbii vəziyyətlə qarşılaşırlar. Digər baş personajlara Skips (qar adam), Musqul adam, Çax beşlik kabus, Pops (lolipop) və parkın müdiri Benson (saqqız maşını) daxildir. Seriya Azərbaycan dilində yayımlanmamışdır. Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir.
Mordellistena
Mordellistena — Mordellidae fəsilənə aid böcək cinsi.
Mordellistena dolini
Mordellistena dolini — Sərtqanadlılar dəstəsinə, Mordellistena cinsinə aid böcək növü. Azərbaycanın endemik canlısıdır. Odnosum tərəfindən 2005-ci ildə qeydə alınmışdır.
Mordenit
Mordenit — mineral, seolit, (Ca, K2, Na2) [AlSi5O12]2×6H2O. Mordenit - Rombik. Habitus iynəvari. Ayrılması {010} üzrə mükəmməl. Aqreqat: kip, qönçələr, xovlu. Vulkanik şüşələrin hidratlaşma məhsulu; effuziv süxurların boşluqlarında qumdaşı və alevrolitlərdə autigen mineraldır. Sinonim: Flokit. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mordent
Mordent (it. mordente, — dişləyən, kəskin. ) Bu melizm iki növ olur: sadə və ikiqat. Sadə mordent iki eyni səs və bir də bunların arasındakı qonşu olan üçüncü səsdən ibarətdir. İkiqat mordent, əsas səs ilə onun qonşu səsinin iki dəfə təkrar olunaraq, yenə də əvvəlki əsas səsdə qurtarmasından əmələ gəlir.
Mordov dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı.
Mordoviya
Mordoviya Respublikası (rus. Республика Мордовия, mokş. Мордовия Республиксь, erz. Мордовия Республикась) — Rusiya Federasiyası subyektlərindən biri. Mordoviyanın torpaqlarının böyük bir qismi dağlıq ərazidir. Buna görə dağlarda qış turizimi fəaliyyətləri aparılır. Bu bölgədəki dağlar çox yüksək və dik yamaclara malikdir. Oka, Don və Volqa (İdil) çaylarının keçdiyi və özündə də Alatır, Sura kimi irili xırdalı çayların olduğu Mordoviyanın cənub-qərbində geniş düzənlikləri var. Bu düzənliklərdə Saransk, Kovylkino, Ruzajevka kimi şəhərlər qurulub.
Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.
Mordoviya Respublikası

Mordoviya musiqisi
Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı. Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.
Mordoviya ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.
Mordoviyanın inzibati bölgüsü
Mordoviya Respublikasının Konsitutsiyası və "Mordoviya Respublikası İnzibati-Ərazi quruluşu məsələlərin həlli proseduru haqqında" qanuna əsasən Rusiya Federasiyasının subyekti aşağıdakı inzibati-ərazi vahidlərə bölünür: 3 respublika əhəmiyyətli şəhər (Saransk, Ruzayevka, Kovılkino). 22 rayon daxildir 342 kənd sovetliyi, 4 rayon əhəmiyyətli şəhər: (Ardatov, İnsar, Krasnoslobodsk, Temnikov), 13 işçi qəsəbə. Mordoviyanın inzibati mərkəzi Saransk şəhəridir. Mordoviya Respublikası bələdiyyə strukturunun tərkibinə inzibati-ərazi vahidləri sərhədləri daxilində 1 yanvar 2018-ci ilədək 377 bələdiyyə daxildir, o cümlədən: 1 şəhər dairəsi, 22 rayonlar, hansıki daxildir: 16 şəhər tipli yaşayış məntəqəsi, 338 kənd tipli yaşayış məntəqəsi. Mordoviyanın ayrı bir inzibati vahid olaraq 1928-ci ildə, orta Volqa vilayəti Mordoviya dairəsi kimi təşkil edilir. İlk əvvəllər dairə 23 rayona bölünürdü: Ardatovski, Atyaşev, Açadov, Bednodemyanov, Duben, Elnikov, Zubovo-Polyan, İnsar, Kovılkin, Kolzov, Koçkurov, Krasnolobod, Narovçat, Romodanov, Ruzayev, Rıbkin, Saransk, Staroşayqov Talızin, Temnikov, Tenquçev, Torbeev və Çamzin. 1930-cu ildə Mordoviya dairəi Mordoviya Muxtar Vilayətinə çevrilir. Bununla belə Bednodemyanov və Narovçat rayonları Penzen dairəsinə verilir. Arzamas dairəsindən isə İçalkov rayonu Mordoviya MV birləşdirilir. Üstəlik Talızin rayonun adı İqnatov olaraq dəyişdirilir.
Mordovya Arena
Mordovya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordovya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordovyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir. Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır. Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir. Saranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.
Mordva dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Mordva ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.
Mordvalar
Mordvalar və ya mordvalılar — ana dili Mordva dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Fin-volqa yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar. Rusiya FR-nın dövlət statistikasının federal xidmətinin 2010-cu il Ümumrusiya əhali siyahıyaalınmasının yekunlarına dair məlumatına əsasən Rusiya FR-da yaşayan mordvaların ümumi sayı 744,237 nəfərdir. Onların tərkibində hesablanmış mordvaların subetnik qrupları olan: Erzyanların sayı: 57,008 nəfər olmuşdur. Mokşaların sayı: 4,767 nəfər olmuşdur.
Mordvalılar

N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.
Nikolay Mordvinov
Nikolay Dmitriyeviç Mordvinov (1901 - 1966) — sovet aktyoru, SSRİ xalq artisti (1949), Lenin mükafatı laureatı (1965), SSRİ Dövlət mükafatı laureatı (1942,1949, 1951). Nikolay Mordvinov 1925-ci ildən SSRİ-nin müxtəlif teatrlarında, 1940-cı ildən isə Moskvada Mossovet adına teatrda işləmişdir.
Osmerus mordax
Asiya koryuşkası (lat. Osmerus mordax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinin koryuşka cinsinə aid heyvan növü.
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Çinyanovo (Mordoviya)
Çinyanovo (erz. Кендя) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Dubyonski rayonu ərazisində yerləşən kənd. Çinyanovo inzibati vahidliyinin mərkəzidir. Kənd Kanskyakley çayı sahilində, rayon mərkəzindən 10 km aralıda yerləşir. Atyaşevo dəmiryolu stansiyası ilə arasında məsafə isə 27 km-dir. Şimal və şərq hissədən meşə ilə əhatə olunmuşdur. Cənubunda Krasnaya Luqa, qərbində isə Povodimovo kəndləri yerləşir. Povodimovo kəndinə Lenin küçəsi ilə birləşir. Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Çindyan" (Çindyans ) adı ilə əlaqədardır.

Значение слова в других словарях