Morenada
Morenada — La-Pas (Prensa Latina) And dağları Boliviya Altiplano yaylasının ənənəvi morenada rəqsi kütləvi folklor fəaliyyəti kimi Ginnesin rekordlar kitabına daxil ola bilər.
Həmçinin “Qaradərililər rəqsi” adı ilə məşhur olan morenada ispanların plantasiyalarda işləmək üçün qovub gətirdikləri qullar arasında yaranmışdır. Şişirdilmiş formada olan birqəlib maska rəqqasın irqi xüsusiyyətlərni əks etdirir. Rəqqasların kostyumlari 40 kiloqram ağırlığında ola bilir.
2013-cü ilin 4 avqustunda “100% Boliviya mandanası bütün dünyada sülh və Boliviya incəsənətinə hörmət” adı altında tarixi hadisə baş verdi. Həmin gün dünyanın 76 şəhər və 23 ölkəsində yüz minlərlə adam morenada rəqsini ifa etmişlər. Boliviya, Almaniya, Argentina, Avstriya, Braziliya, Kanada, Cili, Ekvador, İspaniya, Birləşmiş ştatlar, Finlandiya, Fransa, Hollandiya, İngiltərə, İtalya,Yaponiya, Meksika, Norveç, Panama, İsveç və Venesuela ölkələrində bu tədbir OBDEFO (Boliviya qoruma və folklor paylaşma təşkilatı) tərəfindən morenadanın təmiz Boliviya rəqsi olduqunu bütün dünyaya göstərmək üçün təşkil edilmişdi.