Toyota Motor Corporation
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur.
2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır.
Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir.
Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.