Böyük Moğollar impereiyası
Böyük Moğol İmperiyası (fars. گورکانیان, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.