MUMLU

sif. Mum sürtülmüş, mum çəkilmiş. Mumlu ip.
MUMLANMAQ
MUNCUQ
OBASTAN VİKİ
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Mumlu kağız
Mumlu kağız (onion skin) – cizgi filmlərinin yaradılması və filmlərin redaktəsində: bir neçə kadrı eyni zamanda görmək üçün istifadə olunan texnika. Animator, yaxud redaktor bu yolla ardıcıllıqda olan görüntünün əsasında yeni görüntünü necə yaratmaq və ya dəyişdirmək haqqında qərar qəbul edə bilər. Ənənəvi animasiyalarda filmin ayrıca kadrı ilkin olaraq işıq mənbəyinin üzərində yerləşdirilmiş mumlu kağızın üzərinə çəkilirdi. Animatorlar üzərində işlənilən rəsmin altına öncəki və sonrakı rəsmləri elə dəqiqliklə qoyurdular ki, hamar hərəkəti almaq üçün aralıq rəsmi çəkə bilsinlər. Kompüter proqramlarında isə bu effektə, yarımşəffaf kadrlar hazırlayıb və sonra onları bir-birlərinin üzərinə proyeksiya etməklə nail olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Mumlu kağıt nedir?
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.

Значение слова в других словарях