MUROV

is. tar. Keçmiş zamanlarda kənd yerlərində polis vəzifəsini ifa edən hökumət məmuru.
Murovlar olublar oğruya ortaq. Q.Zakir.
Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü [Əbdülkərimin] əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Ə.Haqverdiyev.

MURMURDAR
MUROVLUQ
OBASTAN VİKİ
Murov
Murovdağ — Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. Silsilənin şimal-şərqində müxtəlif göllər yerləşir. Onlardan biri də Göygöl gölüdür. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır. Silsilənin uzunluğu təqribən 70 kilometr (43 mil), hündürlüyü 3,724 metrdir (12,218 fut). Əsasən yura, təbaşir və paleogen süxurlarından ibarətdir. Silsilənin maksimal hündürlüyü 3,724 metr olan Gamışdağ zirvəsidir. Murovdağ silsiləsi vəya Mrav silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala uzanır. Şimal-şərq yamacında şimal yamacının yaxınlığında Göygöl də daxil olmaqla bir sıra mənzərəli göllər var. Murovdağdan cənubdan Qarabağ vulkanik yaylası uzanır.
Murovdağ

Murovdağ (Göygöl)
Murovdağ — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. 1993-cü ildə Murovdağ qəsəbəsində min nəfərə yaxın kəlbəcərli məcburi köçkün məskunlaşmışdır.
Murovdağ (dəqiqləşdirmə)
Murovdağ — Azərbaycan ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. Murovdağ ilə həmçinin bunlardan biri nəzərdə tutulmuş ola bilər: Murovdağ (Göygöl) — Azərbaycanın Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Murovdağ — Murovdağ silsiləsinin şimal hissəsində Goranboy və Ağdərə rayonları arasında zirvə. Hündürlüyü 3343 m. Murovdağ — Balakən rayonunda, Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3381 m. Murovdağ — İsmayıllı rayonu ərazisində dağ.
Murovdağ döyüşləri
Murovdağ döyüşləri — 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatdır. Murovdağ döyüşləri II Qarabağ müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri olub. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun 200-dən çox hərbi qulluqçusu şəhid olub. Azərbaycan bölmələrinin müharibədən əvvəl Murovdağ istiqamətindəki mövqeləri son dərəcə əlverişsiz idi. 1993–1994-cü illərdəki döyüşlərdən sonra Kəlbəcərin ətrafındakı bütün yüksək zirvələr ermənilərin əlinə keçmişdi. Silsilənin əsas hündür hissələrinə Ermənilər, kiçik hissələrinə isə Azərbaycan nəzarət edirdi. Erməni ordusu bir-iki istiqamətdə, hətta Göygöl rayonunun da ərazisinə doğru irəliləmişdi. Belə ki, xüsusi əhəmiyyətli Ömərdağ (3395,5 metr) və Koroğludağ (3462,7 metr) bu rayona daxil idi. Bundan başqa Murovdağ silsiləsinə daxil olan Ağdağ (3200,1 metr) və bu silsilənin ən hündür zirvəsi Gamışdağ (3724,6 metr) da Ermənistan bölmələrinin nəzarətində idi. Gamışdağdakı erməni postundan yay vaxtlarında Gəncəyə qədər olan ərazi açıq şəkildə görünürdü və bu post müharibə başlayana qədər dünyada ən hündür hərbi məntəqə hesab olunurdu.
Murovdağ silsiləsi
Murovdağ — Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. Silsilənin şimal-şərqində müxtəlif göllər yerləşir. Onlardan biri də Göygöl gölüdür. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır. Silsilənin uzunluğu təqribən 70 kilometr (43 mil), hündürlüyü 3,724 metrdir (12,218 fut). Əsasən yura, təbaşir və paleogen süxurlarından ibarətdir. Silsilənin maksimal hündürlüyü 3,724 metr olan Gamışdağ zirvəsidir. Murovdağ silsiləsi vəya Mrav silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala uzanır. Şimal-şərq yamacında şimal yamacının yaxınlığında Göygöl də daxil olmaqla bir sıra mənzərəli göllər var. Murovdağdan cənubdan Qarabağ vulkanik yaylası uzanır.
Murovdağ tuneli
Murovdağ tuneli — Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tuneli. Tunel Kəlbəcər rayonu ərazisində, Murovdağ silsiləsinin işərisindən keçir. Murovdağ tuneli strateji əhəmiyyət daşıyır və uzunluğu 11,6 kilometrdır. Tunelinin təməli Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Murovdağ əməliyyatı
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir. Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir.

Значение слова в других словарях