MUS

is. \[fr. mousse "köpük"\] 1. aşp. Meyvə, giləmeyvə, şokolad və s. yarma və ya jelatin ilə çalınıb köpük halına salınan şirniyyat növü. Musu əsas biskvitin üzərinə töküb bərabərləşdirin, 1 saat dondurucuda saxlayın. 2. xüs. Saç düzümü üçün istifadə olunan köpük; üz təraşı üçün krem-köpük. Sadəcə, nəm saçlara bir qədər mus, ya da saç kremi çəkin, sonra saç qurudan fenin isti küləyi ilə qurudun.
MUNDİAL
MUZEY-LEKTORİYA
OBASTAN VİKİ
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Mus musculus domesticus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Cəlalzadə Mustafa Çələbi
Cəlalzadə Mustafa Çələbi (d. 1491, Kastamonu - ö. 1567, İstanbul) — I Süleyman dönəmində yaşamış Osmanlı dövlət adamı və tarixçisi.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəkar teatr. Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara" komediyaları, N. Vəzirovun "Müsibəti-Fəxrəddin", Ə. Haqverdiyevin "Dağılan tifaq", N. Nərimanovun "Nadir şah" və s. əsərləri tamaşaya qoyuldu. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Cəmil bəy Musayev
Cəmil bəy Musayev — 1919-cu ildə ADR hökuməti tərəfindən Avropa universitetlərinə göndərilmiş tələbələrdən biri, Azərbaycan SSR-nin əməkdar inşaatçısı. Cəmil bəy İbrahim oğlu 14 mart 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, sonra gimnaziyanı bitirmişdi. İstanbula bədii sahə üzrə təhsil almağa göndərilmişdi.
Cənubi Azərbaycanlı musiqi və incəsənət xadimlərinin siyahısı
Bu siyahıda Gülüstan müqaviləsindən sonra yetişmiş olan Cənubi Azərbaycanlı şair və yazıçılar göstərilmişdir.Bura daxildir:
Cənubi Koreya musiqisi
Cənubi Koreya musiqisi — Koreya müharibəsinin sonundan günümüzə qədər onilliklər ərzində daima inkişaf etməkdədir. Onun əsasını minilliklər ərzində bu yarımadada yaşayan Koreya əhalisinin musiqisi təşkil edir. Müasir Cənubi Koreya musiqisi əsas 3 kateqoriyaya bölünür: Ənənəvi milli Koreya musiqisi, məşhur musiqi yaxud k-pop, qərbdən gəlmiş musiqi. Koreya musiqisinə aid ilk qeydlər çox qədimdir. Tarixin gedişi ərzində Koreya musiqisinə Çin, Mərkəzi Asiya təsir göstərmiş və müxtəlif musiqi alətləri gətirilmişdir: Simli alətlər, nağara və tütəklər. Orta əsrlərdə Koreya yarımadasında Çin saray musiqisiylə yanaşı milli musiqi də inkişaf etməkdə idi. Coson dövründə Çinin saray musiqisinə təsiri azaldı, monqollar və yaponlara qarşı qarşıdurmalar nəticəsində isə tamamilə yoxa çıxdı. Milli musiqi öz çiçəklənmə dövrünü yaşadı və pansori, sandco, pxunmul və digər janrlar meydana çıxmağa başladı. Yapon işğalından sonra Koreyaya Avropa musiqisi daxil oldu. Bəzi milli janrlar (pansori, sandco) təsdiqləndi və inkişaf etdirildi, digərləri isə xüsusilə ritual mahnıları yoxa çıxdı.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. Cəza 1998-ci ildə Dr.
Daldaban Mustafa Paşa
Daldaban Mustafa Paşa (ö. 28 yanvar 1703) — II Mustafa dönəmində 4 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Qiyafəsini dəyişərək şəhərdə piyada gəzməsi və sürətli yeriməsi səbəbilə "Daldaban" olaraq anılır. 1650-ci illərdə Monastır şəhərində dünyaya gəlmişdir. Gənclik illərində sədrəzəm Qara İbrahim Paşanın xidmətinə girmişdir. Daha sonra sırayla qapıçılar kəndxudası, baş qapıçı və miraxur olaraq sarayda xidmət etmişdir. 1691-ci ildə yeniçəri ağalığına, ertəsi il isə Baba dağı mühafizliyinə gətirilsə də, bu illərdə adı bəzi hadisələrə qarışdı. II Mustafanın 1696-cı ildə çıxdığı ikinci Avstriya səfərinə Anadolu bəylərbəyi olaraq qatıldı və bu səfərdə önəmli fəaliyyətləri oldu. Həmin il Diyarbəkir bəylərbəyi oldu. Ancaq yerli əhalinin paşadan şikayət etməsi nəticəsində, Sofiyada haqqında açılan məhkəmədə təqsirkar görüldü və ölümə məhkum edildi.
Debüt (musiqi qrupu)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüseridir. Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Dr. Musəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 16 iyun 1882, Tehran, Qacar dövləti – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Pəhləvilər İranı[d]) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Duman (musiqi qrupu)
Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur. 90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı. Vokal və gitarada Kaan Tangöze, gitara və geri vokalda Batuhan Mutlugil, bas gitara və geri vokalda Ari Barokas, bateride başda Alen Konakoğlu'dan, sonra Cengiz Baysal'dan ibarət Duman, ilk albomunu çıxartmaq üçün yola düşdülər; ancaq qrupun hələ bir adı yox idi. Bundan sonra qrupun adı "Halimiz Duman" adlı mahnıdan ilhamlanılaraq Duman oldu. Duman, 1999-cu ildə çıxan ilk albomunu Eski Köprünün Altında adı ilə musiqi bazarına daxil etdi. Albomun "Köprüaltı", "Hayatı Yaşa" və "Bebek" parçalarına klip çəkildi. "Bebek" parçasına klip çəkilmədən əvvəl Duman, etdiyi bir reportajda "Halimiz Duman" parçasını akustik olaraq çaldı və bu klip olaraq təşkil edildi; ancaq klip yayınlanmadı.
EXO (musiqi qrupu)
Exo (mifologiya)
Ecazkar qadın (film musiqisi)
Wonder Woman 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Film musiqisi Rupert Qreqson-Vilyams tərəfindən bəstələnmiş və aranjiman edilmişdir. Albom 2 iyun 2017-ci ildə WaterTower Music leyblı tərəfindən çıxarılmışdır. 3 noyabr 2016-cı ildə Böyük Britaniyalı film bəstəkarı Rupert Qreqson Vilyams film musiqisinin yazılması üçün layihəyə cəlb edilmişdir. Sonradan ona Tom Hou, Pol Munsi və Endryu Kaçinski də qoşulmuşdur. Musiqi albomu filmlə eyni gündə CD, Dijital və vinil formatlarında çıxarılmışdır. Avstraliya müğənnisi Sia, İngiltərə musiqiçisi Labirintlə birlikdə film üçün “To Be Human” adlı mahnı ifa etmişdir. Mahnının müəllifləri Florens Uelş və Rik Nouelsdir. Bütün musiqilər Xüsusi qeyd edilən kompozisiya xaric, bütün musiqilər Rupert Qreqson-Vilyams tərəfindən yazılmışdır. tərəfindən bəstələnmişdir.
Elman Mustafazadə
Elmira Abasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abbasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elməddin Mustafayev
Elməddin Məhəmməd oğlu Mustafayev (1 may 2001, Qəbələ rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda dünyaya göz açmışdır. 2007-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbə daxil olmuşdur. Orta təhsilini bu məktəbdə bitirdikdən sonra 2017-ci ildə Qəbələ rayonunda yerləşən Peşə Məktəbinə qəbul olmuşdur. Peşə məktəbini aşpazlıq ixtisası üzrə bitirmişdir. Elməddin Mustafayev 5 iyul 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Xidmətini Füzuli rayonunda davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Elnur Mustafayev
Elnur Nəcəf oğlu Mustafayev (11 fevral 2002; Bakı, Azərbaycan — 30 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Mustafayev 11 fevral 2002-ci ildə Bakı şəhərində Nəcəf Mustafayevin ailəsində anadan olmuşdur. Əslən Kəlbəcər rayonundandır. 2008-2019-cu illlərdə Bakı şəhər 135 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Elnur Mustafayev 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Sumqayıt şəhərində və Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elnur Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Qubadlının, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Mustafayev 30 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elnur Əhmədov (musiqiçi)
Elnur Əhmədov (Elnur Oruc oğlu Əhmədov; 13 may 1977, Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar artisti (2007). Elnur Əhmədov 1994-cü ildə A. Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının kamança ixtisası bitirib magistr dərəcəsi almış və ali təhsilə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllim vəzifəsində çalışır. 1999-cu ildən Azərbaycan Akedemik Opera və Balet teatrında yeganə kamança ifaçısı olaraq orkestr solisti vəzifəsində çalışır və çilli tamaşalarda muğam partiyalarını ifa edir. Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını İstanbulda, Parisdə YUNESKO-nun səhnəsində, Qətərdə, İsveçrədə, Düşənbədə və başqa ölkələrdə Azərbaycan milli musiqisini və muğamını təmsil edir. 2001-ci ildə Strasburqda Azərbaycan Avropa Parlamentinə qəbul olunanda 2002-ci ildə Vaşinqtonda İpək yolu festivalında Amsterdamda Atlas ansamblı proyektində dünya musiqiçiləri ilə birlikdə çıxış etmişdir. 2003-cu ildə Səmərqənddə keçirilən Şərq Təranələri Beynəlxalq musiqi festivalında xalq artisti Zabit Nəbizadə ilə ikinci yerə layiq görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci muğam televiziya müsabiqəsində kamança ifaçısı olaraq bu layihədə iştirak etmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimov, xalq artisti Elçin Həşimov və əməkdar artist Kamran Kərimovla birlikdə Qarabağ muğam qrupu olaraq bir çox ölkələrdə ABŞ, İngiltərə, Fransa, Avstriya, Norveç, İsveçrə, Rusiya, Ukrayna, Belarusiya, Hollandiya, İran, Misir, Finlandiya, İsveç və başqa ölkələrdə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin 2011-ci ildə Danimarkanın Kopenhagen şəhərində Vomeks Beynəlxalq musiqi Festivalında iştirak etmişdir.
Elon Musk
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir. Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı.
Elvin Mustafayev
Elvin Mustafayev (əsgər, 1992)
Elvin Mustafayev (şəhid)
Elvin Mustafayev (tam adı: Elvin Mustafayev Qiyas oğlu)1993, Gədəbəy rayonu Çalburun kəndi – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Mustafayev 1993-cü ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2000–2012 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2012–2013-cü illərdə hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdur. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) https://president.az/articles/49098. https://president.az/articles/49511.
Elvin Mustafayev (əsgər, 1992)
Elvin Fəxrəddin oğlu Mustafayev (14 mart 1992; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Mustafayev 1992-ci il martın 14-də Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elvin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elvin Mustafayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Şəhidin nəşi, 2021-ci ilin aprelin 27-də tapılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Prezident İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Elvin Mustafayev, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Elvin Mustafayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Mustafayev (əsgər, 1993)
Elvin Mustafayev (tam adı: Elvin Mustafayev Qiyas oğlu)1993, Gədəbəy rayonu Çalburun kəndi – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Mustafayev 1993-cü ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2000–2012 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2012–2013-cü illərdə hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdur. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) https://president.az/articles/49098. https://president.az/articles/49511.
Elvin Mustafayev (əsgər, 1997)
Elvin Fuad oğlu Mustafayev (7 avqust 1997; Gəncə, Azərbaycan — 30 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Mustafayev 7 avqust 1997-ci ildə Gəncə şəhərində Fuad Mustafayevin ailəsində anadan olmuşdur. 2003-2014-cü illərdə Gəncə şəhər 42 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Elvin Mustafayev 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olaraq Rusiyada ticarətlə məşğul olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elvin Mustafayev yenidən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elvin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Значение слова в других словарях