Mus

das; -es, -e cem, əzmə (meyvədən) ; püre
murren
Muschel
OBASTAN VİKİ
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Mus musculus domesticus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Dürrizadə Mustafa Əfəndi
Dürrizadə Mustafa Əfəndi (1702, Konstantinopol – 8 fevral 1775, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Məşhur Dürrizadələr ailəsinə mənsubdur. == Həyatı == 1702-ci ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Mahmud səltənətinin məşhur şeyxülislamlarından Dürri Mehmed Əfəndidir. Təhsilini tamamladıqdan sonra müdərrisliyə yüksəldi və müxtəlif mədrəsələrdə xidmət etdi. Atasının şeyxülislamlığı dönəmində 1734-cü ildə Qalata, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. Atasının ölümünün ardından 3 il boyunca dövlət vəzifələrindən uzaq tutuldu və 1739-cu ildə İstanbul qazısı olaraq yenidən vəzifəyə gətirildi. Ertəsi il vəzifədən alınsa da, 1746-cı ilin oktyabrında Anadolu qazəsgərliyinə təyin edildi. Ardından 26 iyun 1751-ci ildə və 10 may 1756-cı ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ancaq ikinci təyinatından bir neçə ay sonra 26 iyulda şeyxülislamlığa yüksəldi.
Elektronik musiqi
Elektronik musiqi (ing. Electronic music) və ya elektronika — elektron musiqi aləti və elektron musiqi texnologiyasının köməyi ilə yaradılan musiqi növüdür. İlk elektron musiqi alətləri XX əsrin əvvəllərində ixtira olunmağa başlamışdır. Lakin, elektronik musiqinin sərbəst bir janr kimi tanınmağa başlaması XX əsrin ikinci yarısına təsadüf edir. Elektronik musiqi, elektron texnologiya və elektromexaniki musiqi alətlərinin yaratdığı səslərin köməyi ilə ifa edilir. Elektronik musiqi əvvəllər ancaq qərb akademik musiqisi ilə əlaqələndirilsə də, 60-cı illərin sonunda sintezatorların qiymətinin aşağı düşməsi nəticəsində, bu anlayış da tamamilə dəyişmişdir. Bu gün, elektronik musiqi dedikdə, eksperimental musiqidən tutmuş, populyar elektronik rəqs musiqisinə qədər böyük bir janr başa düşülür. == Mənşəyi == Elektronik musiqinin yaranmasından əvvəl, bəstəkarlarda yeni ixtira olunan texnologiyalardan musiqidə istifadə etmək marağı yaranmışdır. İlk elektromexaniki musiqi alətlərindən olan teleharmonium Tadeus Kahill tərəfindən ixtira olunmuşdur. İlk elektronik musiqi aləti Lev Teremin tərəfindən 1918-20–ci illərdə ixtira olunmuş Teremin hesab olunur.
Elektronika (musiqi)
Elektronika - bəzi rəqs növləri ilə müxtəlif fəaliyyətlərdə fond musiqisi olaraq istifadə edilmək üzrə hazırlanan və müasir elektronik musiqinin geniş diapazonunu əhatə edən musiqi janrıdır.
Elman Mustafazadə
Elmira Abasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abbasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elməddin Mustafayev
Elnur Mustafayev
Elnur Əhmədov (musiqiçi)
Elnur Əhmədov (Elnur Oruc oğlu Əhmədov; 13 may 1977, Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Elnur Əhmədov 1994-cü ildə A. Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının kamança ixtisası bitirib magistr dərəcəsi almış və ali təhsilə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllim vəzifəsində çalışır. 1999-cu ildən Azərbaycan Akedemik Opera və Balet teatrında yeganə kamança ifaçısı olaraq orkestr solisti vəzifəsində çalışır və çilli tamaşalarda muğam partiyalarını ifa edir. Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını İstanbulda, Parisdə YUNESKO-nun səhnəsində, Qətərdə, İsveçrədə, Düşənbədə və başqa ölkələrdə Azərbaycan milli musiqisini və muğamını təmsil edir. 2001-ci ildə Strasburqda Azərbaycan Avropa Parlamentinə qəbul olunanda 2002-ci ildə Vaşinqtonda İpək yolu festivalında Amsterdamda Atlas ansamblı proyektində dünya musiqiçiləri ilə birlikdə çıxış etmişdir. 2003-cu ildə Səmərqənddə keçirilən Şərq Təranələri Beynəlxalq musiqi festivalında xalq artisti Zabit Nəbizadə ilə ikinci yerə layiq görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci muğam televiziya müsabiqəsində kamança ifaçısı olaraq bu layihədə iştirak etmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimov, xalq artisti Elçin Həşimov və əməkdar artist Kamran Kərimovla birlikdə Qarabağ muğam qrupu olaraq bir çox ölkələrdə ABŞ, İngiltərə, Fransa, Avstriya, Norveç, İsveçrə, Rusiya, Ukrayna, Belarusiya, Hollandiya, İran, Misir, Finlandiya, İsveç və başqa ölkələrdə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin 2011-ci ildə Danimarkanın Kopenhagen şəhərində Vomeks Beynəlxalq musiqi Festivalında iştirak etmişdir.
Elon Musk
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir. Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı.
Elvin Mustafayev
Elvin Mustafayev (şəhid)
Elvin Mustafayev (əsgər, 1992)
Elvin Mustafayev (əsgər, 1993)
Elvin Mustafayev (əsgər, 1997)
Elçin Musaoğlu
Elçin Musa oğlu Quliyev (11 iyul 1966, Bakı) — kinorejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). == Fəaliyyəti == "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda (1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur. == Ad və mükafatlar == Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999) "Şüşə oyuncaqlar" filminə görə Əl Cəzirə Beynəlxalq Televiziya filmləri festivalında "Golden Award mükafatı" (2006) "40-cı qapı" filminə görə 42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatı (2009) "40-cı qapı" filminə görə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatı (2009) "40-cı qapı" filminə görə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatları (2009) "40-cı qapı" filminə görə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatları (2009) "40-cı qapı" filminə görə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatı (2010) "40-cı qapı" filminə görə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatı(2010) "40-cı qapı" filminə görə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatı(2010) "Nabat" filminə görə "Ən yaxşı bədii film" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) "Nabat" filminə görə Manhaym-Haydelberq beynəlxalq film festivalında 3 mükafat "Nabat" filminə görə Pune Beynəlxalq film festivalında “Special Mention Award” mükafatı "Nabat" filminə görə 33-cü Fəcr beynəlxalq kinofestivalında “Ən yaxşı rejissor” mükafatı "Nabat" filminə görə Tripoli Film Festivalında "ən yaxşı film" mükafatı "Nabat" filminə görə Avrasiya Beynəlxalq Film festivalında "ən yaxşı rejissor" mükafatı Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016) == Filmoqrafiya == Qatil (film, 1994) P. S. (film, 1995) Valın üçüncü üzü (film, 1996) Qum dənəsi (film, 1997) Səyyahın gündəliyi (1997) Rüstəm haqqında (1999) Söz uşaqlara verilir (film, 1998) Hər şey olduğu kimi (film, 2000) Günəş və bulud (film, 2000) İsmixan Rəhimov (film, 2000) Küyçü Həmid (film, 2000) O quzeylər (film, 2000) Tofiq Bakıxanov (film, 2000) Bir qəlbin iki dastanı (film, 2001) Gəmiqaya (film, 2001) Havalansın Xanın səsi (film, 2001) Qaya (film, 2001) Mingəçevir (film, 2001) Rəşid Behbudov (2001) "Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001) Şəfiqə Baxşəliyeva (film, 2001) Usta Rəşid (film, 2001) Basqal (film, 2002) Fotoqraf (film, 2002) Gözümün İşığı (2002) Gülağa Məmmədov (film, 2002) Lütfiyar İmanov (film, 2002) Maestro (film, 2002) Mariya Titorenko (film, 2002) Durnalar qayıtdı (film, 2003) Firəngiz Əhmədova (film, 2003) Şüşə oyuncaqlar (2003) Nur payı (2005) Qamış şəhərin yuxuları (2006) Mən kitabımı başlayıram (film, 2006) Qaşqayın son proqnozu (film, 2007) 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film) Nabat (film, 2014) (tammetrajlı bədii film) Türkiyə mənim də vətənim == İstinadlar == == Mənbə == Best of Venice: Nabat, Because Paradise Lies Beneath a Woman's Feet Nabat: una donna sola contro la guerra Nabat (2014) Nabat: An Interview with Elchin Musaoglu and Fatemeh Motamed Arya Eine Mutter leistet Widerstand Журнал "Баку".
Elçin Mustafazadə
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan ilk özəl, ödənişli musiqi məktəbi. == Haqqında == 2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda mərkəzin tədris zalında Xocalı soyqırımına həsr olunmuş və tələbələrlə ilk konserti olub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilə çıxış edib. Hətta tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib. 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənib. 09 avqust 2017-ci ildə Fidan Hacıyeva öz tələbəsi Elçin Əliyevi mərkəzə direktor təyin edir. Bundan sonra mərkəzin adı "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır.
Firari Mustafa Paşa
Firari Mustafa Paşa (v. 1671, Bəsrə, Bəsrə vilayəti, Osmanlı imperiyası) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Muradın silahdarlığına gətirildi. 1643-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Diyarbəkir, 1649-cu ildə Bağdad, 1650-ci ildə yenidən Diyarbəkir, 1651-ci ildə isə Hələb bəylərbəyi təyin edildi. Bir il sonra vəzifədən alınsa da, 1653-cü ildə yenidən Hələbə, 1655-ci ildə yenidən Diyarbəkirə təyin olundu. 1656-cı ilin martında kaptan-ı dəryalığa gətirilsə də, həmin ilin mayında bu vəzifəsindən istehfa edərək öz istəyilə Misir bəylərbəyliyinə gətirildi. 1657-ci ilin mayında vəzifədən alındı ancaq sədrəzəm Körpülü Mehmed Paşa tərəfindən haqqında açılan təftişdən qorxaraq qaçıb gizləndi. Sədrəzəmin 1661-ci ildə vəfatının ardından üzə çıxdı və Sultan Mehmed tərəfindən bağışlanaraq Van bəylərbəyi təyin edildi.
Firudin Mustafayev
Firudin Bəylər oğlu Mustafayev (5 oktyabr 1950, Kürçülü, Noraşen rayonu) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Baş direktorunun müşaviri, kimya elmləri namizədi. == Həyatı == Firudin Mustafayev 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kürçülü kəndində anadan olmuşdur 1966–1970-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft — Kimya institutunun kimya-texnologiya fakültəsində ali təhsil almış, 1977–1981-ci illərdə D. İ. Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda (indiki D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti) aspirantura bitirmiş və kimya elmləri namizədi adını almışdır. 1989–90-cı illərdə Serqo Orconikidze adına Moskva İdarəçilik Akademiyasında təhsilini davam etdirmiş və xarici iqtisadi əlaqələr üzrə iqtisadçı ixtisasına yiyələnmişdir. Təhsil aldığı müddətdə 5 elmi məqalənin və 2 ixtiranın müəllifi olmuşdur. 1970–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan, rus, ingilis və alman dillərini bilir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt şəhəri kimya kombinatının benzol sexində növbə rəisi kimi başlamışdır. 1973–1974-cü illərdə Azərbaycan Neft — Kimya institutununda mühəndis kimi çalışmış, daha sonra (1974–1975) Elmlər Akademiyasının Neft — Kimya prosesləri institutunun Sumqayıt şəhəri filialında böyük mühəndis kimi işləmişdir. 1975–1977-ci illərdə Sumqayıt "Kimyasənaye" İB-nin "Üzvi sintez" İB-nin (zavodunun) müxtəlif sexlərində növbə rəisi kimi çalışmışdır. 1981-ci ildə Azərbaycana geri döndükdən sonra Sumqayıt "Kimyasənaye" İB-nin (zavodunun) mərkəzi laboratoriyasının rəis müavini təyin olunmuşdur.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev; 18 fevral 1952, İsalı, Gədəbəy rayonu) — Azərbaycanlı nasir, dramaturq, esseist, filosof. Fəlsəfə elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019). == Həyatı == 18 fevral 1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakıdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. Əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinatla Saatlı rayonunda müəllim işləmişdir. 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri və zabit kimi ordu sıralarından tərxis edilmişdir. 1978–80-ci illərdə Azərbaycan Televiziyasında müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. 1980–84-cü illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. Firuz Mustafa Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə "Maarifçi" və "Mədəniyyət" qəzetlərinin baş redaktoru vəzifəsində çalışmışdır.
Firuz Mustafayev
Firuz Mustafa
Flora Əlimirzəyeva-Mustafayeva
Flora Əlimirzəyeva-Mustafayeva — filologiya elmləri doktoru, professor, "Xarici dillər" kafedrasının müdiri (1988–2000), Azərbaycan folklorşünaslıq tarixində ilk dəfə olaraq Berlin Kral Kitabxanasının "Dits fondu"nda "Kitabi-Dədə Qorqud" un elmə məlum olmayan əlyazmasının saxlanıldıgı faktını aşkara çıxartmışdır. Bir neçə diplom və mükafatlar almışdır. == Həyatı == Flora Davud qızı 1945-ci il yanvar ayının 13-də Qazaxda müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Ağstafada 22 saylı orta məktəbi bitirmişdir. 1961-ci ildə M. F. Axundov adına APDİ-yə (indiki ADU) daxil olub 1966-cı ildə həmin insitutu alman-Azərbaycan dilləri müəllimi ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. 1966-cı ildə müsabiqə yolu ilə D. Bünyadzadə adına AXTİ-nin (indiki ADİU) "Xarici dillər" kafedrasına müəllim seçilmişdir. 1973–77-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) qiyabi aspirantı olmuşdur. 1984-cü ildə "Azərbaycan folkloru slman dilində" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən 2000-ci ilə kimi işlədiyi institutda "Xarici dillər" kafedrasının müdiri olmuşdur. 1991-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Folk-musiqi
Folk-musiqi — ənənəvi xalq musiqisini və 20-ci əsrdə xalq dirçəlişi zamanı əvvəlki dövr nümunələrindən təkamül edən müasir janrı özündə birləşdirən musiqi janrıdır.
Ford Mustang
Ford Mustang — Ford Motor Company şirkəti tərəfindən istehsal olunan avtomobil. İlk dəfə 1964-cü il 17 aprel tarixində təqdim olunmuşdur ve 20.000 dən çox sifariş almışdır. Bu model Ford şirkəti tərəfindən istehsalı davam edən ən qədim üçüncü məhsul olaraq bugünkü beşinci nəslə gəlib çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır. Mustang uzun kapotlu, gödək arxa tərəfə malik Amerikan idman avtomobili sayaq "pony car" (tərc. poni maşın) sinfini yaratdı və GM Chevrolet Camaro, AMC Javelin, yenilənmiş Chrysler Plymouth Barracuda və Dodge Challenger kimi modellərin doğulmasına rəvac vermişdir. O həmçinin Toyota Celica və Ford Capri kupelərinin (daha sonra ABŞ-yə ixrac olunmağa başladı) ilham qaynağı olmuşdur. == Yaradılması == Ford Mustang 1965-ci il istehsal ilinin başlamasından beş ay qabaq ərsəyə gətirilmişdir. İlkin versiyaları adətən 1964½ olaraq bilinir, amma Ford tərəfindən 1965 modelləri adlandırılmış və 9 mart 1964 tarixində Miçiqan ştatı, Dearborn şəhərində kütləvi istehsala başlanmış, ictimaiyyətə 17 aprel 1964-cü ildə "Nyu York Dünya Sərgisində" təqdim olunmuşdur. İcraçı stilist Con Najjar, İkinci dünya müharibəsində istifadə olunmuş North American P-51 Mustang təyyarələrinin azarkeşi idi və adlandırma də məhz onun adına yazılmışdır. John Najjar ilk Ford Mustang prototipini həmkarı stilist Philip T. Clark ilə birlikdə 1961-ci ildə layihələndirmişdir (Ford Mustang I).

Значение слова в других словарях