MÖHÜRLƏNMƏK

məch.
1. Möhür basılmaq, möhür vurulmaq. Attestat möhürləndi. Protokol möhürləndi.
– Üç kağız yazdılar, möhürləndi. Qantəmir.

2. Bir şeyin müəyyən vaxt bağlı qalmağı üçün ağzına möhür vurulmaq, möhür basılmaq.
[Daşdəmir:] İkinci təklif budur ki, anbarın qapısına qıfıl vurulub möhürlənsin!… B.Bayramov.

MÖHÜRLƏNMƏ
MÖHÜRLƏNMİŞ

Значение слова в других словарях