MÜAMİLƏ

is. [ ər. ]
1. köhn. Rəftar, münasibət, davranış.
[Molla Güləndam] qonşuların müamiləsindən … məlumat istərdi. Çəmənzəminli.
Xədicənin mənə qarşı … bu müamiləsindən mütəəssir olmaya bilməzdim. S.Hüseyn.

□ Müamilə etmək – rəftar etmək, yola getmək, bu və ya başqa cür əlaqə, münasibət göstərmək.
Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, söyməkdən də betər idi. C.Cabbarlı.

2. Alış-veriş, ticarət, alver.
Banki-şahi bu müamilədən heç bir yaxşı şey qazana bilməz. P.Makulu.

3. İstifadə və ya borc olaraq verilən pul müqabilində alınan faiz; sələm. Müamilə ilə pul götürmək.
[Məşədi İbad:] [Daşdəmir bəy] mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı müamiləsi edir. Ü.Hacıbəyov.
[Cavad:] Sən bəylərdən yüz manat müamilə alırsan, mənim də səndə otuz manatım qalıb. Ə.Haqverdiyev.

Синонимы

  • MÜAMİLƏ müamilə bax 1. davranış; 2. sələm
  • MÜAMİLƏ alış-veriş — alver
MÜALİCƏSİZ
MÜAMİLƏÇİ

Значение слова в других словарях

докуме́нт отмарширова́ть Та́нтра арабе́сковый непочти́тельный синопти́ческий телефо́н ша́ркнуть товкач asphodel lampoon mediacy papal percaline phototelegraphy potentiometer progressivism spado stridor денник задвинуть накат прикорнуть прослушивать русист