MÜBAHİSƏLİ

sif. Mübahisə doğuran, mübahisəyə səbəb olan. Mübahisəli məsələ. Mübahisəli iş.
– Mollanəsrəddinçilərlə füyuzatçılar arasında ilk nəzərə çarpan mübahisəli məsələlərdən biri dil məsələsi idi. M.İbrahimov.

Синонимы

  • MÜBAHİSƏLİ münaqişəli — davamlı — əngəlli
  • MÜBAHİSƏLİ MÜBAHİSƏLİ (mübahisəyə səbəb olan, mübahisə doğuran) Mollanəsrəddinçilərlə füyuzatçılar arasında ilk nəzərə çarpan mübahisəli məsələlərdən biri dil mə
MÜBAHİSƏÇİ
MÜBAHİSƏSİZ
OBASTAN VİKİ
Mübahisəli şəhər (roman)
"Mübahisəli şəhər" –Avropa müqavimət hərəkatı haqqında yazıçı Süleyman Vəliyevin romanıdır. Roman Kerçdə əsir düşən 416-cı Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını təsvir edir. "Mübahisəli şəhər" 1946–1947-ci illərdə, stalinizm vaxtlarda qələmə alınıb, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılma kampaniyası ilə nəticələnir və 1949-cu ilin yayında Süleyman Vəliyev Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Beləliklə, romanın çapı dayandırılır. 1957-ci ildə, artıq Bakıya qayıdandan sonra, yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-SSRİ əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına icazə verilmədi. Nəticədə, 1962-ci ildə roman Moskvada rus dilində nəşr olundu. Yalnız bundan sonra bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap edilir. Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi, o Triest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq qərarına gəlir. Şəhərdə slovenlər və italyanlardan ibarət olan güclü partizan hərəkatının mövcud olduğunu əsirlər də bilirdilər.
Hindistanın mübahisəli ərazilərinin siyahısı
Hindistanın mübahisəli ərazilərinin siyahısı — Hindistanda bir çox mübahisəli ərazilər var. Böyük anlaşmazlıqlar Çin və Pakistanla, kiçik anlaşmazlıqlar isə Banqladeş, Nepal və Şri-Lanka ilə yaşanır.

Значение слова в других словарях