MÜDƏRRİS

is. [ ər. ] köhn. Müəllim, dərs verən adam.
Mədrəsə içrə müdərris verdiyi min dərsdən; Yey durur meyxanədə bir cam vermək bir gözəl. Füzuli.
Bizlərdə şəyirdə tema verib yazı yazdırmaq adəti rus müdərrislərindən götürülüb. C.Məmmədquluzadə.
Müdərrislərimiz ondakı … məharətə qibtə edərlərdi. İ.Əfəndiyev.

Синонимы

  • MÜDƏRRİS müdərris bax müəllim
MÜDƏBBİR
MÜDƏRRİSLİK
OBASTAN VİKİ
Müdərris
Müdərris — Osmanlı Dövləti və Səlcuqlularda mədrəsələrdə dərs deyən alimlər. Ərəbcə "dərs" məsdərindən yaranan müdərris sözü, dərs deyən müəllim, şəxs mənasını bildirir. Ənənəyə əsasən, dövrün məktəb vəya mədrəsələrində təhsilini tamamlayıb, icazət (diplom) aldıqdan sonra mədrəsə və məscidlərdə dərs deyən şəxslər müdərris adını qazanmışdır. Müdərris ifadəsi daha çox X əsrdən sonra istifadə olunmuşdur.
Seyid Həsən Müdərris
Seyid Həsən Müdərris-Qumşeyi (1870 – 1 dekabr, 1937) — müctəhid. Seyid Həsən Müdərris gənc yaşlarında İsfahanda, Nəcəfdə ruhani məktəblərində təhsil almış və müctəhid dərəcəsinə çatmışdır. Konstitusiyanın "əlavə" hissəsinin 2-ci maddəsinə görə, Məclisin hər bir dövrəsində 5 nəfər müctəhidi nümayəndə kimi Məclisdə iştirak etməyə hüququ vardır. S. H. Müdərris ikinci və üçüncü məclisdə həmin 5 nəfər ruhaninin biri kimi iştirak etmişdi. S. H. Müdərris üşüncü Məclisdə heyəti eımiyyə fraksiyasının lideri kimi fəaliyyət edirdi. O, Kirmanşahda təşkil edilmiş müvəqqəti (Qərb) hökumətinin ədliyyə naziri vəzifəsinə təyin edilmişdi. S. H. Müdərris Rza xan hakimiyyətinə qarşı mübarizədə fəal iştirak etmiş, 1926-cı ildə Rza şah polisi tərəfindən sürgündə öldürülmüşdür. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Tərbiyət Müdərris Universiteti
Tərbiyət Müdərris Universiteti (fars. دانشگاه تربیت مدرس‎) — İran İslam Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin əsası 1982-ci ildə qoyulmuşdur. İran İslam Respublikasının Tehran şəhərində yerləşir. Hazırda, magistratura, dokturantura və post-dokturantura pillələrində tələbə qəbul edir. Tərbiyət Müdərris Universiteti 1981-ci ildə yaradılıb. Faydalı elm istehsal etmək, bilik və texnologiyanın sərhədlərini genişləndirmək, xüsusən elm istehsalı hərəkatını, proqram təminatı hərəkatını inkişaf etdirmək, gücləndirmək və elmi istehsalın payını artırmaq üçün müxtəlif elmlər üzrə professor-müəllim heyətini hazırlamaq məqsədi ilə təhsil və tədqiqat sahəsində aparıcı universitet humanitar elmlərin inkişafı, milli ehtiyaclar və yeni tətbiqi texnologiyalar üzrə regional və beynəlxalq elmi mərkəzlərin qarşılıqlı əlaqəsi ilə işləyir. Hüquq Humanitar elmlər və fəlsəfə Tibb Riyaziyyat Biologiya Fənlərarası elm və texnologiyalar Mədən Kənd təsərrüfatı İdarəetmə və İqtisadiyyat Təbii ehtiyatlar və dəniz elmləri Elektrik və kompüter mühəndisliyi kimya mühəndisliyi Sənaye və sistem mühəndisliyi Ətraf mühit və ekologiya Mexanika İncəsənət və memarlıq. Universitet nəzdnində 20-dən çox elmi-tədqiqat institutu və 15-dən çox elmi araşdırma mərkəzi var. Tərbiyət Müdərris Universitet İran İslam Respublikası universitetləri arasında Tehran Universitetindən sonra ikinci sıradadır.

Значение слова в других словарях