MÜHİB

sif. [ ər. ] köhn.
1. Qorxunc, qorxulu, təhlükəli.
Nəinki uşaqlar ondan [Haqq Mövcuddan] qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çəkinirdilər. Ə.Haqverdiyev.
Təpəsi sanki parlayan almaz; Uca, tərpənməyən, mühib Qafqaz. A.Səhhət.

2. Görünüşcə yekə, iri.
MÜHƏYYA
MÜHİT
OBASTAN VİKİ
Əhməd Mühib Dıranas
Əhməd Mühib Dıranas (1907-1980) — Türkiyə şairi. Şeirləri Tanpınar kimi çox sonralar, 1974-cü ildə "Şeirlər" adı ilə kitablaşdırıldı. Əhməd Mühib fərdi mövzular və gözəlliklər üzərində daha çox durmuşdur. Sosial və siyasi mövzulara o qədər də toxunmamışdır. Saf şeir anlayışını mənimsəmişdir. Sezgi, duyğu, müşahidə, təəssürat və lirizmə önəm vermişdir. Ədəbi cərəyan və qruplarla maraqlanmamış, müstəqil bir şair kimi qalmağı üstün tutmuşdur. Məsələn, qəribçilərə və II yeniçilərə qoşulmamışdır. Türk xalq şeirindən, Osmanlı ədəbiyyatından və fransız şairlərindən bəhrələnmişdir. Özəlliklə Yəhya Kamalın, Əhməd Həmdi Tanpınarın və Bodlerin təsiri altında olmuşdur.
Mühibəlili (Xudafərin)
Mühibəlili (fars. محب علي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (19 ailə).

Значение слова в других словарях