MÜTƏARİF

sif. [ ər. ] köhn.
1. Məlum, məşhur, bilinən, tanınan.
// Xəbər şəkilçisi ilə: mütəarifdir – tanınır, məşhurdur.
Mirzə Fətəli “Səbuhi” təxəllüsü ilə mütəarifdir. F.Köçərli.

2. Adi, həmişəki.
Molla İbrahimxəlil tez mütəarif ev libasında … çadırın qabağında durub şagirdi Molla Həmidi çağırdı. M.F.Axundzadə.
Müəllim [Molla Xəlilin] qapısından ötüb keçdikdə “Yolunuzu yaxın ediniz! Qulluğunuzda olaq! – kimi mütəarif sözlərlə onu evinə çağırmışdısa da, məqsədinə yetişə bilməmişdi. S.Hüseyn.

MÜTƏAQİB
MÜTƏDAVİL

Значение слова в других словарях