Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madeon
Hüqo Pyer Lekler (fr. Hugo Pierre Leclercq); təxəllüsü Madeon — fransız DJ, musiqiçi və mahnı müəllifi.
Cek Laleyn
Francois Henri LaLanne (ing. Jack LaLanne; 26 sentyabr 1914 – 23 yanvar 2011) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Con Makkeyn
III Con Sidney Makkeyn (ing. John Sidney McCain III; 29 avqust 1936[…], Koko Solo[d] – 25 avqust 2018[…], Kornvill[d], Arizona) – ABŞ siyasətçisi, Arizona ştatından senator, 2008-ci il ABŞ Prezident Seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd. == Həyatı == Con Makkeynin atası və babası da ABŞ Donanmasının tanınmış admiralları olmuşlar. Con Makkeyn 1936-cı il avqustun 29-da anadan olub. Senator Makkeyn 1954-cü ildə Ali Yepiskop Məktəbini bitirib. Sonra o, atasının yolunu davam etdirərək 1958-ci ildə ABŞ Donanma Akademiyasını bitirib. C. Makkeyn Vyetnamda əsirlikdən azad ediləndən sonra onu prezident Riçard Nikson şəxsən özü qarşılayıb. C. Makkeyn həmçinin qeyri-adi igidliklərinə görə də məşhurdur. 1967-ci il iyulun 29-da onun da yerləşdiyi təyyarəyə raket zərbəsi endirilib. Makkeyn isə təyyarənin burnu tərəfə keçərək oradan tullanıb.
Kurt Kobeyn
Kurt Kobeyn (ing. Kurt Cobain; 20 fevral 1967, Aberdin[d], Vaşinqton – təq. 5 aprel 1994, Sietl, Vaşinqton) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı. == Həyatı == Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-nin Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi.
Malein anhidridi
Malein anhidridi (sis-etilen-1,2-dikarbon turşusunun anhidridi) – formulu C4H2O3 olan üzvi birləşmədir. Təmiz halda ağ rəngli, romb şəkilli şəbəkəli, kristal maddədir. == Sintezi == Benzolun və digər aromatik birləşmələrin, həmçinin butanın oksidləşməsindən alınır. 2 CH3CH2CH2CH3 + 7 O2 → 2 °C2H2(CO)2O + 8 H2O == Fiziki xassələri == Malein anhidridinin ərimə temperaturu 325.85 K, qaynama temperaturu 475 K-dır. Suda malein turşusunun alınması ilə, asetonda, benzolda, toluolda, xloroformda və s. həlledicilərdə həll olur. == Alınması == 1970-ci ildə malein anhidridinin 90% benzoldan, qalan hissəsi əsasən neftin butan-butilen fraksiaysından istehsal olunmuşdur. 1980-ci il üçün benzoldan alınan malein anhidridinin miqdarı 81,3%-ə təşkil etmişdir. Malein anhidridinin istehsalında benzolun sərfinin azalması əsasən onun zəhərli (kanserogen) olması, istehsal həcminin azalması və qiymətinin artması ilə bağlıdır. Malein anhidridinin istehsal texnologiyasının əsasında benzolun, n-butan və ya n-butenlrəin qaz fazada oksidləşməsi prosesi durur.
Malein turşusu
Malein turşusu - HOOC-CH = CH-COOH formuluna malik ikiəsaslı doymamış üzvi birləşmədir. Beynəlxalq nomenklatura ilə adı sis-butenedio turşusudur. Onun trans izomerinə fumarin turşusu deyilir.Malein turşusunun duzlarına və efirlərinə maleatlar deyilir.Ən çox fumarin turşunun istehsalında istifadə olunur. == Fiziki xassələri == Malein turşusu molekulu fumarin turşusundan daha az stabildir. Yanma istiliyi arasındakı fərq 22.7 kJ / mol təşkil edir [1]. Malein turşusu suda çox yaxşı həll olur (25 °C -də 78.8 q / l), fumarin turşusu zəif həll olur (25 °C -də 6.3 q / l). Bu xüsusiyyətlər malein turşusu molekulunda molekullararası hidrogen bağının əmələ gəlməsi ilə izah olunur. == Tarıxi və alınma metodları == Malein turşusu ilk dəfə 1819 -cu ildə alma turşunun distillə edilməsi yolu ilə Lassen tərəfindən alınmışdır. Perkinə (1881) görə, onu əldə etmək üçün alma turşusu asetil xloridlə işlənir, sirkə-alma anhidridi əmələ gətirir, onun hidratlaşması nəticəsində malein turşusu əmələ gəlir. Prosesin ümumi sxemi: == Sənayedə istehsalı == Sənayedə malein turşusunu aşağıdakı sxemə görə benzolun katalitik oksidləşməsindən alınan malein anhidridinin hidrolizindən əldə edilir: == Sənayedə tətbiqi == Malein turşusunun ən vacib istifadəsi fumarin turşunun istehsalındatətbiqidir.
Maleya burnu
Maleya burnu (yun. Ακρωτήριο Μαλέας) — Yunanıstanın Elos yarımadasında, Lakonikos körfəzinin şərq tərəfində, Peloponnes yarımadasının cənub-şərq ucunda yerləşən burun. Peloponnes periferiyası Lakonia periferiya bölməsi Monemvasi icmasına aiddir. Burun qonşu Tenaron burnu ilə birlikdə Yunanıstanın cənub ucudur. Hündür burun qəfildən dənizə enir. Homerin Odisseyasında xatırlatdığı yerdəki şimal küləyi Odisseyin Kitiraya üzməsinə imkan verməmişdir. Strabonun dediyinə görə, bununun arxasındakı dəniz küləklər səbəbindən üzmək əlverişsiz idi və bu səbəbdən "Maleyanı dolaşın, qayıdış səfərini unudun" məsəlini söyləmişdir. Buna görə də İtaliya və Asiyadan olan tacirlər Korinfdə mal yükləməyi üstün tuturdular.. 18-ci əsrin sonlarında burunda Mələklər adlı bir ibadətgahı qurulur. Bu səbəbdən Kapo Sant'Ancelo ((it.
Mayenn (rayon)
Mayenn (fr. Mayenne) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mayen. Suprefektura — Mayenn. Rayon əhalisi 2006-cı ildə 88 701 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 42 nəf / km². Rayon sahəsi — 2094 km².
Qızılı mabuya
Qızılı mabuya (lat. Trachylepis aurata) — Afrika mabuyaları cinsinə aid növ. рода Orta ölçüyə malik olan kərtənkələ olaraq 10,5 sm uzunluğa və 21 q çəkiyə malikdir. Quyruğu çox qısadır. Dərisi inçə və hamardır. Yuxarı hissəsi qəhvəyi-boz və ya brünc rəngdə olur. Aşağı hissəsi isə sarıya çalan ağ və sarı rəngdə olur. Quyruğu isə mavi-sarı rəngə çalır. Əsasən dağlıq ərazilərdə yayılmışdır. Onlar qayalıqlar və daşlıqlarda məskən salır.
İen Makşeyn
Ian David McShane (29 sentyabr 1942, Blekbörn, Lankaşir) — İngilis mənşəli aktyor. Bir çox filmlərdə və seriallarda rol almışdır. Keçmiş futbolçu Harry McShane-nin oğludur. 2004-cü ildə Deadwood teleserialındakı roluna görə "Dram Serialının Ən Yaxşı Aktyoru" nominasiyasında Qızıl qlobus mükafatını qazanmışdır. 2007-ci il istehsalı olan Butterfly on a Wheel (azərb. Xəyanətin əvəzi‎ filmində Meredith rolunu canlandırmışdır.
Şirli Makleyn
Şirli Makleyn (ing. Shirley MacLaine, 24 aprel 1934) — ABŞ aktrisası və yazıçısı. Şirli Makleyn 24 aprel 1934-cü ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Atası Ayra Ouens Biti psixiologiya professoru, anası Ketlin Koronna dram müəlliməsi idi. 1930-cu illərdə məşhur olan aktrisa Şirli Templin şərəfinə adlandırılıb.
Mayn
Mayn '(alm. Main‎, lat. Moenus) — Almaniya da çay, Reynin sağ qolu.
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Jan Qaben
Jan Qaben (əsl adı Jan Aleksis Monkorje, 17 may 1904[…], IX arondisman, Fransa – 15 noyabr 1976[…], Nöyi-sür-Sen, O-de-Sen, Fransa) — Fransız aktyor.
Laval (Mayen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Maren Mare
Maren Mare (fr. Marin Marais; 31 may 1656[…], Paris – 15 avqust 1728[…], Paris) — Fransalı bəstakar.
Maren Mersenn
Maren Mersenn (ing. Marin Mersenne; 8 sentyabr 1588[…] – 1 sentyabr 1648[…], Paris, Fransa krallığı[…]) — fransız alimi, rahibi; Paris akademiyası adlandırdığı Paris elmi dərnəyini təşkil etmişdir. Özünün geniş yazışmaları və səyahətləri sayəsində bütün dünya alimlərinin məlumat mübadiləsinin tam şəbəkəsini yaratmışdır.
Matey Kejman
Mateya Kejman (serb. Матеја Кежман / Mateja Kežman; 12 aprel 1979, Zemun, Yuqoslaviya) — keçmiş Serbiya futbolçusu, hücumçu, oyunçu karyerasını başa vurub. Daha çox PSV Eyndhoven klubundakı uğurlu çıxışı ilə yadda qalıb. Serbiya çempionatlarında dəfələrlə bombardir adını qazanmış Matey Kejman Niderlandda kifayət qədər məşhurlaşıb. Onun "Uçan holland" ölkəsinə gəlişi 2000-ci ilə təsadüf edir. "Narıncı ölkə"də çıxış etdiyi 4 mövsümün 3-də snayperlər siyahısında birinci olmuş serbiyalı rusiyalı maqnat, Çukotka vilayətinin məşhur meri, "Çelsi"nin sahibkarı Roman Abramoviçin şəxsi dəvəti ilə də "Dumanlı Albion"a təşrif buyurdu. Cəmi 5 milyon funt sterlinqə. Lakin hücumçu gözlənilən effekti vermədi, nədənsə oyunu alınmadı – mövsümə cəmi 7 qol vurdu. Elə bunun nqəticəsi idi ki, sonrakı mövsüm madridli "matrasçılar"ın – "Atletiko"nun düşərgəsinə keçmək məcburiyyətində qaldı. Əfsanəvi korrida ölkəsi İspaniyada da "futbol matadoru"na mövsüm düşərli olmadı.
Matey Tot
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). == Nailiyyətləri == 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Mayen (departament)
Mayen (fr. Mayenne, bret. Mayenne) — Fransa qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 53. İnzibati mərkəzi — Laval. Əhalisi -—317,006 nəfər (departamentlər arasında 74-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi 5175 km². Departamentin ərazisində Mayen çayı axır. Departamentə 3 rayon, 32 kanton və 261 kommun daxildir. == Tarixi == Mayen — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Qabriel Matey
Yevgen Qabriel Matey (26 fevral 1990-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Konkordiya Kyajna klubunda müdafiənin sağ cinahında çıxış edən Rumıniyalı peşəkar futbolçudur. Qabriel Matey 2011-ci ildə 600,000 avro qarşılığında Styaua Buxarest klubuna transfer olmuşdur. Panduri Tarqu Jiu klubu isə gələcək transferin 500,000 avro olduğunu açıqlamışdır. Mateyin karyerası çoxsaylı bədən xəsarətləri ilə əlamətdar olub. Bununla o, Styauada iki mövsümü demək olar ki, buraxmışdır. Bu dövr ərzində dörd əməliyyat keçirmişdir. 25 iyun 2017-ci ildə Matey Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. 29 dekabr 2017-ci ildə Matey Polşa Ekstraklasa təmsilçilərindən olan Termalika Nieçieçza klubu ilə müqavilə imzalamışdır.
Tot Matey
Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983, Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016). 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu. 2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur. 2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
Yan Mayen
Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir. Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u. Torpaq sərhədlərinin uzunluğu: 0 km. Şahil xəttinin uzunluğu: 124,1 km. Dəniz hüququ: ərazi suları:4 dəniz mili bitişik zona: 10 dəniz mili iqtisadi zona: 200 dəniz mili materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonası İqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi. Relyef: vulkanik mənşəlli ada.
Mabel Matiz
Fatih Karaca (31 avqust 1985, Mersin) və ya Mabel Matiz, türk müğənnisi və söz yazıçısıdır. Onun səhnə adı "Kumral Ada Mavi Tuna" romanındakı "Tuna" obrazının "Mabel" ləqəbi ilə qədim yunanca "çox sərxoş, sevən insan" mənasını verən matiz sözünün birləşməsindən yaranıb. == Həyatı == Fatih Karaca, 31 avqust 1985-ci ildə Mərsinin Erdemli rayonunun Tömük qəsəbəsində evdar qadın Maya Karaca ilə yük maşını sürücüsü və Kipr Veteranı Ali Karacanın ilk övladı olaraq anadan olub. Uşaqlıqda güclü kəkələmə, özünü ifadə edə bilməməsi onu yazmağa həvəsləndirmiş və bu vəziyyət onu musiqiyə, ədəbiyyata, müğənniliyə apararaq yeni ifadələr axtarmağa vadar etmişdi. O, uşaqlıq illərini Erdemlidə keçirmiş, burada musiqi baxımından ona çox töhfə verdiyini bildirmişdir. Uşaqlıq və gənclik illərində əsasən 80–90-cı illərin türk pop musiqisini dinləyib. Bu dövrlərdə ən çox dinlədiyi mahnı Sezen Aksunun "Şinanay" mahnısı olub. O, orta məktəbin 2-ci kursunda oxuyarkən (2001–2002) Yunus Emrenin həyatından bəhs edən teatr tamaşasında baş rol oynayıb və bu tamaşaya hazırlıq sayəsində bir il onun kəkələməsinə nəzarət etməyi öyrənib. Universitet təhsilini 2003–2008-ci illərdə İstanbul Universiteti Diş Həkimliyi Fakültəsində almışdır. İlk musiqi təhsilini universitet illərində etdi və 2005-ci ildə tibb fakültəsindən dostu Duyğu Has ilə akustik duet sayıla biləcək cover qrupunu qurdu.
Annemari fon Qabayn
Annemari fon Qabayn(alm. Annemarie von Gabain‎, doğ. 4 iyul 1901 Moranj, Lotaringiya, Almaniya — öl. 15 yanvar 1993 Berlin) — alman türkoloqu, şərqşünası. == Həyatı == Annemari von Qabayn 4 iyul 1901-ci ildə Mörchingendə doğuldu. Orta təhsilini bitirdikdən sonra Berlin Universitetində tanınmış sinoloq Otto Frankenin və türkoloq Vilhelm Bangın dərslərinə qatıldı. Bang, Turfan qazıntılarında olan Uyğur əlyazmaları üzərində çalışdığından Qabaynın Çincə bilgisindən faydalandı və bu bəlgələri birlikdə nəşr etdirərək elm aləminə tanıtdılar. Qabayn 1934-cü ildə Bangın ölümünün arxasından Türkiyəyə gəldi və 1935–1937-ci illərdə Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində Sinoloji profesoru oldu. Türkiyədən ayrıldıqdan sonra Berlin Universitetində Türk dili təhsilini üzərinə aldı və bu vəzifəni II Dünya Savaşının bitiminə qədər sürdürdü; savaşdan sonra da Hamburq Universitetində Türk dili professorluğuna təyin edildi. Bangın vəfatından sonra heç axsatmadığı Uyğur dili sahəsindəki çalışma və nəşrləriylə Türkoloji çevrələrində böyük birşöhrət qazanan Qabayn 1957-ci ildə Türk Dil Qurumunun müxbir üzvlüyünə, 1989-cu ildə də fəxri üzvlüyünə seçildi.