Əliabbas Müznib
Mütəllibzadə Əliabbas (Əlabbas) Mütəllib oğlu (1883, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 28 avqust 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909–1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915–1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır.
"Yusif və Züleyxa" (1914), "Tikan kolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir.
1881-ci ildə Bakıda doğulub.