MÜŞFİQ
MÜŞTAQ
OBASTAN VİKİ
Müşfiqə Qadınəfəndi
Müşfiqə Qadınəfəndi (soyad qanunundan sonra Müşfiqə Qayı) (d. 10 dekabr 1867 — ö. 16 iyul 1961) — 34. Osmanlı sultanı II Əbdülhəmidin səkkizinci xanımı və "Babam Sultan Abdülhamid" adlı xatiratıyla məşhurlaşan Aişə Sultanın anası. == Həyatı == Müşfiqə xanım 10 dekabr 1867-ci ildə Osmanlı tabeliyindəki Hopa şəhərində abxaz ailəsində dünyaya gəldi. Əsl adı Ayşə Ağırba idi. Atası 1877–1878 Osmanlı-Rusiya müharibəsinə könüllü qatılan və şəhid olan Mahmud bəy, anası isə Əminə xanım idi. Özündən 1 yaş kiçik Fatma adlı bacısı, 7 yaş böyük Şahin adlı bir qardaşı vardı. Müharibəyə getməzdən öncə atası Mahmud bəy ailəsini yaxın dostu Hüseyn Vasif Paşaya tapşırmışdı. Hüseyn Vasif Paşanın xanımı Bəzminigar xanım Mahmud bəyin qohumu idi.