Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Məqsəd Nur
Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə "Mingəçevir işıqları" qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb. 1989–1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1993–1998-ci illər arasında həftəlik "Press-fakt" qəzetinin baş redaktoru və qurucusu olub. Qəzet bu illərdə ədəbi-bədii, ictimai-siyasi, intellektual mühitdə ən öndə gedən və art-sektorun ən avanqard sahələrini təmsil edən tanınmış mətbu orqanlardan biri olub. Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı "Yarıqaranlıq" rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda sovet dövründən qalmış yazı və düşüncə stereotiplərini yeniləyirdi. "Yarıqaranlıq" silsiləsində yazıçı dövrün qarma-qarışıqlarını əks etdirir, qəhramanlarının psixoloji sıxıntılarını, lokal konfliktlər məngənəsində əziyyət çəkən sadə insanların həyatını qələmə alırdı.
Nur-Sultan
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Nur (İran)
Nur — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,806 nəfər və 6,164 ailədən ibarət idi.
Nur Aysan
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Bayanov
Nur Bayanov (tatar. Нур Галим улы Баянов, Нур Баян; 15 may 1905, Ənək[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 23 aprel 1945, Avstriya) — tatar şair. Nur Bayanov kasıb kəndlinin ailəsində anadan olub. 1921-ci ildə Nur Bayan Permə getdi və burada fəhlə kimi işə düzəldi. 1923-cü ildə təhsil almaq üçün Kazana gəldi və Tatar-Başqırd hərbi məktəbinə daxil oldu. Eyni zamanda özünü ədəbi yaradıcılıqda sınadı və artıq 1925-ci ildə dövri mətbuat səhifələrində dərc etməyə başladı. 1928-ci ildə Bayanov Nur artıq "Kyzlarmeets" qəzetinin redaksiyasında ədəbi işçi kimi çalışır. Elə həmin il onun "biçici qızlar" və "məhv edilmiş səngərlər" şeirlərinin ilk topluları nəşr olundu. 1929–1930-cu illərdə Nur Bayan "Kolxoz Yaşlara" jurnalının məsul katibi vəzifəsini aldı, sonra Chelninskaya regional qəzetinin redaktoru təyin edildi. Eyni zamanda "Yonca tarlaları", "Yağışlı gecə" şeirlərini və bir sıra şeirlərini yazdı.
Nur Bekri
Nur Bekri (uyğ. نۇر بەكرى; 9 avqust 1961) — uyğur mənşəli keçmiş Çin siyasətçisi. O, daha çox 2007-ci ilin dekabr ayından ÇKP partiya komitəsi rəhbərinin müavini və Sincan-Uyğur Muxtar Rayonunun regional hökumətinin sədri kimi tanınır. 1982-ci ilin dekabr ayından Çin Kommunist Partiyasının üzvü, 18-ci çağırış ÇKP Mərkəzi Komitəsinin üzvü (17-ci çağırışın namizədi). Milliyətcə uyğurdur. 1983-cü ildə Sincan Universitetinin siyasət fakultəsini bitirdi. Elə həmin universitetdə 1983-84-cü illərdə gənclər liqasının rəhbəri və 1984-cü ildən rəhbər müavini, 1989-1992-ci illərdə komsomol komitəsinin rəhbəri, 1992-1993-cü illərdə partiya komitəsinin təbliğat şöbəsinin müdiri. 1986-89-cu illərdə ÇKP Mərkəzi Komitəsi nəzdindəki Partiya məktəbində siyasi nəzəriyyə ixtisası üzrə təhsil almışdır. Kaşğər administrasiyasının 1993-cü ildən köməkçisi, 1995-96-cı illərdə isə xüsusi nümayəndəsi olmuşdur. 1996-98-ci illərdə Sincan-Uyğur Muxtar Rayonu Regional Hökumətinin katibinin müavini olmuşdur.
Nur Cahan
Nur Cahan (pənc. نور جہاں ; urdu نور جہاں ; ing. Noor Jehan, 21 sentyabr 1926, Kasur[d], Britaniya Hindistanı – 23 dekabr 2000, Kəraçi) — Pakistanlı ifaçı və aktrisa idi. O, Hindistan yarımqitəsində dövrünün ən böyük müğənnilərindən biri kimi tanınır və ona Məlikəye tərənnüm (Urdu: ملکہ ترنم, melodiya kraliçası) fəxri adı verilmişdir. O, 1965-ci ildə ifa etdiyi vətənpərvər mahnıları ilə Pakistanda xüsusi milli tanınma və populyarlıq qazandı və bu, onu əlamətdar səviyyəyə qaldırdı. O, hind, pəncab, sindhi və urdu dillərində 10 mindən çox mahnı oxuyub. O, həmçinin Pakistanın ilk qadın kinorejissoru hesab olunur.
Nur Camaatı
Nur Camaatı — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmışdir Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir. Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur. 1996 ilində Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan raporda Nur camaatinin qolları və fəaliyetleri bu şəkilde açıqlanmışdır Yazıcılar Qurubu (Əhməd Hüsrəv Altınbaşak) Sözlər Gurubu (Mustafa Sunqur) Suffe Gurubu (Mehmet Kırkıncı) İstanbul Gurubu (Abdullah Yeğin,Hüsnü Bayram,Ahmet Aytimur) Kurdoğlu Gurubu (Mehmet Kurdoğlu) İhlas Nur Gurubu (M.Said Özdemir) Nesil Gurubu (Mehmet Fırıncı), Yeni Asya Gurubu (Yeni Asya Gazetesi, Mehmet Kutlular) Zehra Gurubu (İzzettin Yıldırım) Med-Zehra qrupu (Muhammed Sıddık Dursun) Azərbaycanda Nur camatının Mustafa Sunqur qurubu var.
Nur Fettahoğlu
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Otan
"Nur Otan" (qaz. Nur Otan; Нұр Отан — Vətən İşığı) — Qazaxıstandakı hakim və ən böyük prezident partiyası. 1999-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuşdur, eyni zamanda partiyanın lideri olmuşdur. "Nur Otan" qazax dilindən azərbaycan dilinə "Vətən işığı" kimi tərcümə olunur. Nur Otan partiyasının gənclər qanadı "Gənc Vətən" kimi tərcümə olunan "Jas Otan" adlanır. 22 dekabr 2006-cı il tarixində "Otan" partiyasının X fövqəladə qurultayında Cümhuriyyət Siyasi Partiyasının "Otan" Xalq Demokratik Partiyası olaraq "Nur Otan" olaraq adlandırılması təklifi əlavə və dəyişikliklərə dair qərar layihəsi qəbul edildi. RPP "Otan" ın nizamnaməsi də qəbul edildi. 18 oktyabr 2013-cü il tarixində Nur Otan Xalq Demokratik Partiyası Nur Otan olaraq dəyişdirildi. Partiyanın 2013-cü ildə qəbul etdiyi Doktrinada deyilir ki, Nur Otan "cəmiyyəti birləşdirən və Elbası Dövlət kursunun həyata keçirilməsini təmin edən hakim siyasi qüvvədir". Doktrina ideoloji dəstək və Nazarbayev siyasətinin həyata keçirilməsi üzərində qurulub.
Nur Surəsi
24-cü surə ən-Nur (Nur) surəsi (Məkkədə nazil olmuşdur, 64 ayədir) Surənin adı 35-ci ayədə çəkilən "nur" sözündən götürülmüşdür. Zinakar kişi və qadınların cəzalandırılması, eləcə də qadına zina isnad edənin 4 şahid gətirilməsi, əgər şahidlərin sayı 4-dən az olarsa, onların özünün cəzalandırılması, yaxud ərin öz həyat yoldaşını zinada ittiham etməsi və ittihamın nə vaxt sübut olunmuş qəbul olunması məsələləri bu surənin ilk ayələrində qeyd olunub. Surənin 31-ci ayəsi mömin qadınlarının örtünməsi (hicab) ilə bağlıdır və bu yöndən daha çox müzakirə olunan ayələrdəndir.
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır. Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Nur dağları
Nur və ya Amanos (türk. Nur Dağları, Amanos Dağları) — Türkiyədə sıra dağlar.
Nur şəhristanı
Nur şəhristanı - İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,807 nəfər və 27,699 ailədən ibarət idi.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Risaleyi Nur
Risale-i Nur —Bədiüzzaman Səid Nursi tərəfindən qələmə alınmış Quran təfsiri. Orijinal variantı osmanlı türkcəsi ilə yazılmış bu kitablar toplusu ümumi səhifə sayı 6000 səhifəyə yaxındır və 15 kitabdan ibarətdir ("Sözlər", "Məktubat", "Ləm'ələr", "Şüalar", "İşarat-ül İ'caz", "Məsnəvi-i Nuriyə", "Tarixçə-i Həyat", "Barla lahiqəsi", "Qəstəmonu lahiqəsi", "Əmirdağ lahiqəsi", "Sikkə-i Təsdiq-i Qeybi","Əsa-yi Musa", "Zülfiqar", "Sirac-ün Nur", "Tilsimlər").
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Ubsu-Nur
Ubsu-nur, Ubsa Gölü, Uvs Gölü, (Monqol dili: Увс Нуур - Uvs Nuur, Rus dili: Убса - Ubsa, Tuva dili: Успа-Холь - Uspa Hol), Monqolustanda ən böyük göl. Dəniz səviyyesindən 759 metre hündürlükdə bulunur.
Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Əli Nur
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Ən-Nur
Ən-Nur (ər. النور) — Allahın adlarından biri. Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Ağasaleh Nuriyev
Ağa Saleh Məmmədhüseyn oğlu Nuriyev (28 mart 1940, Bakı – 23 fevral 2023, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı, respublika və beynəlxalq sərgilərin iştirakçısı. Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu 28 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Ağa Saleh Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısı olub. Ağa Saleh Nuriyev 2006-cı ildə Azərbaycan Əməkdar rəssamı adına layiq görülmüşdür. Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında ("Flora və fauna", 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M. Füzuli və M. Ş. Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir. Dəzgah vitraj nümunələri arasında "Kristal struktur", "Ritmik kompozisiya I", "Bürkü", "Uçuş", "Metamorfoz", "Noktürn", "Müasir ritmlər", "Major kompozisiyası" və s.
Aşkın Nur Yengi
Aşkın Nur Yengi (3 iyul 1970, İstanbul) — Türkiyə pop musiqiçisi. 1981-ci ildə Onno Tunç orkestrində Sezən Aksunun vokalisti olaraq səhnə fəaliyyətinə başladı. 1987-ci ildə Qrup Dövrü adı Harun Kolçak'la birlikdə "Yaxşı şeylər söyləyin" mahnısı ilə Türkiyədən Eurovision Mahnı Yarışması Finallarına qatıldı. Elə həmin il, Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında "Yenidən", 1988 Antalya Qızıl Portağal Film Festivalında "Portağal Çiçəyi" və ertəsi il Çeşme Musiqi Festivalında "Daha Ağlama" mahnıları ilə beynəlxalq platformalarda ilk mükafatları qazandı. 2006-cı ildə Haluk Bilginerlə evləndi və bir qız anasıdır. Cütlük 2012-ci ildə boşandı.
Aşıq Nuriddin
Aşıq Nuriddin (azərb. İsgəndərov Nuriddin Abid oğlu‎; 20 noyabr 1956, Daşkənd, Basarkeçər rayonu – 22 dekabr 2017, Şəmkir) — Azərbaycan aşığı, Aşıq Hacı Göyçəlinin şəyirdi. Aşıq Nuriddin 20 noyabr 1956-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. İlk təhsilini Daşkənd kənd orta məktəbində almış, hərbi xidməti başa vurduqdan sonra təhsilini Moskva Kooperasiya İnstitutunda davam etdirmişdir. Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Artıq gənc yaşlarından Aşıq Hacı Bayramovla həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak etməyə başlamış, tez bir zamanda elin-obanın rəğbətini qazanmışdır. Aşıq Hacı ilə birlikdə ifa etdikləri "Aşıq Alı" dastanı hələ 1980-cı illərdən bu yana saz-söz sevənlərin yaddaşlarından silinməyib və bu günə kimi Dövlət Televiziyasının "Qızıl fond"unda ölməz sənət əsəri kimi qorunub saxlanır. Aşıq Nuriddin bu günə qədər də saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaranmasında danılmaz rola malikdir. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olar marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir. Aşıq Nuriddin uzun müddət Şəmkir rayonunda yaşamışdır.
Bayram Nuruzadə
Bayram Nuruzadə (29 mart 1996-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sumqayıt" FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Nuruzadə Sumqayıt FK akademiyası vasitəsilə inkişaf etmişdir. Nuruzadə əsas komanda ilə debütünü 20 dekabr 2013-cü ildə etmişdir. O, 84-cü dəqiqədə Xəzər-Lənkəran FK klubu ilə qarşılaşmada Aqşin Muxtaroğlunu əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə Xəzər-Lənkərana 4-3 hesabı ilə məğlub olmuşdur. 2 mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Bədiüzzaman Səid Nursi
Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi‎; 1877 – 23 mart 1960, Şanlıurfa) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı. Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. "Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
Bəhruz Nuriyev
Bəhruz Nuriyev — əfsanəvi döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri. Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub. 1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyun 07-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Bəşir Nuriyev
Cahangir xan Nuribəyov
Cahangir xan Hacı Böyük bəy oğlu Nuribəyov (1861, Şuşa – 1934, Bakı) — "Difai" təşkilatının üzvü, mülkədar. Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı-Qacarın nəslindəndir. Şuşa real məktəbini bitirmişdi. Mülkədar idi. Şuşa şəhərində karvansatası, Cavanşir, Şuşa və Zəngəzur qəzalarında xeyli mülkü vardı. Maarifpərvər adam idi. Şuşa şəhər dövlət ibtidai məktəbinin fəxri nəzarətçisi vəzifəsini daşıyırdı. Cahangir xan Nuribəyov vətənpərvər bir şəxsiyyət idi. O, "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi.
Cavad Nurbəxş
Cavad Nurbəxş (fars. جواد نوربخش‎, ing. Javad Nurbakhsh); (10 dekabr 1926 — 10 oktyabr 2008) — 1953-cü ildən 2008-ci ilədək Nemətullahiyyə təriqətinin Qütbü və ya Piri, görkəmli sufi şairi və mütəfəkkiri, təsəvvüf barəsində 30-dan artıq kitabın müəllifi. Cavad Nurbəxş 1926-cı ildə İranın Kirman şəhərində anadan olub. O, Tehran universitetinin tibb fakultəsini bitirərək, 1952-ci ildə həkimlik diplomu almış, 1962-ci ildə Parisin Sorbonna universitetinin aspiranturasına dəvət olunmuşdur. Sonradan o, Tehrana qayıdır və orada öz təhsilini psixiatriya üzrə bitirir. Doktor Cavad Nurbəxş 1977-ci ilədək Tehran universitetinin professoru olmuş və psixiatriya bölməsinə başçılıq etmişdir. 1978-ci ildə o İranı tərk edərək İngiltərəyə köçmüşdür. Akademik fəaliyyətindən başqa, doktor Cavad Nurbəxş görkəmli sufi Ustadı, şair və mütəfəkkir olmuşdur. O, 16 yaşında Nemətullahi təriqətində müşərrəf olunmuş, 20 yaşında isə şeyx məqamına layiq görülmüşdür.
Cavid Nuruyev
Cavid Əşirəf oğlu Nuruyev (3 mart 1998, Şərur, Naxçıvan Muxtar Respublikası – 4 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Nuruyev 1998-ci il martın 3-də Şərur şəhərində anadan olub. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Cavid Nuruyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Cavid Nuruyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Nuruyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. 1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur. Ailəlidir, iki övladı, üç nəvəsi var. Həyat yoldaşı-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə 2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir.
Dauren Nurqozin
Dauren Nurqozin (21 may 1990-ci ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Dərya-i-nur
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazıdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Echinops nuratavicus
Echinops nuratavicus (lat. Echinops nuratavicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Eldar Nuriyev
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. 2000-ci ildə o, prokurorluq sisteminə qayıdır.
Eldar Nuriyev (Alim)
Eldar Nuriyev (dövlət xadimi)
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. 2000-ci ildə o, prokurorluq sisteminə qayıdır.
Eldar Nuriyev (iqtisadçı)
Elməddin Nurzaliyev
Elməddin Səfər oğlu Nurzaliyev (22 noyabr 1996, Hacıqabul rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Nurzaliyev 22 noyabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Subay idi. Elməddin Nurzaliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Nurzaliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Nurzaliyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nurzaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nurzaliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elxan Nuriyev
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor. 1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir. 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir. 1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur. 1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi. 2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur. 2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır. E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir.
Elxan Nuriyev (dövlət xadimi)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Elşən Nuriyev
Elşən Nuriyev (tam adı: Elşən Əliisa oğlu Nuriyev; 13 iyun 1996; Göyçay, Azərbaycan — 4 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Nuriyev 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elşən Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elşən Nuriyev oktyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşən Nurəliyev
Elşən Rövşən oğlu Nurəliyev (16 dekabr 1997, Sincan, Oğuz rayonu – 11 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Nurəliyev 16 dekabr 1997-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2006-cı ildə Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbə daxil olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir. Elşən Nurəliyev 2019-cu ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılmışdır. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış İkinci Qarabağ müharibəsi başlamış və tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elşən Nurəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Füzulinin azad edilməsində savaşıb. Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə Elşən Nurəliyev şəhidlik zirvəsinə yüksəlmişdir. Elşən Nurəliyev oktyabrın 12-də Sincan kəndində dəfn olunmuşdur.
Kür-Nur FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq biraz daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.