MÜƏLLİM
MÜƏLLİMƏLİK
OBASTAN VİKİ
Müəllimə
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.

Digər lüğətlərdə