MƏCRA

is. [ ər. ]
1. Suyun axdığı yataq, yol.
İnqilab daşqın bir çay kimi məcrasından çıxıb bütün Rusiyanı ağzına almışdı. Çəmənzəminli.
Yalnız gur çayların məcrası deyil; Təbiət dəyişir, iqlim dəyişir. O.Sarıvəlli.

2. məc. Bir şeyin, hadisənin və s.-nin inkişafının gedişi, istiqaməti, yolu.
Şairin həyat və fəaliyyəti də bu böyük hissin açdığı məcra ilə irəliyə doğru istiqamət almışdı… Ə.Məmmədxanlı.
[Əlikram] …söhbətin məcrasını özgə səmtə salmağa səy elədi… B.Bayramov.

Синонимы

  • MƏCRA MƏCRA (suyun axdığı yataq) Sığışmayır bu məcraya; Mənim oynaq ləpələrim (M.Rahim); YATAQ Dağlar nərilti ilə sahilə cumurdular, sanki Xəzər yatağından

Этимология

  • MƏCRA Ərəb sözüdür. Ehtimal ki, “proses” mənasına uyğun gələn cərəyan, eləcə də “baş verən əhvalat” mənasını əks etdirən macəra sözü ilə kökdaşdır
MƏCNUNLUQ
MƏCRUH
OBASTAN VİKİ
Çay məcrası

Значение слова в других словарях