MƏHSULLU bax məhsuldar 1 və 2-ci mənalarda. Məhsullu yer. Məhsullu il. – Gərək burada gözəl və məhsullu bağlar olsun… H.Nəzərli. Hamı təzədən bağçalarını güllü, ağaclarını meyvəli, tarlalarını məhsullu (z.) görmək istədi. Ə.Məmmədxanlı.