MƏLİKLİK

сущ. меликвал, гьукумдарвал, пачагьвал, шагьвал.
MƏLİKƏ
MƏLİKÜŞŞÜƏRA
OBASTAN VİKİ
Məliklik
Məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Xəmsə məliklikləri
Xəmsə (erm. Խամսա) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş alban əsilli erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermenilərin Qarabağa köçürülməsindən əvvəl məhz burda yerli Qafqaz Albaniyası dövründən qalma xristian ocaqlarında yerli udin mənşəli ermənilər movcud idiki sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermenilərlə tarixi silməyə çalışırdılar. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.

Digər lüğətlərdə