MƏN
MƏNA
OBASTAN VİKİ
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana Mən yaramazam — Internet Movie Database saytında.
Mən Azərbaycanlıyam (yarış)
Mən Fəhləyəm (1975)
Mən Nirvanadayam (albom)
Mən Nirvanadayam (rus. Я в Нирване) – Azərbaycanlı müğənni Aygün Kazımovanın EP albomudur. Aygün Kazımova 90-cı illərin sonlarından başlayaraq, yaradıcılığında rusca mahnılara yer verməyə başlamışdır. Məsələn, "Карие Глаза, "Я и Ты", "Я Девушка Восточная" və s. bu kimi yerli və xarici bəstəkarların əsərlərini ifa etmişdir. Rusca mahnılar ifa etdiyi zamanlarda rusdilli albom təqdim etmək istəsə də bu baş tutmamışdır. “Rusdilli albom arzusu mənim üçün iyirmi il əvvəl yaranmışdı. [...] Ancaq gördüyünüz kimi, xəyalımla vidalaşmadım!” sözlərini yeni albomu üçün "Nargis" jurnalına müsahibəsində söyləmişdir. Uzun müddət yeni rusca mahnı təqdim etməyən ifaçı, ona uğur gətirən "S.U.S." mahnısının rusca versiyası olan "Pust"-u (rus. Пусть), 2018-ci ildə "Jara" (rus.
Mən Sərhədçiyəm (1976)
Mən gəlirəm (mahnı)
Mən əfsanəyəm (film)
"Mən əfsanəyəm" (ing. I Am Legend) 2007-ci il Amerika elmi-fantastik filmi. Riçard Metisonun "Mən əfsanəyəm" əsərinin üçüncü uyğunlaşmasıdır. Rejissor Frensis Lourens, ssenaristlər Akiva Qoldsman və Mark Protoseviçdir. Baş rolda Vill Smitdir (virusoloq Robert Nevill). 2007 il dekabr 14-də buraxılmış film iki gündən sonra ABŞ Boks Ofis nömrə bir filmi oldu. Filmin vaxtı 100 dəqiqədir. Büdcəsi təxminən 150 milyon dollar. Distribütorları Warner Brothers və Village Roadshow-dır. "Mən əfsanəyəm" əsasən 35 millimetrli anamorfot fortmatda çəkilmişdir.
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
Mən evə qayıdıram
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
Mən filmləri sevirəm
Mən filmləri sevirəm (ing. I Like Movies) — Çendler Levakın yazıb rejissorluq etdiyi 2022-ci ilin komediya-dram janrındakı Kanada filmi. Filmin diqqət mərkəzində 2000-ci illərin əvvəllərində video mağazada yenicə işə başlamış olan 17 yaşlı kino həvəskarı oğlan Lourensdir. Mən filmləri sevirəm — Internet Movie Database saytında.
Mən yaramazam 2
Mən yaramazam 2 — 2013 ABŞ ailə, animasiya filmidir. Əsrarəngiz təyyarə nəhəng bir maqnit kimi, Arktika Dairəsindəki gizli laboratoriyadan PX-41 kimi tanınan yüksək güclü mutagen oğurlayır. Anti-Villain Liqasının (AVL) direktoru Silas Ramsbottom agentlərindən birini, Lüsi Uayldı keçmiş super cani Qru işə götürmək üçün göndərir. Zorla AVL qərargahına gətirilən Qrudan Silas onlara günahkarı tapmaqda və mutageni bərpa etməkdə kömək etməsini xahiş edir. Lakin Qru qanuni ata olduğunu iddia edərək bundan imtina edir. Cinayət həyatına davam etmək arzusunda olan Dr.Nefario, Qrunun dostu və köməkçisi, onu yeni iş üçün tərk edir. Bu, istəksiz Qrunun oğurluğu araşdırmasına və Lüsi ilə işləməsinə səbəb olur. Cütlük Cənnət Alış-veriş Mərkəzində yerləşib, qarşılarında keks mağazası var. Gru dərhal meksikalı restoran sahibi Eduardo Peresin sinəsinə 250 funt TNT bağlanmış aktiv vulkanda köpək balığı sürərək öldüyü güman edilən super cani "El Macho" olduğundan şübhələnir. Qru və Lüsi gecə Eduardonun restoranına girirlər, lakin heç bir sübut tapmırlar.
Mən yaramazam 3
Mən yaramazam 3 — 2017 ABŞ ailə, animasiya filmidir. Evli Anti-Villain League (AVL) agentləri Gru və Lucy Wilde Balthazar Bratt (keçmiş uşaq aktyoru yetkinlik yaşına çatdıqda "Evil Bratt" şousu ləğv edildikdən sonra supercani oldu) dayandırmaq üçün göndərilir. Dumont almazını oğurlamaqdan. Qru almazı geri alır, lakin Bratt qaçır. Bundan narazı qalan direktor Valeri Da Vinçi keçmiş direktor Silas Ramsbottomun yerinə keçərək Qru və Lüsini AVL-dən uzaqlaşdırır. Qru və Lüsi evə qayıtdıqda, övladlığa götürdükləri Marqo, Edit və Aqnesə işdən çıxarıldıqlarını söyləyirlər, lakin onları tezliklə yeni iş yerləri tapacaqlarına əmin edirlər. Gru super cani olmağa qayıtmaqdan imtina etdikdə və onun köməkçisi Dr. Nefario karbonitdə dondurulmuşdur, Melin başçılıq etdiyi Minionların əksəriyyəti onu tərk edir. yeni iş tapın. Dave və Jerry geridə qalırlar, lakin qalan Minyonlar film boyu bir neçə uğursuzluqla üzləşirlər və nəticədə həbsxanaya düşürlər.
Qorxma, mən səninləyəm
Qorxma, mən səninləyəm — rejissor Yuli Qusmanın filmi. Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır. Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır. Film aktyor Nizami Musayevin kinoda ilk işidir. Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir. Film müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.
Mən bilirəm ki, mən heç nə bilmirəm
"Mən bilirəm ki, mən heç nə bilmirəm" (q.yun. ἓν οἶδα ὅτι οὐδὲν οἶδα ; lat. scio me nihil scire və ya scio me nescire) — qədim yunan filosofu Sokrata (filosof Platona görə) aid olan ifadə . Bununla belə, 1968-ci ildə “Apologiya” nəşrinin qeydlərində A. A. Taho Qodi bu ifadəni Dilsə istinadən Demokritə aid edir. Bəzi sitatlarda bir qədər dəyişdirilmiş formada rast gəlinir - “ Mən nə qədər çox bilsəm, bir o qədər də başa düşürəm ki, heç nə bilmirəm ” və “ Təkcə onu bilirəm ki, heç nə bilmirəm.” Sokrat öz fikrini belə izah edirdi: insanlar adətən nəyisə bildiklərini düşünürlər, amma məlum olur ki, heç nə bilmirlər. Belə çıxır ki, mən öz bilgisizliyimi bilə-bilə, əslində mən hamıdan çox bilirəm . Görünür, burada məntiqi cəhətdən ziddiyyətli bir ifadə var: əgər insan heç nə bilmirsə, deməli bilmədiyi haqqında da bilə bilməz. Bu, bir növ koqnitiv təvazökarlıq prinsipini formalaşdırmaq cəhdidir. Bunu belə təsəvvür etmək olar: təsəvvür edin ki, bütün biliklərimiz şarın içindədir, bilgisizlik isə şarın çölüdür. Biliklərimiz nə qədər çox olarsa, şarın səthi bir o qədər çox olur və buna görə də əslində bilgisizlik ilə "təmas" getdikcə çoxalır.
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. Roman Amerikanın Erik Hoffer adına kitab müsabiqəsində (Eric Hoffer Book Award) uğur qazanıb. Kitab münsiflər heyətindən uğurlu rəylər toplayaraq finalçılar arasında yer alıb. == Məzmun == “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? == Nəşr == Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib.
Mən Azərbaycanlıyam (veriliş, 2009)
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən Bakı Fəhləsiyəm (1970)
Film Bakı fəhlə sinfinin tarixinə həsr olunmuşdur.
Mən Bakıda Yaşayıram (1986)
Mən Ceki Çanam (kitab)
Mən Ceki Çanam (ing. I am Jackie Chan) ― 1998-ci ildə Ceki Çanın öz tərcümeyi-halını yazdığı kitab. Kitabda Çanın doğulduğu andan Pik saatı filminin hazırlandıqdan bir neçə aya qədərki həyat hekayəsindən bəhs olunur. Kitabın son bir neçə səhifəsində Çanın ən sevdiyi stunt və döyüşlərin Top 10 siyahısı var. Kitab valideynlərinə həsr olunmuşdu.
Mən Cəlaləddinəm (teleserial, 2021)
Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı vuruşan Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu. 2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Özbəkistan, Türkiyə, Azərbaycan və İrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər. Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı. Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı.
Mən Kubayam (film, 1964)
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.

Значение слова в других словарях