MƏSRUR

sif. [ ər. ] Şən, şad, şadman, sevincli.
Sakit küçələr [Midhədə] geniş göründü, … şəhər hürr və məsrur idi. Çəmənzəminli.
Əbdül Saranın otağına daxil olub su səpir, yelləyir, fəqət üzü məsrurdur. C.Cabbarlı.

// Zərf mənasında.
[Rzaquluxan:] Sənin bu dillərin … məni çox məsrur yola salır. M.S.Ordubadi.
Sən fəqət qalib olan ordunla; Cəbhələrdə dolaşırsan məsrur. A.Şaiq.

Məsrur etmək1) sevindirmək, şadlandırmaq, şad etmək;
2) xoşbəxt etmək, məramına, istəyinə çatdırmaq.
Məsrur olmaq – şad olmaq, sevinmək, şadlanmaq.
Olmadın məsrur, ta mən zarü-giryan olmadım; Xatirin cəm olmadı, ta mən pərişan olmadım. Qövsi.
[Şeyx Sənan:] Gəldi bir şeyx o dəm üzündə niqab; Məni ta gördü, oldu pək məsrur. H.Cavid.

Синонимы

  • MƏSRUR şən — şad — sevincək
  • MƏSRUR məsrur bax şad
MƏSRƏFLİ
MƏSRURİYYƏT

Значение слова в других словарях