MƏSRƏF

is. [ ər. ]
1. Xərclənən pul, işlənən şey; xərc. Yol məsrəfi. Evin aylıq məsrəfi.
□ Məsrəf etmək (eləmək) – xərcləmək, işlətmək, sərf etmək.
[Tükəz:] …Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. M.F.Axundzadə.
[Hacı:] …Özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Ə.Haqverdiyev.

Məsrəf olmaq – xərclənmək, işlənmək.
2. Sərfə, xeyir, fayda. Nə məsrəfi var bizlərə, meyxanə dağılsın. Heyran xanım.
[Hacı Nuru:] …Bu surətdə mənim hünərimdən nə fayda olacaq, mənim şerim nəyə məsrəfdir. M.F.Axundzadə.

3. Sərf olunma, işlənmə. Suyun məsrəfinə diqqət vermək. Əmək məsrəfini azaltmaq.
□ Məsrəf olmaq – sərf olunmaq, xərclənmək, işlənmək. [Məhərrəm bəy:] Bəli, bir çox izafə xərclər aramızda adət olunmuşdur.
Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi. S.S.Axundov.

◊ Məsrəfdən çıxmaq (düşmək) – sıradan çıxmaq, daha yaramamaq, əldən düşmək, daha istifadə edilə bilməmək. Ayaqqabım məsrəfdən düşüb.
[Əvvəlinci ərizəçi:] İndi at məsrəfdən çıxıbdır. M.F.Axundzadə.

Синонимы

  • MƏSRƏF məsrəf bax 1. xərc; 2. xeyir, fayda
  • MƏSRƏF xərc — çıxar

Этимология

  • MƏSRƏF Ərəbcə israf, sərf, təsərrüfat sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏSNƏVİ
MƏSRƏFLİ

Значение слова в других словарях

велича́вость тра́тить упорхну́ть бига́мия биолока́ция бросать де́ньги на ветер бушме́нка водрузи́ться времяпровожде́ние легионе́рский мильто́нский нетру́дный antimilitarist bacteriaemia full-pelt jumping luteous quill refill shantey tidily window raiser присвистнуть расхватывать рачий