MƏYUS

sif.zərf [ ər. ] Ümidsiz, ümidini kəsmiş, ruhdan düşmüş; naümid; qəmli, qüssəli, bikef, pərişan, pərt. Məyus adam. Məyus oturmaq.
[Nemət] yorğun və məyus bir halda evə dönüb yatdı. Çəmənzəminli.
Uşaq fırtıqlı burnunu çəkib, məyus nəzərlərini anasına dikdi. M.İbrahimov.

□ Məyus etmək – naümid etmək, ümidini qıraraq qəmləndirmək, ruhdan salmaq, kefini pozmaq, pərt eləmək.
Məyus olmaq – ümidini itirərək bikef olmaq, ruhdan düşmək, pərt olmaq.
Ah, səd ah ki, dildardən oldum məyus; Soldu gül, gülşənü gülzardən oldum məyus. S.Ə.Şirvani.
İş adamlarda elə bir ruh yüksəkliyi oyatmışdı ki, oraya buraxılmayan şagirdlər çox məyus olmuşdular. H.Seyidbəyli.

Синонимы

  • MƏYUS məyus bax 1. ümidsiz; 2. dilxor
  • MƏYUS tutqun — pərt — dilxor
  • MƏYUS ümidsiz

Антонимы

  • MƏYUS MƏYUS – MƏSUD Bir gün olacaqsan, inan ki, məyus (S.Rüstəm); Məsud və xoş baxışları ilə oğlunun hərəkətlərini izləyirdi (Mir Cəlal)
MƏVACİBLİ
MƏYUS-MƏYUS

Значение слова в других словарях