Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur.
== Tarixçə ==
=== Dostluq üçün futbol 2013 ===
"Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.