nəfəs al

hold your horses! не гони лошадей! / не пори горячку! / не грызи семечки! (не торопись)
nədir? (nə üçün soruşursan?)
nəfəs almadan
OBASTAN VİKİ
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
.al
.al — Albaniyanın internet kodu.
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. Molla Nəfəs 1810-cu ildə Türkmənistanın(horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor… Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mərvdə məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mərvdən Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır. Şairin şeirlərindən anlaşılır ki, o, gəncliyində Durduxal adlı bir qıza aşiq olur.
Nəfəs (dəqiqləşdirmə)
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir. Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Nəfəs alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). Traxeyanın intubasiyası Traxeotomiya Prof.
Nəfəs darlığı
Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiolların lümeni daraldıqda (məsələn, bronxial astma ilə) və ya ağciyər toxumasının elastikliyinin itirilməsi ilə (məsələn, xroniki ağciyər amfizemi ilə) baş verir. Serebral dispnoe tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə baş verir ( şiş, qanaxma və s.). Bundan əlavə, nəfəs darlığı zəhərli və narkotik qazlarla, freonlarla zəhərlənmələr, həmçinin şiddətli həyəcan, qəzəb, isteriya, qorxu və s.
Nəfəs musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Al Ana
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Al Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010). Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Al Fursan
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Al Jazeera
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Al Kapone
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 — 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 — 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Al Leonq
Albert Al Leonq və ya Al "Ka Bong" (ing. Al Leong, 30 sentyabr, 1952, ABŞ) — ABŞ aktyorudur və döyüş sənətləri ustasıdır. Şimali Şaolin Kunq Fusu, Taekvondo, Kali və Ciu-Citsu kimi döyüş növləri ilə məşğul olub. Filmlərdə əksər rolunu mənfi xarakter kimi çıxış edib.
Al Paçino
Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[…], Manhetten, Nyu-York ştatı) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb. Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb.
Al-Shehbaz
İhsan Əl-Şehbaz (ing. Ihsan Al-Shehbaz, 1939, İraq) — İraq mənşəli ABŞ botaniki, Harvard Universitetinin fəlsəfə üzrə doktoru; Kələmçiçəyikimilər bitki fəsiləsinin sistematikası üzrə mütəxəssisdir. K. Mummenhoff, & O. Appel 2002. Cardaria, Coronopus, and Stroganowia are United with Lepidium (Brassicaceae) // Novon 12:5–11 2003 Notes on some species of Stroganowia transferred to Lepidium (Brassicaceae)//Harvard Papers in Botany, 7, 465–466. M. A. Beilstein, & E. A. Kellogg 2006. Systematics and phylogeny of the Brassicaceae (Cruciferae): an overview Pl. Syst. Evol. 259: 89–120 Beilstein M, Al-Shehbaz IA & Elizabeth A. Kellogg 2006. Brassicaceae phylogeny and trichome evolution.
Al yelkənlər
Al yelkənlər - Aleksandr Qrinin 1916-1922-ci illər arasında qələmə aldığı kiçikölçülü romantik sevgi macərası üzərində qurduğu romanı. Hadisələrin gedişin əsərin qəhrəmanlarının, hiss edilmədən bütün gözəl arzuların çin olduğu bir aləmə aparıb çıxarır. Kitabdakı bütün hadisələr tamamilə Aleksandr Qrinin təxayyülünün məhsulu olub, hər hansı real hadisəyə söykənmir. Kitab əsasında çoxsaylı teatr tamaşaları hazırlanmış, musiqi əsərləri bəslələnmiş və film çəkilmişdir. Matroq Lonqren Menners Assol - Lonqrenin tək övladı Artur Qrey Lilian Qrey - ana Cim - Qreylərin mehtəri Betsi - Qreylərin qulluqçularından biri Kapitan Qop Letika - matros Xin Menners - mehmanxanaçı Panten - kapitan (Qreyin) köməkçisi Tsimmer - "Nağd pul" meyxanasında dənizçləri əyləndirən skripkaçı Duss - Tsimmerin iş ortağı Atvud - bosman Frits - təbilçi Hekayə ingilis, alman, ispan, poland, ukrayna, belarus, yunan, italiya, çin, macar, bolqar, vietnam, türk və s. dünya dillərinə tərcümə olunmuşdur.
AL Market
Marqarita Al
Marqarita Al (rus. Маргари́та Ви́кторовна Аль 7 oktyabr 1959, Almatı) — rus və qazax şairəsi, filosof, rəssam, nasir, ədəbiyyatşünas, metametafor və rus kosmizminin tədqiqatçısı, Avrasiya Xalqları Assambleyasının ədəbi şurasının sədri, Avrasiya xalqlarının mədəni layihələrinin inkişafına yardım fondunun "LIFFT" pezidenti, Ümumdünya Yazıçılar Təşkilatının "WOW" prezidenti (2023), peşəkar rəssamlar Yaradıcılıq Birliyinin üzvü, beynəlxalq PEN təşkilatının üzvüdür. Poetik janrda 10 şerin müəllifi kimi şöhrət qazanmışdır. Futurist Vasili Kamenskinin(ru) instalyasiyalarının ənənələrini davam etdirərək, poetik səhnələr yaratmışdır. Oljas Süleymenov, Konstantin Kedrov və Aleksander Oçhirov onun ədəbi və ictimai fəaliyyətində müəllimləri və mentorları hesab olunur. 7 oktyabr 1959-cu ildə Qazaxıstan SSR-nin SSRİ Alma-Ata şəhərində anadan olmuşdur. 1990-cı ildə Avrasiya Milli Universitetini bitirib. 1997-ci ildə SSRİ parçalanandan sonra Moskva şəhərinə köçüb. 2005-ci ildən Poeziya və Fəlsəfə Akademiyasında. 2023-cü ildən Maksim Qorki adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
Qisas al
Qisas al (ing. Do Revenge) — 2022-ci ildə ekranlara çıxan yeniyetmələr üçün nəzərdə tutulmuş amerikan qara komediya filmi. Filmin rejissoru Cennifer Kaytin Robinson, eyni zamanda senarini Selest Ballard ilə birlikdə yazmışdır. Film qismən Alfred Hiçkokun "Qatardakı qəriblər" (1951) filmindən və Patrisiya Haysmitin eyniadlı kitabına əsaslanır. Premyerası 16 sentyabr 2022-ci ildə Netflix-də baş tutub və tənqidçilər tərəfindən müsbət qarşılanıb. Filmin rejissoru 1990-cı illərin məşhur orta məktəb filmlərindən, özəlliklə "Heathers" və "Yaramaz qızlar" kimi klassiklərdən ilhamlanıb. Yay düşərgəsində tanış olan və onlara qarşı pis rəftar edənlərdən qisas almaq üçün dostlaşan Drea və Eleanor adlı qızlardan bəhs edir. Camila Mendes — Drea Maya Houk — Eleanor Austin Abrams — Max Rish Shah — Russ Talia Ryder — Gabbi Ava Capri — Carissa Jonathan Daviss — Elliot Maia Reficco — Montana Paris Berelc — Meghan Alisha Boe — Tara Sophie Turner — Erica Sarah Michelle Gellar — the Headmaster Qisas al Netflix-də Qisas al — Internet Movie Database saytında.
Al Kapon
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 — 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 — 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.