Al Fursan

Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.[1] İlk uçuşunu 13 noyabr 2011 tarixində "Dubai Airshow" çərçivəsində həyata keçirib.

Cəngavərlər
Növü Aerobatika komandası
Yaranma tarixi 20 yanvar 2010 (2010-01-20) (qurulma) -Günümüz
13 noyabr 2011 (2011-11-13) (çıxışlar)
Ölkə Birləşmiş Ərəb Əmirlikləri
Tabedir Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələri
Rəngləri Qara, qızılı
        
Təchizatı Aermacchi MB-339
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "UAE's Al Fursan fly-past in Dubai". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)