NƏMRUD

qədim Babilistanın əfsanəvi hökmdarının adı.
NƏMƏT
NƏRBALA
OBASTAN VİKİ
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Nəmrud dağı
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Nəmrud gölü
Nəmrud gölü (türk. Nemrut Gölü) — Türkiyənin şərqində, Ermənistan yaylasında, Nəmrud vulkanının kalderinin cənub-qərbində yerləşən şirin sulu krater gölü. Göl dəniz səviyyəsindən 2247 metr yüksəklikdə yerləşir. Ümumi sahəsi 12 km², ən dərin yeri 176 metrdir. Göl suyunun həcmi — 1,26 km³-dir. Təxminən 270 min il əvvəl Nəmrud-Dağ stratovulkananın növbəti püskürməsi nəticəsində onun konusunun tədricən çökməsinə və kalderin meydana gəlməsinə səbəb oldu. Kalderin cənub-qərb hissəsi digərlərindən daha erkən dağıldı və buna görə cənub-qərb hissəsindəki kalderanın dərinliyi ən böyükdür. Məhs bu ərazidə Nəmrud gölü formalaşmışdır. Göl əsasən qar suyu ilə (Nəmrud-Dağ vulkanı ilin 4 ayı qarla örtülür), həmçinin kalderanın dibində yerləşən bir neçə isti bulaqla qidalanır. Sonradan Nəmrudda baş vermiş kiçik püskürmələr nəticəsində lava axını Nəmrud gölünün şimal hissəsinə özündə ayırmış və Ilı gölü formalaşmışdır.