namus
namuskar 2021
OBASTAN VİKİ
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb. Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
"Qeyrət" nəşriyyatı
Qeyrət (nəşriyyat)
Qeyrət Partiyası
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Qeyrət (mətbəə)

Namus (film, 1925)
Namus (erm. Նամուս) — Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı eyniadlı romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi ağ-qara, səssiz bədii film. Film ilk erməni bədii filmi sayılır. Film XIX əsrin sonlarında Şamaxıda uşaqlıqdan qonşu və yoldaş olan nişanlı iki gəncin dramından bəhs edir. Gizli görüşən nişanlıları qızın atası görüşdə tutur. Atanın olduqca pis qarşıladığı bu görüşmə səbəbindən nişan pozulur. Daha sonra qızın atası Rüstəm adlı biri ilə öz qızını evləndirir. Bu evliliyə dözməyən qızın köhnə nişanlısı — Seyran içkinin təsiri ilə Rüstəmə onun arvadı — Süsən ilə yatdığını deyir. Sübut olaraqsa, uşaqlıqdan onda olduğunu bildiyi, döşündə xal olduğunu deyir. Rüstəm aldadıldığını düşünərək Süsəni öldürür.
Qeyrət Partiyası (1905)
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Azərbaycana namus və sevgiylə (film, 2006)
Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir. == Məzmun == Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir.

Значение слова в других словарях