Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. == Həyat və fəaliyyəti == Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb.Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
"Qeyrət" nəşriyyatı
"Qeyrət" nəşriyyatı — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən nəşriyyat. Nəşriyyatın direktoru Samir Tarverdiyevdir. == Tarixi == "Qeyrət" nəşriyyatı 1997-ci ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. == Mətbəəsi == Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi vardır. == Fəaliyyəti == Nəşriyyatda Naxçıvan regionunun tarixinə, arxeoloqiyası və etnoqrafiyasına, zəngin təbiəti və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edilir. Tədris prosesi ilə əlaqədar bütün materiallar – jurnallar, blanklar, formalar və fənn proqramları bu nəşriyyatda nəşr edilib, universitetin struktur bölmələrinə çatdırılır. Həmçinin universitetin elmi "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni, habelə elmi konfransların materialları da bu nəşriyyatında çap olunur.
Qeyrət (nəşriyyat)
"Qeyrət" nəşriyyatı — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən nəşriyyat. Nəşriyyatın direktoru Samir Tarverdiyevdir. == Tarixi == "Qeyrət" nəşriyyatı 1997-ci ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. == Mətbəəsi == Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi vardır. == Fəaliyyəti == Nəşriyyatda Naxçıvan regionunun tarixinə, arxeoloqiyası və etnoqrafiyasına, zəngin təbiəti və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edilir. Tədris prosesi ilə əlaqədar bütün materiallar – jurnallar, blanklar, formalar və fənn proqramları bu nəşriyyatda nəşr edilib, universitetin struktur bölmələrinə çatdırılır. Həmçinin universitetin elmi "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni, habelə elmi konfransların materialları da bu nəşriyyatında çap olunur.
Qeyrət Partiyası
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. == Tarixi == 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır. Əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası müharibəyə son qoymaq çağırışı ilə iştirak edirdilər.
Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). == Tarixi == 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M.Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Namus (film, 1925)
Namus (erm. Նամուս) — Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı eyniadlı romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi ağ-qara, səssiz bədii film. Film ilk erməni bədii filmi sayılır. == Məzmun == Film XIX əsrin sonlarında Şamaxıda uşaqlıqdan qonşu və yoldaş olan nişanlı iki gəncin dramından bəhs edir. Gizli görüşən nişanlıları qızın atası görüşdə tutur. Atanın olduqca pis qarşıladığı bu görüşmə səbəbindən nişan pozulur. Daha sonra qızın atası Rüstəm adlı biri ilə öz qızını evləndirir. Bu evliliyə dözməyən qızın köhnə nişanlısı — Seyran içkinin təsiri ilə Rüstəmə onun arvadı — Süsən ilə yatdığını deyir. Sübut olaraqsa, uşaqlıqdan onda olduğunu bildiyi, döşündə xal olduğunu deyir. Rüstəm aldadıldığını düşünərək Süsəni öldürür.
Qeyrət Partiyası (1905)
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. == Tarixi == 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır. Əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası müharibəyə son qoymaq çağırışı ilə iştirak edirdilər.
Azərbaycana namus və sevgiylə (film, 2006)
Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir. == Məzmun == Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir.
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun."Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Nalus
Nalus (fars. نالوس‎)— İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanının Nalus bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,488nəfər və 533 ailədən ibarət idi.
Namur
Namur Şərqi Belçikada Valonya bölgəsində yerləşərək onun paytaxtıdır. Şəhər həmçinin Valonya vilayətinin paytaxtıdır. Şəhər Smabrə və Meuse çaylarının birləşərək şəhəri 3 hissəyə bölünür. Şəhərdə fransız dilində danışılır. == Tarixi == Burada ilk yaşayanlar keltlər olmuşdur. Ərazi Ardenlərə qədər uzanır şərqdən-qərbə və şimaldan-cənuba doğru uzanır və əsas ticari mərkəzdir. Bölgə sonra romalıların əlinə keçir. I dünya müharibəsindən sonra şəhər Belçikanın əlinə keçir və əsas ticari bölgə olur. == İqtisadiyyatı == Namur vacib ticari və sənaye mərkəzidir. Əsas xüsusiyyəti Valonyada yer almış və ən vacib və strateji mərkəzə çevrilmişdir.
Tamus
Dioskoreya (lat. Dioscorea) – dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
A.Camus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Accipiter nanus
Accipiter nanus (lat. Accipiter nanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Brassica napus
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Crucifera napus
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Echinops nanus
Echinops nanus (lat. Echinops nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Erigeron nanus
Erigeron nanus (lat. Erigeron nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Euonymus nanus
Euonymus nanus (lat. Euonymus nanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Gamus (Maku)
Gamus (fars. گاموس‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Kamus (Sulduz)
Kamus (fars. كاموس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (18 ailə). Kənd əhalisini kürdlər təşkil edir.
Lupinus nanus
Lupinus nanus (lat. Lupinus nanus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Mario Kamus
Mario Kamus (isp. Mario Camus; 20 aprel 1935, Santander – 18 sentyabr 2021, Santander) — İspaniya kinorejissoru, ssenarist və aktyor. == Həyatı == İspan kinorejissoru Mario Kamus 1935-ci ildə anadan olmuşdur. Hüquq kollecini bitirdikdən sonra 1956-cı ildə Escuela Oficial de Cinematografía-ya daxil olmuşdur. Oranı bitirərkən diplom işi kimi qısametrajlı "İçki düşkünü" filmini çəkir. Onun ilk tammetrajlı filmlərindən biri "Gənc Sançes" (1963) olur. Mario Kamus Buenos Ayres kinofestivalında "Ən yaxşı film" nominasiyasında mükafata layiq görülmüşdür. Onun ən məşhur filmlərindən biri 1968-ci ildə çəkdiyi "Qoy danışsınlar" musiqili filmi olmuşdur. M. Kamus 80-ci illərdə də ona şöhrət qazandıran və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanan bir neçə filmin rejissoru olmuşdur. == Filmoqrafiya == Qoy danışsınlar!
Namis Şirməmmədov
Namis Şirməmmədov (tam adı: Namis Xanmirzə oğlu Şirməmmədov; d. 3 aprel 1962, Ağsu) — Azərbaycanın teatr və kino aktyoru,teatr rejissoru, Sumqayıt Dövlət Dram Teatrının aktyoru. == Həyatı == Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub.1979-1983 -cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib.1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “ Tərəqqi” medalına layiq görülüb. Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır.
Napus campestris
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Napus oleracea
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
GEOnet Names Server
GEOnet Names Server —
Beyrut
Beyrut (ərəb. بيروت‎, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar. Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. == Tarixi == Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir. XIV-XV əsrlərdə Misir məmlüklərinin, 1516-1918-cı illərdə Osmanlı İmperiyasının tərkibində, 1920-43-cü illərdə Fransa işğalı altında olub.
Beyrək
Bamsı Beyrək — Kitabi Dədə Qorqudda əsas personaj. Beyrək Fezullayev — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi şəhidi. Beyrək (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Dekret
Dekret (lat. decretum-qərar) — ali hakimiyyət orqanının hər hansı məsələyə dair qanuni qüvvəyə malik olan qərarı. Dekret termini ilk dəfə qədim Roma hüququnda istifadə edilmişdir.
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Fətrət
Fətrət (lat. interregnum) — monarxiyalarda taxtın boşaldılması dövrü. == İrsi monarxiyalar == İrsi bir monarxiyada varisliyin açıq qaydaları (varisin seçilməsində qeyri-müəyyənlik, onun razılığını gözləmək, xaricdən gəlişi və s.) Və ya hakim bir sülalənin yatırılması vəziyyətində (sülalə böhranına baxın) qeyri-müəyyən bir vəziyyət yarana bilər. İrsi bir monarxiyada bir fətrət ümumiyyətlə kəskin siyasi böhran və qeyri-sabitlik dövrü deməkdir. RusiyaRus tarixində ilk nisbətən uzun fətrət 1598-ci ildə Rurik ailəsinin kral xəttinin sıxışdırılmasından sonra baş verdi. Boris Godunovun taxta seçilməsi ilə başa çatdı. 1610-1613-cü illərdə çətinliklər dövrünün ən çətin mərhələsində Rusiyada ümumiyyətlə tanınmış bir monarx mövcud deyildi (baxmayaraq ki, Yeddi Boyar dövrü 1610-cu il avqustun 27-də Rusiya taxtının Polşa şahzadəsi Vladislava təhvil verilməsinə dair müqavilə imzaladı). Rusiya İmperiyasında, fətrət, 1825-ci ilin sonlarında, İskəndər I. De yurenin ölümündən sonra, İskəndərin birbaşa varisi I Nikolay . retroaktiv olaraq elan edildi. == Seçilmiş monarxiyalar == Seçkili bir monarxiya şəraitində (daha doğrusu, müasir bir Malayziyada olduğu kimi, yeni bir monarxın ömür boyu rotasiya yolu ilə seçildiyi, lakin əvvəlkilərin ölümündən sonra), interregnum normal və proqnozlaşdırılan vəziyyətdir, bunun üçün monarxın seçilməsinə qədər dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icrası üçün normativ mexanizmlər təmin olunur.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qiymət
Qiymət — satıcının bir vahid mal köçürməyə (satmağa) hazır olduğu pul məbləği. Əslində, qiymət müəyyən bir əmtəənin pula dəyişdirmə əmsalıdır. Qiymət anlayışı əsas iqtisadi kateqoriyadır. Malların könüllü mübadiləsindəki nisbətlərin (nisbət) qiyməti dəyər adlanır. Bu səbəbdən, qiymət malın vahidinin pulla ifadə olunan dəyəri və ya mal vahidinin pul dəyəri və ya dəyərin pul dəyəridir. Gündəlik danışıqlarda qiymət çox vaxt bir məhsulun dəyəri ilə sinonimdir (məsələn, “kibrit nə qədərdir?”) və bu sözlər bir-birinin əvəzinə istifadə edilə bilər. == Qiymətin fəlsəfi anlayışları == Aristotelin iki qiymət anlayışı var: qiymət — artığın dövriyyəsinə xidmət edən mübadilə kateqoriyasıdır (insanın varlığı və çoxalması üçün lazım olmayan hər şey). Digər tərəfdən, bu həqiqətə uyğun olmayan sərvətin ifadəsidir. Foma Akvinski üçün "Ədalətli Qiymət" — xərcləri bərpa etməyə imkan verən bir qiymətdir. Digər tərəfdən, Foma Akvinski, qiymətin alıcının Tanrı ilə nə qədər yaxın olmasından asılı olaraq fərqləndirilməli olduğunu söyləyir.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsi ilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Qənaət
Qənaət — müəyyən bir müddət ərzində əldə edilən gəlirin bir hissəsi, cari istehlaka xərclənməmiş, lakin qənaət edilərək gələcək istifadəyə qoyulmuşdur. Əmanət anlayışı həm fərdi iqtisadi agentlərə (fərdlər, ev təsərrüfatları, firmalar) və həm də bütövlükdə iqtisadiyyata tətbiq edilə bilər. İstədiyiniz qənaət miqdarının vahid düzgün ölçüsü yoxdur. Bununla birlikdə, qənaət yaratmaq ağıllı bir strategiyadır, çünki qənaətlər müxtəlif gözlənilməz hadisələr zamanı maliyyə təhlükəsizliyini təmin edir. İqtisadi baxımdan qənaət təxirə salınmış istehlakdır. Kifayət qədər yüksək faiz dərəcəsi ilə, istehlakçı gələcəkdə daha çox istehlak üçün bugünkü istehlakın bir hissəsini qurban verməyə hazırdır. Optimum qənaət miqdarı gəlir miqdarından, fərdi üstünlüklərdən, faiz dərəcələrindən və digər amillərdən asılıdır. == Tərifi == Bütövlükdə ölkədə müəyyən bir müddət ərzində edilən əmanətlərə milli əmanət deyilir. Kimlər tərəfindən yaradıldığına görə, şəxsi və dövlət əmanətləri arasında fərq qoyulur. Xüsusi qənaət həm ev təsərrüfatları, həm də firmalar tərəfindən edilə bilər.