Natur

die; -, -en 1. təbiət, doğa; 2. (Wesen, Charakter) xasiyyət, xarakter, fitrət, cövhər; Fragen grundsätzlicher ~ əsasi suallar; e-e gesunde ~ sağlam və qüvvətli; von ~ aus təbii olaraq, doğal olaraq, kortəbii
Natter
Naturalien
OBASTAN VİKİ
Natur (İran)
Natur (fars. ناطور‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (18 ailə).
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Natura
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft). Sənətkarın maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər. ASE, VII cild, Bakı, 1983. səh. 165.
Natural Frequencies
VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub. Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib. Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur. İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.
Natural Resources Conservation Service
Təbii Sərvətlərin Mühafizəsi Xidməti (ing. Natural Resources Conservation Service), keçmiş adı Torpağın Mühafizəsi Xidməti (ing. Soil Conservation Service) — ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə və digər özəl torpaq sahiblərinə və idarəçilərə texniki yardım göstərən təşkilat. Təşkilatın adı 1994-cü ildə Bill Klintonun prezidentliyi dövründə onun daha geniş missiyasını əks etdirmək üçün dəyişdirildi. Təşkilat nisbətən kiçik sayılır və hazırda təxminən 12.000 işçisi var. Təşkilatın missiyası dövlət və yerli qurumlarla əməkdaşlıq yolu ilə özəl torpaqlarda təbii ehtiyatları yaxşılaşdırmaq, qorumaq və yaxşı şəraitdə saxlamaqdır. Təşkilatın əsas diqqəti kənd təsərrüfatı torpaqlarında olsa da, torpağın ölçülməsi, təsnifatı və suyun keyfiyyətinin yaxşılaşdırılmasına bir çox texniki töhfələr vermişdir.
Natural fəlsəfənin riyazi əsasları
Natural fəlsəfənin riyazi əsasları - 1687-ci ildə 3 cildlik halında çıxan kitabdır. Kitabı İsaak Nyuton və Edmund Halley hazırlamışlar. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək İsaak Nyuton “Natural fəlsəfənin riyazi əsasları” adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə mütənasibliyi qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. Philosophiae naturalis principia mathematica, auctore Is. Newton, Londini, iussu Societatis Regiae ac typis Josephi Streater, anno MDCLXXXVII (editio princeps). Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio secunda auctior et emendatior, Cantabrigiae, MDCCXIII. Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio tertia aucta & emendata, Londini, apud Guil. & Ioh. Innys, MDCCXXVI (tertia et ultima editio ab ipso auctore curata). Антропова В. И. О геометрическом методе «Математических начал натуральной философии» И. Ньютона // Историко-математические исследования.
Natural loqarifm
Natural loqarifm — əsası e olan loqarifm. Burada e — irrasional sabitdir və təxminən 2,718281828-ə bərabərdir. Natural loqarifm adətən ln (x) kimi işarələnir. Həmçinin loge (x) və ya əgər e əsası nəzərdə tutulursa, sadəcə log("x") kimi işarələnir. e (ln (e) ) ədədinin natural loqarifm vahidə bərabərdir, çünki e1 = e. Vahidin natural loqarifmi (ln (1) ) sıfıra bərabərdir, çünki e0 = 1-dir. Loqarifmin tərifinə görə istənilən əsaslı vahidin loqarifmi sıfıra bərabərdir. Natural loqarifm y= 1/x əyrisi altındakı sahədə 1-dən a-ya qədər olan istənilən müsbət həqiqi ədəd kimi müəyyən edilə bilər. Bu təyinin sadəliyi, başqa düsturlarla da uyğun gəlir. Bu düsturların bir çoxunda natural loqarifm tətbiq olunur.
Natural loqarifma

Natural ədədlər
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. 0 Natural ədəd deyil.1,2,3,4,5,6,7,8,9 Natural ədədlərdir. "Ədəd" sözü yunan sözü olan "artimos" sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. "Rəqəm" sözü (ərəbcə "sıfır") əsl mənası "boş yer" olan (həmin mənanı verən "sunya sanskrit" sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur.
Naturalizasiya
Naturalizasiya (ing. naturalization) — ərizəçinin vətəndaşlıq almaq üçün könüllü istəyi əsasında vətəndaşlıq almasının qanuni prosesi. Vətəndaşlıq qəbul etmə qaydası dövlət qanunvericiliyi ilə tənzimlənir. Adətən vətəndaşlıq əldə etmək üçün bir sıra şərtlərə əməl edilməlidir (dil bilməsi, yaşayış yerinin olması və s.). "Naturalizasiya" termini tarixən təbii (ing. natural) vətəndaşların (və ya subyektlərin) hüquqlarının əldə edilməsini bildirir. Naturalizasiya çərçivəsində bəzən fərqləndirir: qeydiyyatı — heç bir əlavə şərt olmadan bir insanın tələbi ilə vətəndaşlıq əldə etməsi (ümumiyyətlə bu metoddan istifadə hüququ olan şəxslərin kateqoriyası qanunla nəzərdə tutulur); vətəndaşlıq verilməsi — ümumiyyətlə dövlət başçısı tərəfindən bir şəxsə vətəndaşlıq fəxri hədiyyə, hər hansı bir xidmətə görə (əgər bu qanunla nəzərdə tutulubsa). Naturalizasiya ümumiyyətlə bir sıra şərtlər tələb edir. Bunlardan biri qondarma ixtisas dövrü — ölkədə keçirdiyi vaxtdır. Əksər hallarda bu, İsveçdə və Hollandiyada olduğu kimi beş ildir.
Naturalizm
Naturalizm — Naturalizm və ya təbiətşünaslıq fəlsəfədə, sənətdə və ədəbiyyatda təbiətə əsaslanan müxtəlif cərəyanlara verilən ortaq bir ad. . Bu cərəyanların ardıcıllarına naturalist deyilir. Bundan əlavə, təbiət tarixi ilə məşğul olan elm adamlarına da naturalist və ya təbiətşünas deyilir. Naturalizm (incəsənət) — İncəsənətdə naturalizm. Realizm (incəsənət) — İncəsənətdə realizm. Naturalizm (ədəbiyyat) — Ədəbiyyatda və sənətdə naturalizm təbiəti təfərrüatları ilə əks etdirən cərəyanların ümumi adıdır. Naturalizm (fəlsəfə) — Fəlsəfədəki naturalizm, hər şeyin təbii varlıqlardan, təbii səbəblərdən meydana gəldiyi və fövqəltəbii varlıqlara və onların izahların inanılmaması fikri. Əxlaq fəlsəfəsindəki naturalizm, mənəvi nəticələrin mənəvi olmayan ifadələrdən edilə biləcəyi nəzəriyyəsidir.
Naturalizm(Ədəbiyyat)
Naturalizm (fransızca; naturalisme latınca naturalis – "təbii" sözündəndir) – XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70–80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Qustav Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. Gi de Mopassan, H. Hauptman, F. Norris, A. Strindberq, Henrik İbsen, Knut Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyil etməyə başladılar. Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s.
Naturalizm (ədəbiyyat)

Naturalizm ədəbiyyatda

Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Naturizm
Nudizm - İnsanların çılpaq formada hərəkət etməsi. Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. Almaniyada və digər ölkələrdə xüsusi nudist çimərlikləri, hotellər, kamplar, saunalar və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Ölkələrin mentalitet qaydalarına uyğun olaraq nudizmə münasibət hər bir ölkədə fərqlilik təşkil edir. Almaniyanın çılpaq həqiqəti - nudizm.
Systema Naturae
Systema Naturae (Latınca) İsveçli botanik, zooloq və həkim Carolus Linnaeusun (1707–1778) ən vacib əsərlərindən biridir və Linnaeus Taksonomiyasını təklif edir. Bu gün ikili adlandırma olaraq bilinən bu sistem, həqiqətdə Linnaeusdan 200 il əvvəl Gaspard və Johann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linnaeus bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən ilk insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası” Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linnaeus 1766 və 1768 arasında özünün sonuncu daha da inkişaf etdirilmiş 12-ci nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Johann Friedrich Gmelin tərəfindən 1788 - 1793 arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən iyirminci əsrin əvvəllərindən bəri eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 296-cı qanunu (26 oktyabr 1954) ilə Systema Naturae seriyasının 13-cü nəşri olaraq qəbul edilmişdir.
Systema Naturae əsərinin X nəşri
Systema Naturae əsərinin X nəşri, Karl Linnaeus tərəfindən yazılmış, zooloji təsnifatın başlanğıc nöqtəsi olaraq qəbul edilən və 1758–1759-cu illər arasında nəşr olunmuş bir kitabdır. Linnaeus bu kitabda heyvanlar üçün ikili adlandırma metodunu təqdim edir. Linnaeus 1753-cü ildə nəşr etdirdiyi Species Plantarum adlı əsərində bitkilər üçün təsnifat metodunu hazırlamışdır. Bioloji kataloqların əksəriyyəti 1758-dən əvvəlki təqdim etdikləri taksonlar üçün, Systema Naturaenin əvvəlki nəşrləri də daxil olmaqla, müxtəlif əsərlərdən götürdükləri çox sözlü adlandırmalardan istifadə edirdilər. Heyvanlar aləmi üçün ikili adlandırma metodunu ardıcıl olaraq istifadə edən ilk əsər Systema Naturae əsərinin 10-cu nəşridir. Buna görə də Beynəlxalq Zooloji Nomenklatura Komissiyası 1 yanvar 1758-ci ili zooloji təsnifatın "başlanğıc nöqtəsi" olaraq seçmiş və Systema Naturaenin 10-cu nəşrinə həmin tarixdə nəşr olunmuş kimi istinad edilməsini tövsiyə etmişdir. Qaydalara uyğun olaraq verilsə də, bu tarixə qədər nəşr olunan elmi təsnifat üçün istifadə olunan adlar etibarlı sayılmır. 10-cu nəşrdən daha əvvəl olduğu və prioritet sayılan yeganə əsər Carl Alexander Clerck-in 1757-ci ildə nəşr olunan Svenska Spindlar (İsveç dilində) və ya Aranei Suecici (Latınca) əsəridir və yenə bu əsərə də 1 yanvar 1758-ci ildə çıxmış kimi də istinad edilir.
VMF Natural Frequencies
VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub. Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib. Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur. İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.
Natural ədəd
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. 0 Natural ədəd deyil.1,2,3,4,5,6,7,8,9 Natural ədədlərdir. "Ədəd" sözü yunan sözü olan "artimos" sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. "Rəqəm" sözü (ərəbcə "sıfır") əsl mənası "boş yer" olan (həmin mənanı verən "sunya sanskrit" sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur.
Naturfəlsəfə
Naturfəlsəfə və ya təbiət fəlsəfəsi (lat. natura - “təbiət”) — təxminən XVIII əsrə qədər təbiətşünaslıq elminin ən ümumi qanunlarının ayrılmaz sistemi kimi başa düşülən təbiət fəlsəfəsini ifadə edən tarixi termin . "Filosophia naturalis" termini ilk dəfə Senekada rast gəlinir. Naturfəlsəfə qədim zamanlarda təbiət hadisələrinin "yekun səbəblərini" və əsas qanunauyğunluqlarını tapmaq cəhdi kimi yaranmışdır. Orta əsrlərdə təbiət fəlsəfəsinin ən görkəmli nümayəndələri sxolastlar olmuşdurlar. XVIII əsrə qədər təbii fəlsəfi sistemlərin əksəriyyəti sırf spekulyativ idi; klassik fizikanın meydana çıxması ilə təbiət fəlsəfəsi tez bir zamanda elm fəlsəfəsi ilə əvəzləndi və sübut üçün zəruri görünməyən hər hansı bir fərziyyə ilə kəsişdi. Lakin XIX-XX əsrlərdə yenidən müxtəlif naturfəlsəfi sistemlər meydana çıxdı. Prof. Martin Mininin qeyd etdiyi kimi rus ədəbiyyatında qədim yunan fəlsəfəsinə münasibətdə “naturfəlsəfə” termini adətən sofistlərdən və Sokratdan başlayan insan haqqında təlimdən fərqli olaraq onun əhatə etdiyi təbiət haqqında təlimlərin şərhinə diqqət yetirir . İslam ölkələrində ən mühüm fəlsəfə məktəbləri Kəlam və Peripatetzim adlanır.
European Nature Information System
Avropa ətraf mühit agentliyi (ing. European Environment Agency; qısaca: EEA) - ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. Avropa Ətraf Mühit Agentliyi (EEA) ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. Onun məqsədi ekoloji siyasətin işlənib hazırlanmasında, həyata keçirilməsində və qiymətləndirilməsində iştirak edənlərə kömək etmək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. Təşkilata əsasən Avropa İttifaqına üzv dövlətlər üzvdürlər; lakin digər dövlətlər də onlarla Aİ arasında bağlanmış müqavilələr vasitəsilə onun üzvü ola bilərlər. O, üzvlüyünü 13 namizəd ölkəyə açan ilk Aİ orqanı olmuşdur (2004-cü ildən əvvəlki genişlənmə dövründə). EEA-ya 32 üzv və altı əməkdaşlıq edən ölkə daxildir. Üzvlər İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə və Türkiyə ilə birlikdə Avropa İttifaqının 27 üzvüdür. 2020-ci ildəki Brexitdən bəri Böyük Britaniya artıq Aİ-nin üzvü deyil və buna görə də EEA-nın üzvü deyil. Altı Qərbi Balkan ölkəsi əməkdaşlıq edən ölkələrdir: Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1244/99 saylı qətnaməsinə əsasən Kosovo.
Naturalizm (fəlsəfə)
Təbiətşünasa görə təbiətdə obyektiv qanunlara uyğun fəaliyyət göstərən bir sistem var. Bu qanunlar vasitəsilə müşahidə və təcrübəyə əsaslanan elm təbiətin bütün sahələrində möhkəm, dəqiq məlumatlar əldə edə bilər. Təbiətşünaslıq təbiət elmlərinin sənət və ədəbiyyata tətbiqindən yaranmışdır. Təbiətşünas anlayışa görə, gerçək olduğu kimi əks olunmalı və həyasız və vulqar hesab edilməyən cəhətlər işlənməlidir. Naturalist anlayışına görə fərd böyüdüyü sosial və təbii mühitdə formalaşır. İqtisadi və sosial təzyiqlər altında məzlum olanlar onlardan güclü təkanlarla hərəkət edirlər. Onlar taleyini təyin edə bilmədikləri üçün davranışlarına görə məsuliyyət daşımırlar. Naturalizm iki fərqli fəlsəfi görüşdə araşdırılır: Epistemologiyaya diqqət yetirən metodoloji naturalizm (və ya elmi naturalizm): “Dünyada etibarlı məlumat əldə etməyin hansı üsulları var?” Bu epistemoloji baxımdan metafizikadan və dini inancdan, xüsusən "bilik" əldə etməyin praktik metodlarından asılı deyil. Buna görə fərziyyələr təbii səbəblərə və hadisələrə görə izah olunmalı və sınaqdan keçirilməlidir. Müşahidə olunan hərəkətlərin izahatları təbii səbəblərlə əlaqəli olduqda praktik və faydalıdır (məsələn, "dəqiq əməliyyatlar" buna nümunədir, amma "şübhəli möcüzələr" deyil).
Naturalizm (incəsənət)
Vizual sənətdə təbiətçilik təbiətin olduğu kimi bir təsvir olaraq ortaya çıxdı. Əslində ilk təbiətşünas əsərlərin Qədim Yunanıstanda klassik sənətkarlar tərəfindən verildiyini söyləmək olar. İntibah dövrü sənətçiləri müəyyən mənada bu anlayışı canlandırdılar. 17-ci əsrdə yaşayan təbiətşünas rəssamlar təbiəti gözəlliyi və çirkinliyi ilə olduğu kimi əks etdirməkdə birləşmişdilər. Təbiətşünas termini də bu əsrdə ilk dəfə istifadə edilmişdir. 1830-cu illərdə İngilis mənzərə rəssamı John Constable, təbiətin bütün tərəflərini olduğu kimi təsvir etmək lazım olduğu fikirini müdafiə etdi. Konstablein təsiri ilə Fransız Barbizon rəssamları yeni Avropa Təbiətşünaslığının mənzərə rəsminin nümayəndələri idi. Bu illərdə Jean-Baptiste Camille Corot, Alfred Sisley, Camille Pissarro və Claude Monet də naturalist əsərlər hazırladılar. 19-cu əsrin sonlarına doğru, Naturalizm Alman rəssamlarına təsir etdi. ABŞ-də Naturalizm 19-cu əsrdə Realizm ilə bir-birinə qarışaraq inkişaf etdi.