Nayrobi

coğ. Nairobi

naylıq
naz
OBASTAN VİKİ
Nayrobi
Nayrobi — Keniyanın paytaxtı. 1899-cu ildə qurulmuş, 1905-ci ildə isə ölkənin paytaxtına çevrilmişdir. Eyni zamanda Nairobi əyalətinin də mərkəzidir. Ölkənin cənubundakı Nayrobi çayı sahilində qurulan şəhər dəniz səviyyəsindən 1661 metr hündürlükdədir. Şəhər Şərqi Afrikanın əhalisinə görə ən böyük şəhəridir. 1999-cu il siyahıya alınmaya görə əhalinin sayı 2.143.254 nəfər olmuşdur. 1899-cu ildə şəhər bir dəmiryol stansiyası kimi qurulmuş, lakin tez bir müddətdə böyüyərək nəinki Keniyanın, eyni zamanda Şərqi Afrikanın ən böyük şəhəri olmuşdur. Nairobi şəhəri bu gün Afrikanın ən mühüm siyasi və maliyyə mərkəzlərindən biridir. Bir çox şirkətə və təşkilata ev sahibliyi edən Nairobi, iş və mədəniyyət baxımından əhəmiyyətli bir mərkəzdir. Qloballaşma və Dünya Şəhərləri İş Qrupu və Şəbəkəsi (The Globalization and World Cities Study Group and Site — GaWC) Nairobidə gözə çarpan bir ictimai mərkəzdir.
Nayrobi terror hücumu (2019)
15–16 yanvar 2019-cu il tarixlərində Keniyanın paytaxtı Nayrobinin Westlands rayonundakı DusitD2 kompleksində mülki şəxslərə qarşı koordinasiyalı hücum baş verdi. Hücum yerli vaxtla saat 14:30 radələrində, kamikadzenin özünü kompleksin mərkəzi yaxınlığındakı restoranda partlatmasından az sonra başlayıb. Əş-Şəbab qruplaşmasınınn üstləndiyi 22 saatdan çox davam edən hücum nəticəsində 21 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. Terror aktına səbəb kimi Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına adlandırılıb. == Populyar mədəniyyətdə == Call of Duty: Modern Warfare (2019) oyununda Otter personajı Britaniya Xüsusi Hava Xidməti əsgəri olan Christian Craighead-ə əsaslanır. Craighead hadisədə iştirakı haqqında kitab yazıb lakin kitabın nəşrinə icazə verilməyib.