Nayrobi terror hücumu (2019)
15–16 yanvar 2019-cu il tarixlərində Keniyanın paytaxtı Nayrobinin Westlands rayonundakı DusitD2 kompleksində mülki şəxslərə qarşı koordinasiyalı hücum baş verdi. Hücum yerli vaxtla saat 14:30 radələrində, kamikadzenin özünü kompleksin mərkəzi yaxınlığındakı restoranda partlatmasından az sonra başlayıb. Əş-Şəbab qruplaşmasınınn üstləndiyi 22 saatdan çox davam edən hücum nəticəsində 21 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. Terror aktına səbəb kimi Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına adlandırılıb.
== Populyar mədəniyyətdə ==
Call of Duty: Modern Warfare (2019) oyununda Otter personajı Britaniya Xüsusi Hava Xidməti əsgəri olan Christian Craighead-ə əsaslanır. Craighead hadisədə iştirakı haqqında kitab yazıb lakin kitabın nəşrinə icazə verilməyib.