NERİT SAHƏ

(zona) şelfin sərhədinə uyğun gələn və planktonla xarakterizə olunan dəniz və okeanların sahilyanı zonası. область ( зона) неритовая neritic area
NEPTUNİZM
NERUNQ
OBASTAN VİKİ
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. == Nerit çöküntüləri == Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Sahə
Sahə bu mənaları ifadə edə bilər: Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Nerit çöküntülər
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir..
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. == İntruzivləri == Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Sahə (Fizika)
Sahə — fizikada mühüm anlayışlardan biri. Sahə müəyyən fiziki xassələrə malik olur. Bərk materialla dolu fəza olub ölçülə bilən fizki xassələrə malikdir. Bu fiuzki kəmiyyətlərə sahənin parametrləri deyilir. Sahənin parametrləri çox komponentli ola bilir.
Sahə (dəqiqləşdirmə)
Sahə bu mənaları ifadə edə bilər: Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Sahə qaydası
Sahə qaydası — təyyarələrin dizaynındakı bir qaydadır, bu səsə yaxın və ya supersonik sürətində dalğa müqavimətini azaltmağa imkan verir. Bu sürət aralığı müasir mülki və hərbi təyyarələr arasında ən çox istifadə olunur. == Təsvir == Səsə yaxın uçuş sürətində hava axınının yerli sürəti, axının təyyarənin struktur elementləri ətrafında getdiyi yerlərdə, səs sürətinə çata bilər. Bu davranışın müşahidə olunduğu sürətin dəyəri təyyarənin dizaynından asılı olaraq dəyişir və kritik Max sayı adlanır. Belə yerlərdə yaranan şok dalğaları güclü sürətlə böyüyən bir müqavimətə malikdir. Bu müqavimət dalğa müqaviməti adlanır. Zərbə dalğalarının gücünü azaltmaq üçün təyyarənin kəsişmə sahəsi təyyarənin gövdəsi boyunca mümkün qədər rəvan şəkildə dəyişməlidir. Sahə qaydasında deyilir ki, kəsişən ərazinin eyni uzunlamasına paylanması olan iki təyyarə, bu sahənin eninə füzelyaj istiqamətində paylanmasından asılı olmayaraq eyni dalğa empedansına malikdir (yəni, füzelyajın özündə və ya qanadlarında). Üstəlik, güclü şok dalğalarının meydana gəlməməsi üçün bu paylama hamar olmalıdır. Bu qaydanın tətbiq edilməsinə bir nümunə, təyyarənin qaynaq hissəsinin qanadlarla qovşağında enməsi, kəsişən sahənin dəyişməməsi.
Valunlarsız sahə
Valunlarsız sahə (rus. безвалунная область, ing. driftless area) — Pleystosen örtük buzlaşmasının sərhədlərində buzlaq çöküntüsü olmayan ərazi, bu ərazilərin buzlaqla örtülmədiyini göstərir.
Sahə (film)
Sahə — rejissor İlqar Safatın quruluşunda hazırlanan bədii film. == Məzmun == Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. == Film haqqında == Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir. Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Sahə (fizika)
Sahə — fizikada mühüm anlayışlardan biri. Sahə müəyyən fiziki xassələrə malik olur. Bərk materialla dolu fəza olub ölçülə bilən fizki xassələrə malikdir. Bu fiuzki kəmiyyətlərə sahənin parametrləri deyilir. Sahənin parametrləri çox komponentli ola bilir.
Eynşteyn sahə tənlikləri
Eynşteyn sahə tənlikləri — qravitasiyanın, əslində fəza-zamanın kütlə və enerji tərəfindən əyilməsi ilə meydana çıxan anlayış olduğunu riyazi şəkildə göstərən 10 tenzorial tənlikdən ibarət sistemdir. Eynşteyn tenzoru ilə ifadə olunan fəza-zamandakı lokal əyriliyi həmin sahədə yerləşən və gərginlik-enerji tenzoru ilə ifadə olunan maddə ilə əlaqələndirən bu tənliklər, 1915-ci ildə Albert Eynşteyn tərəfindən Ümumi Nisbilik Nəzəriyyəsində irəli sürülmüşdür. Sahə tənlikləri bu formada olub, G μ ν + Λ g μ ν = 8 π G c 4 T μ ν {\displaystyle G_{\mu \nu }+\Lambda g_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }} G μ ν {\displaystyle G_{\mu \nu }} — Eynşteyn tenzorunu, Λ {\displaystyle \Lambda } — Kosmoloji sabiti, g μ ν {\displaystyle g_{\mu \nu }} — metrik tenzoru T μ ν {\displaystyle T_{\mu \nu }} — Gərginlik-enerji tenzorunu, G {\displaystyle G} və c {\displaystyle c} isə uyğun olaraq Qravitasiya Sabiti və işıq sürətini göstərir. Beləcə 4 ölçülü fəza-zamanda hər μ {\displaystyle \mu } və ν {\displaystyle \nu } komponenti üçün 4 tənlik olmaqla cəmi 16 tənlik olmalıdır. Lakin tənlikdəki bütün tenzorlar simmetrik olduğundan( X μ ν = X ν μ {\displaystyle X_{\mu \nu }=X_{\nu \mu }} ) eynicinsli tənlikləri çıxmaqla bir-birindən ayrı 10 tənlik qalır. === Eyşteyn tenzoru === Eynşteyn tenzoru Riemann tenzorunun 2 indeksi üzrə cəmlənməsindən ( R μ ν = R μ λ ν λ {\displaystyle R_{\mu \nu }=R_{\;\mu \lambda \nu }^{\lambda }} ) əmələ gələn Rikki tenzoru üzərində qurulur və enerji-impuls tenzoru ilə mütənasib olub fəza-zaman əyriliyini xarakterizə edən tenzor olaraq Eynşteyn tərəfindən gətirilib: G μ ν = R μ ν − 1 2 R g μ ν , {\displaystyle G_{\mu \nu }=R_{\mu \nu }-{\tfrac {1}{2}}R\,g_{\mu \nu },} burada R μ ν {\displaystyle R_{\mu \nu }} — Rikki tenzoru, R {\displaystyle R} — Rikki skalyarıdır( R = R α β g α β {\displaystyle R=R_{\alpha \beta }g^{\alpha \beta }} ). Eynşteyn tenzorunun Rikki tenzorundan əsas fərqləndirici xüsusiyyəti, onun gərginlik-enerji tenzoru kimi konservativ olmasıdır: ∇ μ G μ ν = 0 {\displaystyle \nabla ^{\mu }{G_{\mu \nu }}=0} . Eynşteyn tenzorunun açılışını nəzərə alsaq, sahə tənlikləri R μ ν − 1 2 R g μ ν + Λ g μ ν = 8 π G c 4 T μ ν {\displaystyle R_{\mu \nu }-{1 \over 2}R\,g_{\mu \nu }+\Lambda g_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }} şəklində ifadə olunar. == Kosmoloji sabit == Sahə tənlikləri ilk dəfə kosmoloji sabit faktoru olmadan, bu şəkildə yazılmışdı: G μ ν = 8 π G c 4 T μ ν . {\displaystyle G_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }.} Daha sonra Eynşteyn, Ümumi Nisbilik Nəzəriyyəsini kainatı modelləşdirmək üçün tətbiq etdikdə mövcud tənliklər, kainatın ya daim genişlənəcəyinə, ya da tək bir sinqulyar nöqtəyə çökməli olduğuna dəlalət edirdi.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. == İzahı == Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.
Sahə (film, 2010)
Sahə — rejissor İlqar Safatın quruluşunda hazırlanan bədii film. == Məzmun == Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. == Film haqqında == Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir. Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Sahə (ölçü parametri)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür. Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Sahə (ölçü vahidi)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür. Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Maddə və sahə zərrəcikləri
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.
Təhlükəli sahə (Cənubi Çin dənizi)
Təhlükəli sahə — Cənubi Çin dənizinin cənub-şərq hissəsində çoxlu alçaq adalar və çaylar, batmış qayalıqlar və atolllar ilə səciyyələnən geniş ərazi. Burada riflər adətən okeanın 1,000 metr (3,300 ft) çox dərinlikdən qalxır. Ərazi zəif planlaşdırılmışdır, bu da onu naviqasiya üçün olduqca təhlükəli edir – əsas Sinqapurdan Honkonqa marşrutlar ərazinin qərbinə və şərqinə doğru gedir. Admirallıq Səfər İstiqamətləri bu sahədə naviqasiya ilə bağlı aşağıdakı xəbərdarlığı verir: Su adətən yaşılımtıl-mavi rəngdədir və aydın günlərdə 24–42 metr (79–138 ft) dərinliyə qədər şəffafdır. Bir çox adaların suverenliyi iqtisadi iddialar kimi mübahisəlidir.

Значение слова в других словарях