NES

Network Encryption System Şəbəkə şifrləmə sistemi
Need-to-know
NetBEUI
OBASTAN VİKİ
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek (alm. Christian Gottfried Daniel Nees von Esenbeck‎; 14 fevral 1776 — 16 mart 1858) — alman botaniki, həkimi, zooloqu və filosofu. Onun şərəfinə adlandırılmış taksonlar Esenbeckia H.B.K. Rutaceae fəsiləsinə aid bitki cinsi Neesiella Schiff. Hepaticae dəstəsinə aid Nees-Institut für Biodiversität der Pflanzen Universität Bonn institutu Xristian Nes fon Ezenbekin şərəfinə adlandırılmışdır. De Cinnamomo disputatio (1843) Agrostologia brasiliensis (1829) Genera et species Asterearum (1833) Systema Laurinarum (1836) Florae Africae australioris illustration monographicae Gramineae (1841) Die Algen des süßen Wassers, nach ihren Entwickelungsstufen dargestellt (1814) Das System der Pilze und Schwämme (1816) Naturgeschichte der europäischen Lebermoose mit Erinnerungen aus dem Riesengebirge (1833-38, 4 Bände) Bryologia germanica (Christian Friedrich Hornschuch]] und Jacob Sturm ilə birlikdə, 1823–31, 2 Bände mit 43 Tafeln) Synopsis hepaticarum (Carl Moritz Gottsche və Johann Lindenberg ilə birlikdə, 1844–1847) Hymenopterorum Ichneumonibus affinium monographiae (1834, 2 Bände) System der spekulativen Philosophie, Band 1 Die Naturphilosophie (1841) Die allgemeine Formenlehre der Natur (1852) Vorlesungen zur Entwickelungsgeschichte des magnetischen Schlafs und Traums (1820) Johanna Bohley: Christian Gottfried Daniel Nees von Esenbeck. Ein Lebensbild. Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart 2003, ISBN 3-8047-2075-7. Dietrich von Engelhardt (Hrsg.): Christian Gottfried Nees von Esenbeck. Politik und Naturwissenschaft in der ersten Hälfte des 19. Jahrhunderts.
Dudleya nesiotica
Dudleya nesiotica (lat. Dudleya nesiotica) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
IAI Nesher
IAI Nesher (İv: נשר, "Quzğun") IAI tərəfindən buraxılmış Dassault Mirage V-in İsrail istehsalı bir modeli döyüş təyyarəsidir. Təyyarələrin əksəriyyəti sonradan Argentina Hava Qüvvələrinə "Daggers" adı ilə satıldı və "Fingers" adı altında modernləşdirildi.
Karl Nesselrode
Nesselrode Karl Vasilyeviç (alm. Karl Robert von Nesselrode‎; 13.12.1780-23.3.1862) – Rusiya imperiyasının xarici işlər naziri, kansleri, qraf. Karl Nesselrode 1816-1856-cı illərdə Rusiyanın xarici işlər naziri olmuşdu. 1845 –ci ildən kansler idi. 1816-cı ildən İranla münasibətlər onun rəhbərliyi altında həyata keçirilirdi. Türkmənçay müqaviləsini Peterburqa gətirən A.S.Qriboyedov onun qəbulunda olmuşdu.. 1853-1856-cı illərdə Krım müharibəsində Rusiyanın diplomatik cəhətdən təcrid edilməsində mühüm rol oynamış, 40 ildən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Нессельроде К.В. Неизданное письмо графа КВ. Нессельроде к И.Ф. Паскевичу-Эриванскому от 11 мая 1829 г. / Сообщ. А.П.М./ Исторический вестник, 1890.
Lox Ness
Lox Ness (ing. Loch Ness, şot.kelt Loch Nis) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir. Göl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədərdə yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir. Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir.
Lox Ness gölü

Malıy Nesvetay çayı
Malıy Nesvetay çayı (rus. Малый Несветай) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Bolşoy Nesvetay çayının qoludur. Çayın uzunluğu 48 kilometrdir, hövzəsinin sahəsi 356 km²-dir. Yuxarı axarlarda sahillərində Novoşaxtinski şəhəri yerləşir. Çay kifayət qədır lillidir. Çay sistemi: Malıy Nesvetay → Bolşoy Nesvetay → Tuzlov → Aksay → Don. Malıy Nesvetay başlanğıcını Dones vilayətindən götürür. Novoşaxtinski şəhərinin Barrikadskaya küçəsində yerləşir. Mənbəyi dəniz səviyyəsindən 200 metr yüksəklidə yerləşir.
Melaleuca nesophila
Melaleuca nesophila (lat. Melaleuca nesophila) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Nesierax
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Nesihierax
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Neskafe
Nescafé— dünyada hazır qəhvəni ilk olarak satışa çıxaran firmadır. Nestléyə aid olan bir hazır qəhvə markasıdır. Hazırda dünyanın demək olar ki, hər yerində fərqli çeşidləri ilə tanınır və sevilərək içilir. Eyni zamanda qəhvəyə zamanla bir çox yeni dad qataraq qəhvə satışında çeşidli yeniliklər etmişdir. Son olaraq şəkər, krem və qəhvəni hazır olaraq birliktə istifadəçilərinə təqdim edən ilk markadır. Hazır qəhvə, ilıq və tropik iqlimlərdə yetişən dağ ətəklərində yetişdirilən Robusta çəyirdəklərindən istehsal edilir. Xoş qoxulu və aromatik bir dada sahib olan Arabica, Robustaya görə daha yumşaq bir dada sahibdir və daha yüksək temperaturda həll olur . Robusta çəyirdəkləri , Arabica'dan daha geniş bir coğrafyada yetişdiyi üçün hazır qəhvə istehsal edənlər tərəfindən ilk öncə seçilmiş hala gətirilmişdir. Qovrulduqdan sonra üyüdülən qəhvə çəyirdəkləri, böyük ölçüdə olan süzgəcli ibriklərə qoyulur. isti su ilə bişirildiyi üçün qəhvə özünün suya keçməsi üçün şərait yaradılır.
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Nestlera
Nestlera (lat. Nestlera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Nestlera biennis (Jacq.) Spreng. Sinonim Columellea biennis Jacq. Nestlera reflexa (Thunb.) DC. Relhania biennis (Jacq.) K.Bremer Relhania reflexa Thunb.
Nestlera biennis

Nestlera reflexa

Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsturi (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Nestor Kalandarişvili
Nestor Aleksandroviç Kalandarişvili (gürc. ნესტორ ალექსანდრეს ძე კალანდარიშვილი; 8 (20) iyul 1876, Kutaisi quberniyası, Rusiya imperiyası – 6 mart 1922, Yakutsk) inqilabçı lider, növbə ilə Sosialist İnqilabçısı, anarxist və nəhayət bolşevik idi. Rusiyada vətəndaş müharibəsi illərində Şərqi Sibirdə partizan hərəkatının liderlərindən biri olub. 1892-ci ilə qədər Kutaisi gimnaziyasında, sonra Tiflis müəllimlər seminariyasında oxuyub. 1895–1897-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. Ordudan sonra seminariyada təhsilini davam etdirdi. 1903-cü ildən Sosialist İnqilabçılar Partiyasının, bir müddət Gürcüstan Sosialist-Federal İnqilab Partiyasının üzvü olub. 1905-ci il Rusiya İnqilabında o cümlədən 1905–1906-cı illər Quriya kəndli üsyanında iştirak etdi. 1907-ci ildə həbs olundu, 1908-ci ildə Sibirə sürgünə göndərildi. O, qaçdı, lakin 1912-ci ildə həbs olundu və yenidən Sibirə sürgün edildi.
Nestor Lakoba
Nestor Appolonoviç Çiçuyeviç Lakoba (1 may 1893 – 28 dekabr 1936, Tbilisi) — Sovet Abxaziyasının dövlət xadimi. Eşitmə əngəlli Lakobanı "Adaqua" ("Kar") ləqəbi ilə də çağırırdılar. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, onun ən yaxın dostu olub. Lakoba kəndli ailəsində anadan olub. Doğulmamışdan bir neçə ay əvvəl atası öldürülüb. Kilsə məktəbində oxuyan Lakoba, sonra doğma kəndində iki illik məktəbi də bitirib. Laakoba uşaqlıqdan çox bacarıqlı olub.. С детства был весьма способным 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib. Sonra seminariyaya girdi, 1911-ci ildə inqilabi təbliğ etdiyi üçün qovuldu.
Nestor Maxno
Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 7 noyabr 1888 – 25 iyul 1934, Paris) — Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhdlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri kimi qəbul olunur. Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav quberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından çobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor Pitanya

Nestorianlar
Nestorianlıq (Nəsturilik) - Tanrı təbiətinin İsaya onun doğulmasından sonra daxil olduğunu iddia edən və buna görə əsas kilsələr tərəfindən heretik sayılan xristian təriqəti və cərəyanı. 428-ci ildə imperator II Feodosius (Theodosius) Konstantinopol arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmişdir. O isə, bu vəzifəni tutan kimi, müxtəlif "hereslərə" qarşı mübarizəyə başlamışdır. Onun birinci rəqibləri, İsada insan ruhunun deyil, əvəzində İlahi Loqosun olduğunu iddia edən Laodikiyalı Apolinariosun ardıcılları olmuşdurlar. Bu fikirləri rədd edən Nestorius, Loqosun İsaya sonra daxil olmasını və onda insani təbiətin İlahi təbiətlə qarışmamasını iddia edirdi. Ancaq bu fikir etirazlarla qarşılanmışdı. Məsələ bundadır ki, o dövrdə Həzrət Məryəmə sitayiş etmə çox geniş yayılmışdı. Onu Tanrı anası adlandırırdılar. Nestoriusun isə fikirlərindən belə çıxırdı ki, Məryəm Tanrını deyil, adi insanı doğmuşdur. Tanrı isə sonra öz Sözünü ona daxil etdi.
Nestorianlıq

Nestotus
Nestotus (lat. Nestotus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.