NEYROFİZİOLOGİYA

сущ. мед. нейрофизиология (раздел физиологии, изучающий функции нервной системы)
NEYRODERMİT
NEYROFİZİOLOJİ
OBASTAN VİKİ
Neyrofiziologiya
Neyrofiziologiya ─ neyromorfoloji fənlərlə yanaşı sinir sisteminin funksiyalarını öyrənən fiziologiyanın bölməsidir. Neyrofiziologiya nevrologiyanın nəzəri əsasıdır. O, beynin tədqiqilə məşğul olan neyrobiologiya, psixologiya, nevrologiya, kliniki neyrofiziologiya, elektrofiziologiya, etologiya, neyroanatomiya və s. elmlərlə sıx bağlıdır.. Neyrofiziologiya sinir sisteminin fəaliyyətini öyrənən fiziologiyanın xüsusi bölməsi olaraq daha gec yaranmışdır. Neyrofiziologiya praktiki olaraq XIX əsrin II yarısınadək heyvanların öyrənilməsinə əsaslanaraq eksperimental elm kimi inkişaf etmişdir. Həqiqətən də sinir sisteminin fəaliyyətinin "ibtidai" formada aşkar olunması insanda və heyvanda eynidir. Bir sinir hüceyrəsindən digərinə oyanmanın keçməsi (məsələn: sinir, əzələ və vəzi), sadə refleks (məsələn: ətrafların açılıb-yığılması), nisbətən adi işıq, səs, taktil və s. qıcıqların qəbulu və digərləri sinir sisteminin funksiyalarına aiddir. Yalnız XIX əsrin sonunda alimlər tənəffüsün, orqanizmdə qanın, toxuma mayesinin və bir sıra digərlərinin tərkibinin sabit saxlanılması kimi bəzi mürəkkəb funksiyaların tədqiqinə keçdilər.

Digər lüğətlərdə