o deyil

exactly what isn’t wanted (of smth. of low quality, undesirable, etc.) типичное не то (что-либо некачественное, нежелательное и т.п.)
o çox üzlüdür
o dünya (axirət)
OBASTAN VİKİ
O, sizə Dimon deyil
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
O sizə Dimon deyil (sənədli film, 2017)
O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir. Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir. Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir. Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir. Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'nı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılğın terroristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
O'G3NE
O'G3NE — Liza, Emi və Şelli Vol bacılarından ibarət Niderlandlı musiqi triosu. Onlar "Adem in, Adem uit" mahnısı ilə Niderlandı 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmişdirlər. 2014-cü ildə trio Niderlandın The Voice səs yarışmasında qələbə qazanmışdır və həmin qələbədən sonra O'G3NE Britaniyanın EMI Records albom şirkəti ilə anlaşma imzalamışdır. O'G3NE "Lights and Shadows" mahnısı ilə Niderlandı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Yaranma tarixçəsi == Liza Vol 21 iyun 1994-cü ildə, Emi və Şelli əkizləri isə 18 oktyabr 1995-ci ildə Niderlandın Dordrext şəhərində anadan olmuşdur. Qızlar daha sonra ölkənin Fixnaart şəhərinə köçmüş və orada böyümüşdürlər. === 2007-2011: 300% və Sweet 16 albomları === Liza, Emi və Şelli "Adem in, Adem uit" mahnısı ilə 2007-ci ildə Niderlandın Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Junior Songfestival milli seçim turunda iştirak etmiş və nəticədə seçim turunda qalib gəlmişdirlər. Beləliklə bacılar Niderlandın Rotterdam şəhərində keçirilən 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkələrini "Adem in, Adem uit" mahnısı ilə təmsil etmiş və 17 ölkə təmsilçisinin mübarizə apardığı müsabiqədə Niderlanda 11-ci yeri qazandırmışdırlar. 2008-ci ildə onların 300% adlı debüt albomu işıq üzü görmüşdür. Daha sonra isə 2011-ci ildə qrupun Sweet 16 adlı ikinci studiya albomu təqdim edilmişdir.
O-Fenilendiamin
o- Fenilendiamin – formulası C6H8N2 olan üzvi birləşmə, aromatik diamin. == Fiziki xassələri == o-Fenilendiamin - ağ, açıq çəhrayı və ya sarımtıl rəngli kristallardır. == Alınması == Sənayedə o-fenilendiamin 2-nitroanilinin bərpası nəticəsində alınır, hansı ki 2-nitroxlorobenzolun aminləşmə reaksiyası zamanı sintez olunur. Bərpa müxtəlif reagentlərin, məsələn, dəmir tozu, hidrazin və ya hidrogen sulfidin təsirindən həyata keçirilə bilər. Sənaye üsulu palladium katalizatorunun istifadəsi ilə keçirilir. Həmçinin, o-fenilendiamin 1,2-dixlorobenzolun və anilinin aminləşmə reaksiyası nəticəsində alınır. Laboratoriyada o-fenilendiamin natrium hidrogen sulfitin 1% sulu məhlulundan kristallaşma yolu ilə təmizlənir, sonra maddə buzlu su ilə yuyulur, vakuumda qurudulur və və sublimasiya olunur. == Kimyəvi xassələri == o-Fenilendiamin isti suda, etil spirtində, dietil efirdə, xloroformda həll olunur. İşıqda və havada kristallar tez qaralır. o-Fenilendiamin, reaksiyalarda gələvi kimi özünü görsədərək duzlar əmələ gətirir, tipik aromatik aminlərə bənzər.
O.Torvald
O.Torvald (ukr. Оторвальд) — Ukraynalı rok qrupu. 2005-ci ildə Ukraynanın Poltava şəhərində yaranmışdır. Qrupun O.Torvald adlı debüt albomu 2008-ci ildə işıq üzü görmüşdür. O.Torvald qrupu GBOB, Chervona Ruta, Tavria games, Prosto Rock (Linkin Park qrupu ilə birlikdə), Zakhid, Krashche Misto UA (Evanescence və The Rasmus qrupları ilə birlikdə), Ekolomyja və Global Gathering kimi festivallarda çıxış etmişdir. Onlar "Time" mahnısı ilə Ukraynanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Qrup nəticədə müsabiqənin finalında 24-cü yerdə qərarlaşmışdır. == Qrupun üzvləri == Yevhen Halıç — vokalist, gitaraçı (2005–indiyə kimi) Denıs Mızyuk – gitaraçı, dəstək vokalçı (2005–indiyə kimi) Oleksandr Soloha — təbilçi (2011–indiyə kimi) Mıkıta Vasılyev — bassist (2014–indiyə kimi) Mıkola Rayda — pianoçu, DJ (2008–indiyə kimi) == Diskoqrafiya == === Albomlar === O.Torvald (2008) В тобі (2011) Примат (2012) Ти Є (2014) #нашілюдивсюди (2016) === Sinqllar === "Почуття" (2008) "Не грузи" (2009) "УЙ" (2010) "Качай" (2010) "Нас двоє" (2011) "Без тебе" (2012) "Mr.
O. Henri
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
O (dəqiqləşdirmə)
O — Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf. O həmçinin bu mənaları da verə bilər: == Filmlər == O (film, 1990) — 1990-cı ildə qorxu janrında çəkilən ABŞ filmi. O (film, 2013) — 2013-cü ildə romantik dram və elmi fantastika janrında çəkilən ABŞ filmi.
O (roman)
O — Amerika yazıçısı Stiven Kinqin 1986-cı ildə yazdığı qorxu romanıdır . Bu , onun 22-ci kitabı və öz adı ilə yazdığı 17-ci romanı idi. Hekayə qurbanlarının qorxusundan istifadə edərək ovunu ovlayarkən özünü maskalamaq üçün istifadə edən şər varlıq tərəfindən terrora məruz qalan yeddi uşağın nə edəcəyindən bəhs edir. == Məzmun == Maine ştatının Derri şəhərində yağış fırtınası zamanı Georgie Denbrough adlı altı yaşlı uşaq yağışlı küçədə üzən kağız qayığının arxası ilə qaçır və qayıqı yağış suyu kanalizasiyaya aparır. Kanalizasiyaya baxan Georgie orada Rəqs edən özünü Pennywise kimi təqdim edən bir təlxəklə qarşılaşır.Georgie, Pennywise tərəfindən aldadılır və təlxək onun qolunu qoparır və onu öldürür. Bu hadisədən sonra Georgienin qardaşı və dostları onun axtarışına çıxırlar.
O Fortuna
O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həm də Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir. 1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur. Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib. "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.
O jardim
O jardim (azərb. Bağ‎) — Portuqaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın ev sahibliyi etdiyi Avroviziya 2018-də ölkəsini təmsil etmək hüququ əldə etmişdir. Mahnı portuqaliyalı söz yazıçısı İzaura tərəfindən bəstələnmişdir.
O İl
O İl (1 yanvar 1978) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == O İl Şimali Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
O İnqyonq
O İnqyonq (kor. 오은경; rus. Ынгёнг О; 1969, Seul) — Cənubi Koreyanın qadın türkoloq alimi, Türk xalqları folklorunun, xüsusilə özbək dastanlarının araşdırıcısı, müqayisəli ədəbiyyat üzrə bir sıra ciddi tədqiqatların müəllifi, jurnalist, professor, elmlər doktoru. Mənşəcə koreyalıdır. Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi. == Həyatı == 1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşdur. Seul şəhərindəki Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində təhsil almışdır. 1992–1999-cu illər arasında Türkiyə Cümhuriyyətinin burslu tələbəsi olaraq Ankara Hacettepe Universitetinin Türk dili və ədəbiyyati bölümüdə magistr təhsili almış, daha sonra doktoranturanı bitirmişdir. 1995–1999-cu illərdə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində Koreya dili və ədəbiyyatı bölümündə müəllim kimi çalışmışdır. 1994–1997-ci illərdə Koreya televiziyası və radiosunda Türkiyə Cümhuriyyətinin müxbiri kimi fəaliyyət göstərmişdir.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Müharibə qadın simalı deyil
Müharibə qadın simalı deyil (rus. У войны не женское лицо) — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin ilk kitabı. 1985-ci ildə nəşr edildikdən sonra kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir. == Məzmun == Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük… Hər şey haqqında ancaq kitablarda oxumuşduq. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız. == Nəşr == Kitabı Nərgiz Cabbarlı rus dilindən Azərbaycan dilinə tərcümə və redaktə edib, “XAN” nəşriyyatı tərəfindən “XAN” tərcümə ədəbiyyatı çərçivəsində 2015-ci ildə nəşr edilib. == Adaptasiyası == Əsərin motivləri əsasında 1981-1984-cü illərdə sovet belorus rejissoru Viktor Daşuk tərəfindən hər biri 10-25 dəqiqədən ibarət olan 7 seriyalıq sənədli televiziya filmi çəkilib.
Kok-o-ven
Kok-o-ven (fr. coq au vin — çaxırda xoruz) — toyuq ətindən hazırlanan klassik fransız yeməyi. Adətən bu yeməyin vətəni Burqundiya hesab edilir. Beləki məhz bir illik xoruzun ətinin burqund çaxırında hazırlanması klassik reseptə əsaslanır. Bu yeməyin hazırlanması üçün əsas şərtlər: birillik 3kq-lıq xoruz, qırmızı burqund çaxırı (ucuz keyfiyyətsiz çaxır yolverilməzdir), eyni növlü çaxırla da süfrəyə verilməlidir.
Kolin O’Donoqu
Kolin Artur O’Donoqu (ing. Colin Arthur O'Donoghue) — İrlandiyalı aktyor və musiqiçidir. Biri Var İdi, Biri Yox İdi serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan Ayin filmində kahin Maykl Kovak rolunu ifa etmişdi. == Həyatı və təhsili == Kolin Con və Meri O'Donoqunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb. O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu. 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə getdi. == Kariyerası == Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başladı. 2003-cü ildə Krismas Üçün Ev filmində oynadığı Norman roluna görə Ən yaxşı yeni istedad nomonasiyası üzrə İrland Film və Televiziya Mükafatı-na layiq görüldü. 2009-cu ildə Tudorlar adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol ifa etdi.
Lim O-Kyeong
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Lim O-Kyon
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Livinyak-le-O
Livinyak-le-O (fr. Livinhac-le-Haut, oks. Livinhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12130. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 39 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1071 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 552 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 389 nəfər iqtisadi cəhətdən fəal, 163 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.5%, 1999-cu ildə 70.7%).
Morin O'Tul
Morin O'Tul (d. 24 mart 1961) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Morin O'Tul, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Morlon-le-O
Morlon-le-O (fr. Morlhon-le-Haut, oks. Morlhon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-Ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12159. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 553 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 334 nəfər (15-64 yaş) arasında 258 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 69.8%).