oktola
oktyabrist 2021
OBASTAN VİKİ
Oktyabr
Oktyabr — Qriqorian təqvimi ilə ilin onuncu ayıdır. 31 gündən ibarətdir. Qədim Roma təqvimində ilin səkkizinci ayı olmuş (latın dilində "səkkiz" mənasını verən octo sözündən), lakin təqvimə yanvar və fevral ayları əlavə edildikdən sonra da öz adını saxlamışdır. Qədim Romada təqvim ili mart ayında (müharibə allahı Marsın şərəfinə) başlayırdı. Oktyabr ayı Şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə yaz fəslinə təsadüf edir. Burada o, şimaldakı aprel ayının ekvivalentidir və əksinə. Qısa illərdə oktyabr və yanvar ayları həftənin eyni günündə başlayır. Uzun illərdə isə bu cür üst–üstə düşmə halı ümumiyyətlə olmur. Uşaq kitabları həftəsi (İngiltərə) – oktyabrın ilk həftəsi Beynəlxalq Təbəssüm Günü – oktyabrın birinci cümə günü Çin Xalq Respublikasının Milli günü – 1 oktyabr Kipr Respublikasının müstəqillik günü – 1 oktyabr Nigeriyanın müstəqillik günü – 1 oktyabr Beynəlxalq qeyri–zorakılıq günü – 2 oktyabr Alman Birliyi Günü (Almaniya) – 3 oktyabr Portuqaliya Respublikasının elan olunması – 5 oktyabr Beynəlxalq Müəllimlər Günü – 5 oktyabr Xorvatiyanın müstəqillik günü – 8 oktyabr İspaniyanın Milli günü – 12 oktyabr (Amerikanın kəşfi) Şükranlıq bayramı (Kanada) – oktyabrın ikinci bazar ertəsi Kolumb Günü (ABŞ–ın əksər ştatları) – oktyabrın ikinci bazar ertəsi Sağlamlıq və İdman Günü (Yaponiya) – oktyabrın ikinci çərşənbə axşamı Ümumdünya Ərzaq Günü – 16 oktyabr 1956–cı il Macarıstan İnqilabının Xatirə günü – 23 oktyabr Birləşmiş Millətlər Günü – 24 oktyabr Türkmənistanda Müstəqillik Günü – 27 oktyabr Yunanıstanda Oçi Günü (Yox Günü) – 28 oktyabr Türkiyədə Cümhuriyyət Bayramı – 29 oktyabr Hellovin, Samayn (Samhain) – 31 oktyabr Azərbaycanda Müstəqillik günü – 18 oktyabr 20 oktyabr – Şövkət Ələkbərova, Azərbaycanın xalq artisti, müğənni.
Oktyabr (Baymak)
Oktyabr (başq. Октябрь, rus. Октябрь) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 63 km, kənd sovetliyindən (Urqaza): 18 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 46 km.
Oktyabr (Göygöl)
Göyçəkənd (əvvəlki adı: Oktyabr) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati-ərazi vahidi tərkibindəki Oktyabr kəndi Göyçəkənd kəndi adlandırılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 685 nəfər əhali yaşayır.
Oktyabr (dəqiqləşdirmə)
Oktyabr
Oktyabr inqilabı
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab. İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Oktyabr rayonu
Oktyabr rayonu (Bakı) — Bakıda rayon, indiki Yasamal rayonu. Oktyabr rayonu (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri.
Oktyabr çevrilişi
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab. İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
10 oktyabr
10 oktyabr — Qriqorian təqvimində ilin 283-cü günü. (uzun ildə 284-cü) Bu tarixdə ilin sonuna 82 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 680 — Kərbəla döyüşünü I Yezidin rəhbərliyi altında Əməvilər qazanıb. === 1601–1900 === === 1901–cari === 1964 — XVIII Yay Olimpiya Oyunları Tokioda keçirilib. 1967 — Xarici Kosmos Müqaviləsi qüvvəyə minib. 1970 — Fici müstəqil olub. 2010 — Niderland Antil adaları ölkə kimi mövcudluğunu dayandırıb. === Azərbaycana aid hadisələr === 1994 — Azərbaycan və Küveyt arasında diplomatik əlaqələr qurulmuşdur. 1995 — Azərbaycan və Niger arasında diplomatik əlaqələr qurulmuşdur.
11 oktyabr
11 oktyabr — Qriqorian təqvimində ilin 284-cü günü. (uzun ildə 285-ci) Bu tarixdə ilin sonuna 81 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1899 — İkinci Bur müharibəsi Cənubi Afrikada Britaniyanın idarə etdiyi Keyp Koloniyası ilə burun idarə etdiyi Transvaal və Azad Oranj Dövləti arasında baş verib. === 1901–cari === === Azərbaycana aid hadisələr === 1992 — Qarabağ müharibəsi: Azərbaycana məxsus döyüş helikopterinin Səfiyan yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub. 1998 — Azərbaycanda Prezident seçkiləri keçirilib. 2020 — Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 4-cü dəfə bombalanıb.
12 oktyabr
12 oktyabr — Qriqorian təqvimində ilin 285-ci günü. (uzun ildə 286-cı) Bu tarixdə ilin sonuna 80 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 539 — II Kirin ordusu Babili ələ keçirərək Babil imperiyasına son qoymuşdur. 1492 — Xristofor Kolumbun ilk ekspedisiyası Karib dənizinin sahilində San Salvador adasına düşür. === 1601–1900 === === 1901–cari === 1968 — XIX Yay Olimpiya Oyunları Mexikoda keçirilib. 2004 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1813 — Qacar dövləti və Rusiya imperiyası arasında Gülüstan müqaviləsi imzalanmışdır. 1997 — Space Televiziyası (Space TV) təsis edilib. == Doğumlar == === 1600-cü ildən əvvəl === 1350 — Dmitri Donskoy, Böyük Moskva knyazlığının knyazı 1537 — VI Eduard, İngiltərə və İrlandiya kralı === 1601–1900 === 1767 — Sergey Tuçkov, Rusiya general-leytenantı 1875 — Alister Krouli, İngiltərə okkultisti 1894 — Kyuiçi Tokuda, Yaponiya deputatı === 1901–cari === 1906 — Aleksandr Puzanov, Sovet dövlət xadimi 1919 — Doris Miller, ABŞ aşpazı 1928 — Türkan Akyol, Türkiyə dövlət xadimi 1929 — Rolan Bıkov, Rusiya aktyoru 1935 — Luçano Pavarotti, İtaliya opera müğənnisi 1938 — Larri Skot, ABŞ bodibilderi 1962 — Luka Karboni, İtaliya müğənnisi 1963 — Satoşi Kon, Yaponiya kinorejissoru və animatoru 1968 — Hyu Cekman, Avstraliya aktyoru 1974 — Ebru Gündeş, Türkiyə müğənnisi 1980 — Qrasiete Santana, Braziliya yüngül atleti 1981 — Engin Akyürek, Türkiyə aktyoru 1985 — Əli Ələkbərov, Azərbaycan əsgəri 1986 — Li Venlian, Çin həkimi 1992 Qara Qarayev, Azərbaycan futbolçusu Coş Hatçerson, ABŞ aktyoru 1994 — Ceyhun Adgözəlov, Azərbaycan əsgəri == Ölümlər == === 1600-cü ildən əvvəl === E.ə.
13 oktyabr
13 oktyabr — Qriqorian təqvimində ilin 286-cı günü. (uzun ildə 287-ci) Bu tarixdə ilin sonuna 79 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1399 — IV Henrinin Vestminster abbatlığında tacqoyma mərasimi keçirilib. === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 1921 — Türkiyə və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası arasında Qars müqaviləsi imzalanmışdır.
14 oktyabr
14 oktyabr — Qriqorian təqvimində ilin 287-ci günü. (uzun ildə 288-ci) Bu tarixdə ilin sonuna 78 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1066 — Hastinqs döyüşü ilə Norman istilası başlayır. 1586 — Şotlandiya kraliçası Mariya Stüart İngiltərə kraliçası I Elizabetə qarşı sui qəsddə ittiham olunur. === 1601–1900 === 1774 — Amerika inqilabı: Birinci Kontinental Konqres Britaniya Parlamentinin dözülməz qanunlarını pisləyir və Britaniyadan güzəşt tələb edir. 1808 — Dubrovnik Respublikası Fransa tərəfindən ilhaq edilir. 1884 — Corc İstmen yeni foto filmi üçün ABŞ hökumətindən patent alır. === 1901–cari === 1917 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1947 — Çak Yeqer səs sürətini keçən ilk insan olub.
15 oktyabr
15 oktyabr — Qriqorian təqvimində ilin 288-ci günü. (uzun ildə 289-cu) Bu tarixdə ilin sonuna 77 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2003 — Çin ilk dəfə insanla fəzaya Şenzou 5 kosmik gəmisini kosmosa göndərib. === Azərbaycana aid hadisələr === 2003 — Azərbaycanda prezident seçkiləri keçirilib. 2008 — Azərbaycanda prezident seçkiləri keçirilib. 2010 — Azərbaycanda parlament seçkiləri keçirilib. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini Ermənistanın işğalından azad etmişdir. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
16 oktyabr
16 oktyabr — Qriqorian təqvimində ilin 289-cu günü. (uzun ildə 290-cı) Bu tarixdə ilin sonuna 76 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1919 — Adolf Hitler Almaniya Fəhlə Partiyasının iclasında ilk çıxışını edib. 1923 — The Walt Disney Company təsis olunub. 1978 — Roma papası II İohann Pavel 1523-cü ildən bəri italyan olmayan ilk pontifik olub. === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini Ermənistanın işğalından azad etmişdir.
17 oktyabr
17 oktyabr — Qriqorian təqvimində ilin 290-cı günü. (uzun ildə 291-ci) Bu tarixdə ilin sonuna 75 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1814 — London pivə selində 18 nəfər ölmüşdür. === 1901–cari === 1989 — ABŞ-nin Kaliforniya ştatında Loma Priyeta zəlzələsi baş vermişdir. === Azərbaycana aid hadisələr === 1916 — "Babayi-Əmir" jurnalı ilk dəfə nəşr olunub. 2019 — Azərbaycan və Namibiya arasında diplomatik əlaqələr qurulmuşdur. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini Ermənistanın işğalından azad etmişdir. 2020 — Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə bombalanıb.
18 oktyabr
18 oktyabr — Qriqorian təqvimində ilin 291-ci günü. (uzun ildə 292-ci) Bu tarixdə ilin sonuna 74 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1867 — ABŞ Alyaskanı Rusiyadan 7.2 milyon dollara aldıqdan sonra ona sahiblik edir. === 1901–cari === Alyaska günü === Azərbaycana aid hadisələr === 1989 Azərbaycan Dövlət Yuğ Teatrı Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən təsis edilib. Nasosnu aviabazasından Ukraynaya aparan İl-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğramışdır. 2012 — Bakıda Azərbaycan Voleybol Mərkəzinin açılış mərasimi olub. 2020 İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünü və Cəbrayılın Hacılı və Hacı İsaqlı kəndlərini Ermənistanın işğalından azad etmişdir. İkinci Qarabağ müharibəsi: Moskvada Azərbaycan və Ermənistan arasında ikinci humanitar atəşkəs razılaşması imzalanmışdır.
19 oktyabr
19 oktyabr — Qriqorian təqvimində ilin 292-ci günü. (uzun ildə 293-cü) Bu tarixdə ilin sonuna 73 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini Ermənistanın işğalından azad etmişdir.
1 oktyabr
1 oktyabr — Qriqorian təqvimində ilin 274-cü günü. (uzun ildə 275-ci) Bu tarixdə ilin sonuna 91 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1946 — Nasist liderlərinə Nürnberq prosesində hökm oxunub. 1949 — Çin Xalq Respublikası təsis olunub. 1961 — Şərqi və Qərbi Kamerun birləşərək Kamerun Federal Respublikasını yaradır. === Azərbaycana aid hadisələr === 1996 — Azərbaycan və Qabon arasında diplomatik əlaqələr qurulmuşdur. 2018 — Bakıda Qara Qarayevin Ev Muzeyi açılıb.
23 oktyabr
23 oktyabr — Qriqorian təqvimində ilin 296-cı günü. (uzun ildə 297-ci) Bu tarixdə ilin sonuna 69 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2001 — Apple iPod-u buraxıb. 2002 — İkinci Çeçen müharibəsi: Çeçen separatçı terrorçuları Moskvada Mədəniyyət Evi teatrını ələ keçirərək, 700-ə yaxın teatr tamaşaçısını girov götürüblər. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Braziliya arasında diplomatik əlaqələr qurulmuşdur. 2012 — Azərbaycan və Cənubi Sudan arasında diplomatik əlaqələr qurulmuşdur. 2013 — "Xəzər Lənkəran" Azərbaycan Superkubokunu qazanıb. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Dolanar, Bünyadlı Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Ermənistanın işğalından azad etmişdir. == Doğumlar == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1905 — Feliks Blox, ABŞ və İsveçrə fiziki 1929 — Ədalət Ağaoğlu, Türkiyə yazıçısı 1940 — Pele, Braziliya futbolçusu 1944 — Lyudmila Duxovnaya, Azərbaycan aktrisası 1953 — Səxavət Məmmədov, Azərbaycan xanəndəsi 1954 — Enq Li, Tayvan kinorejissoru 1976 — Rayan Reynolds, ABŞ və Kanada aktyoru 1977 — Aleksandr İaşvili, Gürcüstan futbolçusu 1978 — Aqşin Fateh, Azərbaycan meyxanaçısı 1983 — Sübhan Cəbrayılov, Azərbaycan baş giziri, Vətən Müharibəsi Qəhrəmanı 1984 — İzabel Qoulart, Braziliya modeli 1991 Emil Forsberq, İsveç futbolçusu Nicat Şükürlü, Azərbaycan çavuşu 1992 — Alvaro Morata, İspaniya futbolçusu 1994 — Ecco2K, İsveç repçisi 1996 — Rəşid Baxşəliyev, Azərbaycan əsgəri == Ölümlər == === 1600-cü ildən əvvəl === E.ə.
24 oktyabr
24 oktyabr — Qriqorian təqvimində ilin 297-ci günü. (uzun ildə 298-ci) Bu tarixdə ilin sonuna 68 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1926 — Harri Hudininin son çıxışı Detroytdəki Qarrik Teatrında baş verib. 1945 — Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi qüvvəyə minib. === Azərbaycana aid hadisələr === 1813 — Qacar dövləti və Rusiya imperiyası arasında Gülüstan müqaviləsi imzalanmışdır. 1992 — ABŞ-də erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul edir, Azərbaycana ABŞ dövlət yardımına qadağa qoyulur. 1993 — Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Horadizi işğal edirlər. 2002 — Bakıda Hüseyn Cavidin Ev Muzeyi açılıb. 2008 — Azərbaycan və Zimbabve arasında diplomatik əlaqələr qurulmuşdur.
27 oktyabr
27 oktyabr — Qriqorian təqvimində ilin 300-cü günü. (uzun ildə 301-ci) Bu tarixdə ilin sonuna 65 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 14 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1682 — ABŞ-də Filadelfiya şəhərinin əsası qoyulub. === 1901–cari === 1991 — Türkmənistan Sovet İttifaqından müstəqillik əldə edib. 1999 — Ermənistan parlamentinə silahlı hücum nəticəsində 8 nəfər həlak olmuş və 30-dan çox şəxs yaralanmışdır. === Azərbaycana aid hadisələr === 1993 — Bakıda Cəfər Cabbarlı stansiyasının açılışı olmuşdur.
28 oktyabr
28 oktyabr — Qriqorian təqvimində ilin 301-ci günü. (uzun ildə 302-ci) Bu tarixdə ilin sonuna 64 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1918 — Birinci Dünya müharibəsi: Çex siyasətçiləri sülh yolu ilə Praqa şəhərini ələ keçirdilər və bununla da Birinci Çexoslovakiya Respublikası quruldu. 1975 — Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 2007 — Kristina Fernandez de Kirşner Argentinanın birbaşa seçilmiş ilk qadın prezidenti olub. === Azərbaycana aid hadisələr === 1995 — Bakı metropolitenində baş vermiş yanğın nəticəsində 289 nəfər həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2002-ci il tarixli, 806 nömrəli Fərmanı 2002-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının ərazisində matəm elan olunmuşdur. İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini Ermənistanın işğalından azad etmişdir. İkinci Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman etmişdir.
29 oktyabr
29 oktyabr — Qriqorian təqvimində ilin 302-ci günü. (uzun ildə 303-cü) Bu tarixdə ilin sonuna 63 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1863 — On səkkiz ölkə Cenevrədə toplaşaraq Beynəlxalq Qızıl Xaç Cəmiyyətini yaratmaq barədə razılığa gəlib. === 1901–cari === 1923 — Türkiyə Respublikası elan olunmuşdur. 2000 — Yaponiya milli futbol komandası Asiya Kubokunu qazanıb. 2012 — ABŞ-də Sendi qasırğası 148 nəfəri birbaşa və dolayısı ilə 138 nəfərin həyatına son qoyaraq, ölkəyə təxminən 70 milyard dollar ziyan vurmuşdur. 2021 — Marşall adaları və Tonqada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1991 — Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Azərbaycana məxsus olan An-2 təyyarəsini vurmuşdur. 1993 — Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunu işğal edirlər.
2 oktyabr
2 oktyabr — Qriqorian təqvimində ilin 275-ci günü. (uzun ildə 276-cı) Bu tarixdə ilin sonuna 90 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 sentyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1944 — İkinci Dünya müharibəsi: Alman qoşunları Varşava üsyanını dayandırdı. 1958 — Qvineya Fransadan müstəqilliyini elan edib. 2018 — Washington Post qəzetinin jurnalisti Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb. === Azərbaycana aid hadisələr === 1994 — Azərbaycan baş naziri Surət Hüseynovun rəhbərliyində Azərbaycan hərbçiləri dövlət çevrilişinə cəhd ediblər. 1995 — Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələr qurulmuşdur. 2007 — Xəzər TV təsis edilib. 2016 — Roma papası Fransisk Azərbaycana səfər edib.
30 oktyabr
30 oktyabr — Qriqorian təqvimində ilin 303-cü günü. (uzun ildə 304-cü) Bu tarixdə ilin sonuna 62 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 17 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1921 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1961 — Sovet İttifaqı indiyə qədər işə salınmış ən güclü partlayıcı qurğu olan Çar Bombasını partladıb. 1973 — Türkiyədə ikinci dəfə Bosfor üzərindən Avropa və Asiya qitələrini birləşdirən Bosfor körpüsü tamamlanıb. 2014 — İsveç Fələstini rəsmən tanıyan ilk Avropa İttifaqı üzvü olub. === Azərbaycana aid hadisələr === 2004 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Niyazinin "Rast" baletinin premyerası keçirilmişdir. 2017 — Bakı–Tbilisi–Qars dəmir yolu xətti istismara verilmişdir. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini Ermənistanın işğalından azad etmişdir.
Oktyabr rayonu (Bakı)
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Oktyabr rayonu (Ufa)
Lenin rayonu (rus. Октя́брьский райо́н, başq. Октябрь районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Oktyabr rayonu Ufa şəhərinin həm mərkəz, həm də cənub-şərq hissəsində yerləşir. Mövcud olduğu illərində rayon iki dəfə sərhədlərini dəyişmişdir. Birincisi 1986-cı ildə (Sipaylovo yaşayış məntəqəsinin çox intensiv tikintisi rayon əhalisini kəskin şəkildə artırdı, bu səbəbdən Oktyabr rayonunun bir hissəsini Sovet və Ordjonikidzeyə köçürülməli oldu), ikincisi isə 1992-ci ildə (Başqırdıstan Respublikasının Ufa rayonundakı Naqayevski kənd şurası dörd yaşayış məntəqəsini təqdim etmişdir. Bunlar Naqayevo, Jilino, Zinino və Naqayevski kordon idi). Müasir Oktyabr rayonunun ərazisi 13,613 hektardır. 23 mart 1976 tarixində RSFSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı əsasında Ufa şəhəri Sovet, Kalinin və Ordjonikidze rayonları yaradılmışdır. Yeni rayonların yaradılması paytaxtın kapitalının inkişafı və əhalinin artması ilə əlaqədar idi.
Oktyabr və Azərbaycan (1987)
Filmdə Azərbaycan xalqının sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edilir.
Oktyabr və Azərbaycan (film, 1987)
Filmdə Azərbaycan xalqının sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edilir.
Oktyabr İnqilabı adası
Oktyabr İnqilabı adası — Şimal Torpağı arxipelaqının mərkəzi hissəsində yerləşir. İnzibati cəhətdən Rusiyanın Taymır Dolqan-Nen rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Şimal Torpağının ən iri adasıdır. Sahəsi 13708 km² təşkil edir (arxipelaqın 37 %). Arxipelaqın mərkəzində yerləşir. Qərbdən Kara dənizi, şərqdən isə Laptevlər dənizi ilə əhatələnir. Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır. Uzunluğu 170 km, eni 130 km təşkil edir. Relyefi əsasən flatodan və alçaq dağlıq ərazilərdən ibarətdir. Adaların sahillərində burun və körfəzlər vardır.
Oktyabr İnqilabı adına park
Oktyabr İnqilabı adına park — Rostov-na-Donu şəhərində yerləşən parklardan biri. Şəhərin mərkəzində, Teatralnı meydanı yaxınlığında qərarlaşır. Əhali arasında əsas istirathət yerlərindən biridir. Park ilk dəfə 1926-cı ildə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin arasında park zonası kimi salınmışdır. Sonrakı inkişaf mərhələsi 1928-ci ildən başlayır. Bu il Naxçıvan-na-Donu Rostov şəhərinə birləşdirilir. Park artıq 1970-ci illərdə şəhər əhalisinin sevimli istirahat güşəsinə çevrilir. Parkda idman meydançaları, atraksionlar, uşaq istirahət yerləri, kafe və müstəüil köşklər vardır. Parkın kənarları və daxili ilə piyada yolları vardır. Burada mini-futbol, peytbol və s idman növləri ilə məşğul olmaq üçün xüsusi yerlər belə ayrılmışdır.
Oktyabr İnqilabı ordeni
"Oktyabr inqilabı" ordeni — SSRİ-nin ali dövlət mükafatlarından biri, SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 oktyabr 1967-ci il Fərmanı ilə 1917-ci il Oktyabr İnqilabının 50 illik yubileyi münasibətilə təsis edilib.
Oktyabriski Hava Limanı
Oktyabriski Hava Limanı (rus. Аэропорт Октябрьский) (IATA: OKT, ICAO: UWUK) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasında yerləşən bir hava limanı. Oktyabrski şəhərindən 7 kilometr uzaqlıqda olan hava limanı, 1962-ci ildə təsis edilmişdir. 1990-cı illərdən əvvəl hava limanı Moskva, Kazan, Ufa, Samara, Neftekamsk, Sterlitamak, Nijnevartovsk, Strejevoy, Surqut və s. şəhərlərə uçuşlar planlaşdırmışdır.
Oktyabrkənd
Oktyabrkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Oktyabrkənd kəndi dağ ətəyindədir. Keçmiş adi Kilsəli olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Kəlbəcər kəndindən ayrılmiş ailələr qədim alban kilsəsinin ətrafinda saldiqlarına görə kənd belə adlandırlmişdi. 1956-ci ildən kəndə Oktyabrkənd adi verilmişdir.
Oktyabrsk (Uçalı)
Oktyabrsk (başq. Октябрьск, rus. Октябрьск) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 56 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 63 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (76 %) üstünlük təşkil edir.
Oktyabrsk bayrağı
Oktyabrsk bayrağı — Samara vilayətində yerləşən Oktyabrsk bayrağı
Oktyabrsk rayonu xalq tarix-diyarşünaslıq muzeyi
Oktyabrsk rayonu xalq tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Oktyabrsk rayonunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346480, Rostov vilayəti, Oktyabrsk r, Kamenolomni q, Şosseynı x, ev 10-v 9 may 1967-ci ildə Kommunist Partiyası icrayə kimitəsinin və Rostov vilayəti Oktyabr rayonu rayspolkomunun səyi ilə Kamenolomni qəsəbəsində, hərbi şöhrət muzeyi təsis edilmişdir. Muzey dəmiryolçuların Mədəniyyət evində yerləşən otaqların birində yerləşirdi. Bu dövrdə muzeyə əsasən pionerlər təşlif buyururdu. İlk əvvəllər muzeyin direktoru Q. N. Suvorov olmuşdur. Suvorov muzeyə 10 il müddətində (1967-ci ildən 1977-ci ilə qədər) rəhbərlik etmişdir. O, muzeyə çoxlu sayda eksponatların daxil olmasında böyük paya sahibdir. Sonradan qəsəbədə muzey üçün bina edilmişdir. 1978-ci ildə Q. N. Suvorovun ölümündən bina nəzarətsiz qalır. Bununla da muzey nəzarətsiz qalır. Eksponatların və sənədlərin bir qismi itirilir.
Oktyabrski
Oktyabrskiy — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Oktyabrski Hava Limanı
Oktyabriski Hava Limanı (rus. Аэропорт Октябрьский) (IATA: OKT, ICAO: UWUK) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasında yerləşən bir hava limanı. Oktyabrski şəhərindən 7 kilometr uzaqlıqda olan hava limanı, 1962-ci ildə təsis edilmişdir. 1990-cı illərdən əvvəl hava limanı Moskva, Kazan, Ufa, Samara, Neftekamsk, Sterlitamak, Nijnevartovsk, Strejevoy, Surqut və s. şəhərlərə uçuşlar planlaşdırmışdır.
Oktyabrski rayonu (Rostov-na-Donu)
Oktyabrski rayonu Rostov-na-Donu şəhəri ərazisində ilk dəfə 1937-ci ildə təşkil olunmuşdur. Rayon öz növbəsində Sovetski, Lenin rayonu, Kirovski, Voroşilov şəhər rayonları və Rostov vilayəti Myaskinski rayonu ilə sərhədlənir. Rayonun ümumi sahəsi 49,5 km² ərazini əhatə edir. Rayon ərazisində ümumilikdə 153,8 min insan yaşayır. Bu isə hər km² 3469 nəfər düşür. Sosial tərkibi: işləyən əhali — 77 528 nəf., təqayütçülər — 35 639 nəf. (100-yaşına çatmışlar — 3 nəf.), 7 yaşına çatmış uşaqlar — 7202 nəf., məktəblilər — 17 137 nəf., tələbələr — 14 134 nəf., əlillər — 3 104 nıf. (işləyənləri — 944 nəf.), işsizlər, növbə gözləyənlər — 969 nəf. Milli tərkib Rayon əhalisinin milli tərkibi: ruslar — 86 %, ukraynalılar — 5 %, ermənilər — 3 %, belaruslar — 1 %, digər millətlərin nümayəndələri — 5 %. 6 elmi-araşdırma institutu; 3 ali təhsil oçağı, burada ümumilildə 13831 tələbə əyani olaraq təhsil alır.
Oktyabrski şəhər dairəsi
şəhər dairəsi (başq. Октябрьский ҡалаһы ҡала округы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati ərazi vahidlərindən biri. Şəhər dairəsinin inzibati mərkəzi Oktyabrski şəhəridir. Başqırdıstan Respublikasının qərbində yerləşir. Şəhər dairəsinin tərkibinə 1 yaşayış məntəqəsi daxildir. Şəhər Şurası Oktyabrski Şəhər Şurasının sədrləri Aydar Adqamoviç İmanqulov. Şuranın sədr müavini Yuri Vasilieviç Korolkov Şuranın katibi Fanis V. Nurqaliyev Şəhər icra başçıları 2005—2013 — Sergey Aleksandroviç Molçanov.
Oktyabrskiy
Oktyabrskiy — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Oktyabrskoe
Oktyabrskoe (Xasavyurd rayonu)

Значение слова в других словарях