Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır.[3] Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
Yasamal rayonu | |
---|---|
40°22′47″ şm. e. 49°48′26″ ş. u. | |
Ölkə | |
Başçı | Elşad Həsənov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1932 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |
Poçt indeksi | AZ1005[2], AZ1006[2], AZ1009[2], AZ1011[2], AZ1012[2], AZ1017[2] |
Nəqliyyat kodu | 10, 90, 99 |
Digər | |
yasamal-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.
Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.
Rayon əhalisinin sayı 245 900 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 5497 ailə — 20 550 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:
Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.
Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.
Metropolitenin "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 Yanvar " metro stansiyaları rayon ərazisindədir.
"Sovetski", "Kubinka" və "Papanin" kimi köhnə Dağlı məhəllələri də məhz Yasamal rayonunun ərazisində yerləşir.
Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.
Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi — 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək — 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.[4]
1932-ci ildə yaradılmış Oktyabr rayonu 29 aprel 1992-ci ildə Yasamal rayonu adlandırılmışdır
Bakı şəhəri Yasamal rayonunun əhalisi 01.01.2018-ci il tarixə rəsmi qeydiyyatda 246 300 nəfərdir. Bundan başqa rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 5497 ailə (20 550 nəfər) müvəqqəti məskunlaşmışdır. Əhalinin yaş tərkibi:
Rayonun məşğul əhalisinin sayı — 133 840 nəfər; Əmək qabiliyyətli əhalinin sayı — 144 863 nəfərdir.[5]
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun ərazisi 16,22 km², əhalisi 246 300 nəfərdir. Rayon ərazisində 20 550 nəfər məcburi köçkün yaşayır. Yasamal rayonunda Müdafiə Sənayesi Nazirliyinə tabe olan "Alov" və "Azon" zavodları, "Azərsuvenir" MMC daxil olmaqla 152 sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonda ümumi sayı 9153 ədəd olan müxtəlif kateqoriyalı təsərrüfat obyektləri fəaliyyət göstərir ki, bu təsərrüfat obyektlərində də 100 382 nəfər fəhlə və qulluqçu işləyir. Bu müəssisələrdə orta aylıq əməkhaqqı 622,7 manat olmuşdur. 2017-ci ildə Yasamal rayonunun makroiqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur:
2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə Yasamal Telefon Qovşağının ümumi nömrə tutumu 179 832 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı 152 888 ədəddir.[6]
Yasamal rayonu Bakının ən sıx məskunlaşılmış rayonu olması səbəbilə, buranın mədəniyyəti özəldir.
Tam adı | Partiya | Seçildiyi dairə | Parlamentdə vəzifəsi | |
---|---|---|---|---|
(1993—) |
| |||
(1966—) |
||||
(1972—) |
||||
(1978—) |
Sıra Sayı | Soyadı, adı, atasının adı | Doğulduğu tarix |
---|---|---|
1 | Bünyadzadə Ülvi Yusif oğlu | 23.09.1969 |
2 | Mirzəyev Azad Əliheydər oğlu | 22.01.1961 |
3 | Allahverdiyev İlham Əjdər oğlu | 12.06.1962 |
4 | Allahverdiyeva Fərizə Coban qızı | 11.08.1970 |
5 | Əliyev Namiq Kamil oğlu | 14.07.1965 |
6 | Məmmədov Eldar Zeynal oğlu | 13.05.1966 |
7 | Babayev Fuad Yavər oğlu | 14.08.1967 |
8 | Əliyev Xəlqani Yusif oğlu | 13.08.1969 |
9 | Qarayev İlqar Əli oğlu | 10.09.1960 |
10 | Ələkbərov Azər Nəsib oğlu | 09.08.1967 |
11 | Baxşəliyev Elçin Mirzə oğlu | 12.02.1965 |
12 | Salahov Şərafətdin Müzəffər oğlu | 11.09.1963 |
13 | Abbasova Fəridə Nəriman qızı | 14.02.1952 |
14 | Qocamanov Əliyusif Bilal oğlu | 01.06.1933 |
15 | Mursaqulov İsmayıl Həsən oğlu | 13.11.1939 |
16 | Əliyev Zəbulla Xeyrulla oğlu | 06.03.1946 |
17 | Ağaverdiyev Aslan Əlikram oğlu | 24.08.1952 |
18 | Cavanşirov İlkin Zülfüqar oğlu | 28.08.1933 |
19 | Səfərov Bəfadar Ağamirzə oğlu | 08.03.1923 |
20 | Qəniyev Mirzə Rzabala oğlu | 26.01.1958 |
21 | Həsənov Müzəffər Qəzənfər oğlu | 05.02.1939 |
22 | Məmmədov Səxavət Heydərəli oğlu | 02.04.1958 |
23 | Muxtarov Rasim Mustafa oğlu | 10.07.1955 |
24 | Yusifov Oleq Kərim oğlu | 28.03.1944 |
25 | Hüseynov Nizami Polad oğlu | 01.04.1967 |
26 | Allahverdiyev Nəriman Əmrah oğlu | 11.10.1939 |
27 | Meeroviç Jan Maksoviç | 02.12.1955 |
28 | Xalıqov Gündüz Canmirzə oğlu | 15.03.1949 |
29 | İbrahimov İlqar Rəşid oğlu | 13.10.1976 |
30 | Həsənov Fuad Əvəz oğlu | 11.07.1971 |
31 | İsmayılov Cavad Yunus oğlu | 19.05.1962 |
32 | Gülüşov Hidayət Əliməmməd oğlu | 25.04.1958 |
33 | Məmmədov Fərman Süleyman oğlu | 20.04.1956 |
34 | Məmmədov İlham İslam oğlu | 1951 |
35 | İsmayılov Rövşən Mikayıl oğlu | 16.04.1960 |
<ref>
teqi; :2a
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; :8
adlı istinad üçün mətn göstərilməyibBakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı