ord 2021
orden
OBASTAN VİKİ
Orda
Orda (Monqolca və qədim Türk dillərində ordo) köçəri toplumlarda tayfa qarşılığı işlədilən bir termindir. Bu termin Türkcə ordu biçiminə düşmüşdür. Orda və ya ordu, ordugah ilə də bağlı bir termindir. Orda, Tatarcada urda biçimində işlənilir. Ordanın, yurd, çadır terminiylə də bağlantılı olduğu vardır. Ağ Orda, quruluşu 1226. Göy Orda, quruluşu 1227. Qızıl Orda, 1240-cı ildə qurulan Tatar-Monqol dövləti. Noqay Orda, 1390-cı ildə Şimali Qafqazda dövlət quran Tatar boyu. Alaş Orda, 1920-ci ildə Qazaxların elan etdiyi dövlət.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaq Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Ağ Orda
Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şimali Özbәkistan vә Şimali Türkmәnistan ərazisində qurulan xanlıq. Qızıl Ordanın şərqdəki torpaqlarında qurulmuşdu. Әn mәşhur xanları — vaxtı ilә Ulu Ulus xaqanları olmuş Uruz xan vә Baraq xandır. Dövlәtin başında Çingizlilәr sülalәsinin Cuçioğulları xanәdanının Toğayteymurlular qolunun Törә sülalәsi dururdu. 1428-ci ildә Özbәk xanlığı olaraq bildiyimiz Göy Orda hökmdarı Әbülxeyir xan Şeybani tәrәfindәn әlә keçirilmişdir. 1465-ci ildә Uruz xanın nәticәlәri Kerey vә Janibek Ağ Ordanı Qazax xanlığı adı ilә yenidәn qurmuşlar. == Tarixi == Cuçi xan tərəfindən nəzarət edilən torpaqların şərq hissəsində Orta Asiyadan Sibirə qədər olan bölgədə hakim oldular. Onun tərkibinə Aral gölündən şimal-şərqə Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi. Bu ərazidə monqol işğallarından əvvəl Sabran ( və ya Şabran), Sığnaq, Yengikənd və başqa şəhərlər yerləşirdi. Monqol işğalları nəyicəsində bu şəhərlər suqut etmiş, sonra tədricən dirçəlməyə başlamışdır.
Böyük Orda
Böyük Orda — Qızıl Ordanın parçalanmasından sonra Cuçilər (Çingizlilərin bir qolu) tərəfindən idarə olunan yeganə hissəsi. Toxtamışın nəvəsi Seyid Əhməd xan tərəfindən qurulmuşdu. Krım xanlığı, Noqay Orda və Moskva knyazlığının hücumları nəticəsində dağılmışdı.
Napoleon Orda
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[…] – 26 aprel 1883[…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim. O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur. Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular. Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi. Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı. İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu. 1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Orda xan
Orda xan (monq. эджен — «sahib, yiyə»; ? — 1246 və 1251-ci ilin arasında) — Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı. Monqol imperatoru Çingiz xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun çayı ilə Balxaş gölünün qərbindəki yerləri böyük oğlu Cuçi xana vermişdi. Cuçi xanın kiçik oğlu Batı xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cuçinin torpaqları sonradan Batu xan ilə böyük qardaşı Orda xan arasında bölündü. Balxaş ilə Aral gölləri arasındakı və Ceyhun çayının cənubundakı yerlər Orda xana verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Orda xanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi.
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Orda mağarası
Orda,(rus. Орди́нская) — Rusiyanın Perm diyarında mağara. Mağara diyarın Orda kəndinin cənub-qərbində, Kunqur çayının sol sahilində yerləşir. Mağara Perm diyarının təbiət abidəsi hesab olunur. Mağara perm dövründə, gips və anhidrit süxurlardan formalaşmışdır. Quru və su altı hissələrdən ibarətdir. Müasir ölçmə işlərinin nəticələrinə görə mağaranın uzunluğu 4600 metrdir. 300 metrlik hissə quru, yerdə qalan hissə isə su altındadır. Maksimal dərinliyi 50 metrdir. Mağaranın bir girişi var və eni 5 metr, hündürlüyü isə 2 metrdir.
Alaş-Orda hökuməti
Alaş-Orda Müvəqqəti Xalq Şurası və ya Alaş-Orda hökuməti (qaz. Алаш-Орда үкіметі) — 1917-ci ilin dekabrından 1920-ci ilin martına qədər mövcud olmuş Alaş muxtariyyətində dövlət hakimiyyətinin ən yüksək regional icra, inzibati və qanunverici orqanı. İkinci Ümumqazax Qurultayında 25 nəfərdən ibarət "Alaş-Orda" müvəqqəti xalq şurası yaradılmışdır, onun 10 yeri ruslara və bölgənin digər xalqlarının nümayəndələrinə verilmişdir. Alaş-Ordanın yerini sonralar "Alaş-qala" adlandırılan Semipalatinsk təyin edilmişdir. == İstinadlar == == Xarici keçidlər == АЛАШОРДА ҮКІМЕТІНІҢ ТОЛЫҚ ҚҰРАМЫНА КІМДЕР МҮШЕ БОЛДЫ?
Orda (film, 2012)
Orda (film, 2012) (rus. Орда) — rejissorluğunu Andrey Proşkinin etdiyi, senarisini Yuri Arabovun yazdığı film. Tarixi film 2012-ci ildə ekranlaşdırılmışdır. Film Müqəddəs Aleksiusun Qızıl Orda xanı Canı bəyin anası Taydula Xatunu necə korluqdan xilas etməsindən bəhs edir. Film Birləşmiş Krallıqda "Qızıl Orda imperiyası" adı ilə ekranlara çıxardılmışdır. Filmin çəkiliş dili qaraçay-balkarcadır. Canı bəy (İnnokenti Dakayarov) öz qardaşı Xan Tini bəyi (Andrey Panin) qətlə yetirir və onun əvəzinə taxta keçir. Tezliklə, onun anası Taydula (Roza Hayrullina) kor olur və oğlu Canı bəy anasının korluğunu malicə etmək üçün çarəsiz qalır. Bu zaman Moskva Metropolitanından Aleksius möcüzə göstərməklə məşhurluq qazanır və Canı bəy Moskva hökmdarı II İvandan onu Qızıl Ordaya göndərməsini istəyir. Aleksius ora getməkdə könülsüz olsa da, II İvan Moskvaya ediləcək tatar hücumunu müəyyən qədər yubatmaq üçün yaranmış nadir şanslardan biri kimi qiymətləndirir.
Qızıl Orda Dövləti
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Murad xan (Qızıl Orda)
Murad xan — Ağ Orda ulusundan idi. Cəmi 3 il xan olduqdan sonra baş əmiri İlyas tərəfindən öldürüldü. Yerinə Mir Polad xan keçdi.
Bucaq ordası
Bucaq və ya Belqrad ordası - XVII – XVIII əsrlədə Krım xanlığı və Osmanlı imperiyasının himayəsi altında Şimali Qara dəniz sahillərində məskunlaşan Noqay ordasından ayrılaraq fəaliyyət göstərən türk dövləti. == Haqqında == XVI əsrdə Noqayların bir hissəsi ayrılaraq Bucaq Ordası adı altında birləşdilər. Bu orda adını Bessarabiyanın cənubundakı Bucaq adlı ərazidən götürmüşdür. Ruslar tərəfindən isə ordaya Belqrad ordası adı verilmişdi. 1770-ci ildə Bucaq ordası Rusiyanın himayəsini qəbul etdi və bir müddət sonra Azov dənizi sahillərinə köçürüldü. Ordanın əhalisinin digər hissəsi sonradan Krım müharibəsi dövründə Türkiyəyə köç etdilər. Ordanın görkəmli nümayəndələrindən biri Moldovanın Cantemiresti ailəsinin qurucularından Xan Temirdir.
Bukey ordası
Bökey ordası — Rusiyanın tərkibində vassal qazax xanlığı. == Tarixi == XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49], Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı. Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi.
Bökey Ordası

Noqay Ordası
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Ordahal
Ordahal — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 313 nəfərdir. Kəndin keçmiş adı Ərəkit olmuşdur. Türk dillərində ərəkit (araqut) “açıq meydan, dayanacaq yeri” mənalarında işlənir. Tədqiqatçılara görə, Ordahal oykonimi talış dilindəki ordalürdü (qamış, qarğı) və hal (təpə) sözlərindən düzəlib, “qamışlı təpə, qarğı bitən təpə” mənasındadır. Oyokonimin Ordaha variantı da işlənməkdədir.
Ordan-burdan (film, 1987)
Ssenari müəllifləri: Zəminə Hacıyeva, Fuad Hacıyev
Qazaxıstan–Noqay Ordası münasibətləri
Qazaxıstan–Noqay Ordası münasibətləri — XV-XVI əsrlərdə Qazax Xanlığı ilə Noqay Ordu arasındakı əlaqələr. Noqay Ordasının yaranması zamanı Noqay şahzadəsi Ediqe ilə qazax xanları sülaləsinin qurucusu Urus Xan və onların nəsilləri Mansur və Barak arasındakı münasibətlər ziddiyyətli idi. XV əsrin ikinci yarısında. Qazax-noqay münasibətləri Əbülxair xanın nəsillərinə qarşı hərbi-siyasi bir ittifaq halına gəlir. Qazax xanları Kerey və Janibek, Noqay bekləri Abbas, Musa və Yamqurçi ilə ittifaqda Əbülxair-xanın varisi Şeyx-Haydaya qarşı vuruşdular. Musa, Əbülxairin nəvəsi Məhəmməd Şeybanın tərəfinə keçərək ilk Qazax-Noqay qarşıdurmasına səbəb oldu. XV əsrin 70-ci illərin ortalarında Qazax xanı Burındık Noqaylıları məğlub etdi. Xamza-bekin rəhbərlik etdiyi Nogaislərin bir hissəsi, Qazaxlarla Məhəmməd Şeybaniyə qarşı birgə mübarizələrini davam etdirdilər. Qazaxlar və Noqaylar arasındakı ərazi ziddiyyətlər, qazaxlar və özbəklər arasında barışıq, XV-XVI əsrin əvvəllərində münasibətləri yenidən gərginləşdirdi, nəticədə Noqaylar Burundik və Kasımdan bir neçə dəfə məğlub oldular. XVI əsrin əvvəllərində Burındık qərargahını Saraiçikə, Noqay Ordusunun keçmiş paytaxtı Jaiykə köçürmüşdür.
Qızıl Ordanın Azərbaycana yürüşləri
Qızıl Ordanın Azərbaycana yürüşləri — 1240-1502-ci illərdə mövcud olmuş Qızıl Ordanın Azərbaycana sahib olmaq üçün Şirvanşahlar, Hülakülər və Teymurilərlə etdiyi müharibələr. Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən çekən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular.
Qustavo Dias Ordas
Qustavo Dias Ordas Bolanyos (isp. Gustavo Díaz Ordaz Bolaños; 12 mart 1911[…] – 15 iyul 1979[…], Mexiko) — Meksika siyasətçisi, 1964–1970- ci illərdə Meksika Prezidenti. Qustavo Dias Ordas Bolanyos 12 mart 1911-ci ildə Meksikanın Puebla ştatında anadan olmuşdur. O, 1937-ci ildə Puebla Universitetindən məzun olmuşdur. Qustavo Dias Ordas 1943–1946-cı illərdə Milli Konqresin deputatı, 1946–1952-ci illərdə senator olmuşdur. O, 1958–1963-cü illərdə Daxili İşlər naziri vəzifəsində çalışmışdır. Qustavo Dias Ordas 1964–1970-ci illərdə Meksika Prezidenti kimi xidmət etmişdir. O, prezidentliyi dövrdə dövlət iqtisadiyyatı sektorunu gücləndirmişdir. Bundan başqa, 1968-ci ildə tələbə iğtişaşları vəhşicəsinə yatırılmışdır. O, 1977-ci ildə Meksikanın İspaniyadakı səfiri vəzifəsində çalışmışdır.
İlahi ordasan? Mənəm, Marqaret
İlahi ordasan? Mənəm, Marqaret (ing. Are You There God? It's Me, Margaret.) — Kelli Fremon Kreyqin 2023-cü ildə ekranlaşdırdığı amerikan komediya-dram filmi. Film Cudi Blumun 1970-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilib. Filmin baş qəhrəmanı 12 yaşlı qız olan Marqaretdir. Film onun dini inancına və yeniyetməlik dövründə həyatında baş verən dəyişikliklərə nəzər salır. Abby Ryder Fortson — Margaret Simon Reyçel Makadams — Barbara Simon Keti Beyts — Sylvia Simon Benny Safdie — Herb Simon Elle Graham — Nancy Wheeler Amari Alexis Price — Janie Loomis Katherine Kupferer — Gretchen Potter Kate MacCluggage — Mrs. Jan Wheeler Aidan Wojtak-Hissong — Moose Freed Landon S. Baxter — Evan Wheeler Echo Kellum — Mr. Benedict Zackary Brooks — Philip Leroy Isol Young — Laura Danker Simms May — Norman Fisher Mia Dillon — Mary Hutchins Gary Houston — Paul Hutchins itsmemargaret.movie — Marqaret İlahi ordasan?