Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özül (dzoqçen)
Özül (Tibet: གཞི, Vayli: gzhi) — dzoqçendə ilkin vəziyyət. Bu, həm bon ənənəsi, həm də Tibet buddizminin nyinqma məktəbi üçün dzoqçen ənənəsinin vacib tərkib hissəsidir. Bu "özül" haqqında biliklərə riqpa deyilir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. == Tarixi == Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.
Özü
Oçakov (ukr. Очаків, rus. Очаков) və ya Özü (osman. اوزی Özî/Özü, krımtat. Özü) — Ukraynanın cənubundakı Nikolayev vilayətində kiçik bir şəhər. Şəhərin adı Dnepr çayının şərəfinə qoyulub. Şəhərin əsası 1492-ci ildə Krım tatarları tərəfindən qoyulub. Özü də Ağkərman şəhərinə uyğun gələn Qarakərman adlanırdı. 1493-cü ildə rus kazakları tərəfindən işğal olunan Ozü 1502-ci ildə Osmanlılar tərəfindən geri alındı. Strateji əhəmiyyətinə görə, Ozü uzun müddət Polşa-Litva Birliyi, Zaporojya Schi və Osmanlı İmperiyası arasında onu əldə etmək və ya saxlamaq üçün rəqabətin keçirildiyi bir yer olmuşdur.
Məsud Özil
Məsud Özil (15 oktyabr 1988, Helzenkirxen, Almaniya Federativ Respublikası) — keçmiş türk əsilli alman yarımmüdafiəçisi. Məsud Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010 Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir. Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud Özil Türkiyə milli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir.Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur. Məsud Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 22 mart 2023-cü il tarixində Məsud Özil, futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.[1] 2019-cu ilin yanvar ayında Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Məsut Özil
Məsud Özil (15 oktyabr 1988, Helzenkirxen, Almaniya Federativ Respublikası) — keçmiş türk əsilli alman yarımmüdafiəçisi. Məsud Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010 Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir. Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud Özil Türkiyə milli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir.Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur. Məsud Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 22 mart 2023-cü il tarixində Məsud Özil, futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.[1] 2019-cu ilin yanvar ayında Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.
Qorqud Özal
Qorqud Özal (türk. Korkut Özal; 24 sentyabr 1929, Malatya – 2 noyabr 2016, İstanbul) — Türk siyasətçi və mühəndis. 29 may 1929-cu ildə Malatyada anadan olub. İTİ İnşaat Fakültəsində yüksək təhsilini tamamladıqdan sonra 1956 və 1957 illəri arasında Amerikada mütəxəssislik təhsili aldı.Türkiyəyə döndükdən sonra ODTÜ-də təhsil üzvlüyü vəzifəsində işlədi. 1965-də özünə professor adı verildi və Dövlət Memarlıq və Mühəndislik Akademiyasında təhsil vəzifəlisi olaraq yer aldı. Siyasətə atılaraq Milli Salamatlıq Partiyasına girdi və 1973 ilə 1977 seçkilərində eyni partiyadan iki dəfə Ərzurum millət vəkili seçildi. 1974-də CHP-MSP koalisiya Hökumətində və 1975-də qurulan I. Milliyyətçi Cəbhə Hökumətində Qida Əkinçilik və Heyvandarlıq Naziri, 1977-dəki II. Milliyyətçi Cəbhə Hökumətindədirsə Daxili İşlər Naziri olaraq vəzifə götürüldü. 12 Sentyabr 1980 Zərbəsi sonrası siyasi həyatdan çəkildi. 25 Sentyabr 1980-də keçirdiyi ağır bir yol qəzasının təsirlərindən uzun müddət xilas ola bilmədi. Yaxşılaşdıqdan sonra ticarətə atılaraq iqtisadi mənada əhəmiyyətli müvəffəqiyyət təmin etdi.
Səmra Özal
Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub. Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991–1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib.
Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Turqut Özal
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[…], Malatya – 17 aprel 1993[…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır. Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Özgül Saki
Özgül Saki (1967, Çaycümə, Zonquldak ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Özgül Saki 1967-ci ildə Zonquldak ilinin Çaycümə ilçəsində anadan olub. 1990-cı ildə ODTÜ Təhsil Bölməsindən məzun olub. Kocaeli Universiteti Fənn və Ədəbiyyat Bölməsində magistr dərəcəsi alıb. Uzun illər müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) üzvü olub. Daimi olaraq 8 Mart Feminist Gecə Yürüşlərinə və LGBTİ+ Yürüşlərinə qatılır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının vəzifəsində təmsil olunub.
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl şəbəkə
Özəl şəbəkə və ya şəxsi şəbəkə — internet şəbəkəsində IP-ünvanların şəxsi ünvan məkanından istifadə edən kompüter şəbəkəsi. Bu ünvanlar adətən yaşayış, ofis və müəssisə mühitlərində yerli şəbəkələr (LAN) üçün istifadə olunur. Həm IPv4, həm də IPv6 spesifikasiyası şəxsi IP-ünvan diapazonlarını müəyyən edir. Özəl şəbəkə ünvanları heç bir xüsusi təşkilata verilmir. Hər kəs bu ünvanlardan regional və ya lokal internet reyestrlərinin təsdiqi olmadan istifadə edə bilər. Özəl IP-ünvan boşluqları əvvəlcə IPv4 ünvan tükənməsini gecikdirməyə kömək etmək üçün müəyyən edilmişdir. Özəl IP-ünvanından gələn və ya ona ünvanlanan IP paketləri ictimai internet vasitəsilə yönləndirilə bilməz. İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiya (IETF) İnternet Nömrələrinin Verilməsi Mərkəzinə (IANA) şəxsi şəbəkələr üçün aşağıdakı IPv4 ünvan diapazonlarını ehtiyatda saxlamağı tapşırmışdır: Praktikada bu diapazonları daha kiçik subnetlərə bölmək adi haldır.
Özal Yusifli
Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı. Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür. Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.
Özəl detektiv
Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv. Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır. Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir. Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar. Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir. Vikianbarda Özəl detektiv ilə əlaqəli mediafayllar var.
Əbdürrəhman Önül
Əbdürrəhman Önül (Türkçe: Abdurrahman Önül)( d. 1 dekabr 1973; Bayburt ) - türk ilahi sənətkarı, yazıçısı və bəstəkardır. 1 dekabr 1973-cü ildə Bayburtda anadan olub. İstanbul Fatih İmam Hatip Liseyini bitirdi. Uşaq ikən musiqiyə marağı olan Əbdürrəhman Önül bir çox özəl kursda musiqi oxudu və bir çox musiqi alətindən istifadə etdi. 1990-cı ildə Yalvar Allah'a albomu ilə musiqi bazarına girdi . Bazarda 30-dan çox albomu mövcuddur. Təxminən 10 ildir Türkiyə və Avropa 'da ən çox albomu satılan ilahi sənətçisi olma ünvanını əlində tutmaqdadır. Etdiyi bütün albümler Türkiyə 'də və özəlliklə Avropa ' da sıx maraq görmüşdür. Türkiyə 'nin yerli, regional, milli radio və televiziya kanallarında çoxlu sayda proqramlar yaymışdır.
Naxçıvan Özəl Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil müəssisəsidir. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. 2023-cü ilin fevralında yeni rektor Anar Kazımov olmuşdur. Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır. Professor-müəllim heyətinin normal fəaliyyəti, eləcə də tələbələrin yüksək təhsil alması üçün əlverişli şəraiti olan lazımi avadanlıqlarla təchiz edilmiş otaqlar, auditoriyalar və kabinetlər yaradılmışdır.
Özəl proqram təminatı
Özəl proqram təminatı — pulsuz və açıq mənbə proqram təminatı icmasının fikrinə görə, onun yaradıcısına, yayımçısına, digər hüquq sahibinə və ya hüquq sahibi tərəfdaşına müasir müəllif hüququ və əqli mülkiyyət hüququ ilə qanuni inhisar verən proqram təminatı. Bu, alıcını proqram təminatını sərbəst şəkildə paylaşmasının, onu dəyişdirməsinin, proqram təminatından özbaşına istifadə etməsinin (bəzi hallarda, bəzi patent yüklü və istifadə qaydaları ilə əlaqəli proqram təminatında olduğu kimi) və bununla da onların azadlıqlarını məhdudlaşdırmasının qarşısını alır. Özəl proqram təminatı qeyri-azad proqram təminatının alt çoxluğudur. Bu termin pulsuz və açıq mənbəli proqram təminatından fərqli olaraq müəyyən edilir. CC BY-NC kimi qeyri-kommersiya lisenziyaları mülkiyyət hüququ hesab edilmir, lakin azad deyillər. Özəl proqram təminatı qapalı mənbəli proqram təminatı və ya mənbədə mövcud olan proqram təminatı ola bilər. 1960-cı illərin sonlarına qədər kompüterlər – böyükhəcmli və bahalı meynfreymlər, xüsusi kondisionerli kompüter otaqlarındakı maşınlar satılmaq əvəzinə, adətən müştərilərə icarəyə verilirdi. Xidmət və mövcud olan bütün proqram təminatı adətən 1969-cu ilə qədər istehsalçılar tərəfindən ayrıca ödənişsiz təmin edilirdi. Kompüter satıcıları adətən müştərilərə quraşdırılmış proqram təminatının mənbə kodunu təqdim edirdilər. Proqram təminatı hazırlayan müştərilər çox vaxt onu pulsuz olaraq ictimaiyyətə təqdim edirdilər.
Bunu özün et
Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir. == Yaranış == "Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı. == Musiqidə == Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.
Dövlət-özəl tərəfdaşlığı
Dövlət-özəl tərəfdaşlığı (DÖT) — sosial əhəmiyyətli problemlərin qarşılıqlı faydalı şərtlərlə həll edilməsi üçün dövlət və biznes arasında orta və uzunmüddətli qarşılıqlı fəaliyyət formalarının məcmusu. == Tarixi == Sosial əhəmiyyətli problemlərin həlli üçün dövlət və özəl sektor arasında qarşılıqlı əlaqə, o cümlədən Rusiyada uzun tarixə malikdir. Bu, öz növbəsində, iqtisadi liberallaşmaya, qeyri-mərkəzləşdirməyə və özəlləşdirməyə doğru əhəmiyyətli keçidlə əlaqədar zəruri oldu. Bununla belə, DÖT son onilliklərdə ən aktual olmuşdur. Bir tərəfdən, sosial-iqtisadi həyatın mürəkkəbləşməsi dövlətin sosial əhəmiyyətli funksiyalarını yerinə yetirməsini çətinləşdirir. Digər tərəfdən, biznes yeni investisiya mülkləri ilə maraqlanır. DÖT həyati əhəmiyyətli, strateji əhəmiyyətli dövlət aktivlərinin özəlləşdirilməsinə alternativdir. Dövlət-özəl tərəfdaşlığın ən indikativ təcrübəsi Böyük Britaniyada toplanıb. == Konsepsiyanın məzmunu == Hökumət və biznes arasında qarşılıqlı əlaqənin hansı formalarının DÖT kimi təsnif edilə biləcəyi ilə bağlı ekspertlər arasında konsensus yoxdur. Geniş şərh DÖT-ni təkcə iqtisadiyyatda deyil, həm də siyasətdə, mədəniyyətdə, elmdə və s.
Bozul
Bozul (fr. Bozouls, oks. Boason) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Bozul kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12033. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 18 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2772 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1768 nəfər (15–64 yaş arasında) 1360 nəfər iqtisadi fəal, 328 nəfər hərəkətsiz (fəaliyyət göstərici 80,6%, 1999-cu ildə 76,6%) idi.
Oğul
Oğul sözünün bir neçə mənası ola bilər : Kişi cinsindən olan övlad; Yaşlı adamın gənc oğlana nəvazişlə müraciəti; Əlindən iş gələn, iş bacaran adam haqqında (misal üçün: oğul ona deyərəm ki, bu işi görsün).
Georgius Tzul
Georgius Tzul — Xəzər xaqanlığının son xaqanı. 1016-cı ilə qədər xaqan olmuşdur. Sonra isə əsir götürülmüşdür və Xəzər xaqanlığı da süqut etmişdir. 1016-1019-cu illərdə Bizansla müttəqfiq olan ruslar Bizansın köməyi ilə Xəzər xaqanlığına yürüşlər etməyə başladılar. Həmin dövrdə Bizans imperatoru II Basileiosun köməyilə Xəzər xaqanlığının tərkibində olan Tmutarakan şəhərinə hücuma keçən Kiyev knyazı I Svyatopolk şəhəri və ətrafını ələ keçirmişdir. Döyüşdə məğlub olan Georgius Tzul isə əsir alınmışdır. Xaqan xristianlığı qəbul etmiş və Arbon adını götürmüşdür. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook.
Münir Özkul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına baxmayaraq heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Münir Özqul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına baxmayaraq heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Ozal İbrahimli
İbrahimli Ozal Ramiz oğlu (13 yanvar 1992, Bakı) — jurnalist. "Azad Azərbaycan" Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri. 1992-ci il yanvarın 13-ü Bakı şəhərində anadan olub. 2009-cu il Binəqədi rayonu 283 saylı tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib. 2011-ci ildə jurnalist kimi fəaliyyətə başlayıb. 2011-2015-ci illərdə Azxeber.com informasiya portalında müxbir və redaktor vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Xəzər TV-də yayımlanan “Avtostop” proqramında aparıcı-müxbir kimi fəaliyyətini davam etdirib. 2016-2021-ci illərdə “ARB Media Qrup”da redaktor, baş redaktor, mətbuat katibi və media şöbəsinin rəhbəri olub. 2021-ci ildən “Azad Azərbaycan” MTRK-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır Ailəlidir, 2 övladı var.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.
Oğul (film)
Oğul sənədli filmi — 2022-ci ildə təqdimatı keçirilən sənədli film nəzərdə tutulur. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. “Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: Bu ad doğrudan da yadımda deyil.