Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zümrüd Axundova
Zümrüd Qulam qızı Axundova (1 mart 1912, Nuxa – 7 dekabr 1961, Bakı) — İlk azərbaycanlı qadın alim, pedoqoq, tanınmış ziyalı. == Həyatı == Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb : 15(!) yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929-cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931-ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşqul olub.
Zümrüd Bağırova
Zümrüd Bəxtiyar
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. == Həyatı == Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin Qala filmi olmuşdur. == Aparıcı olduğu verlişlər == ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012)"Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013)"El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı"ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq"Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou"Antenn Radio 101 FM "Avto Club" radio verlişXəzər TV "Donə bilsəm" (2020-2021) == Teatr səhnəsində oynadığı rollar == === Azərbaycan Dövlət Yuğ Teatrı === === Mingəçevir Dövlət Dram Teatrı === === "M-Teatr" Müstəqil Teatrı === === "OYUN" müstəqil-inklüziv teatrı === == Filmoqrafiya == Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
Zümrüd Dadaşzadə
Zümrüd Araz qızı Dadaşzadə (2 iyun 1962, Bakı) – Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor. == Həyatı == Zümrüd Dadaşzadə 1962-ci il iyunun 2-də Bakıda ədəbiyyatçılar ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1985-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hal-hazırda Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989–1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) oxuyub. 1985–1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. 1990–2007-ci illərdə İttifaqın İdarə Heyətinin üzvü olub. == Elmi və çoxsahəli fəaliyyət == 1988-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasında dərs deyir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (1997), dosent (2001), professordur (2013). 2011-ci ildə Z. Dadaşzadəyə Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib.Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur.
Zümrüd Məmmədova
Məmmədova Zümrüd Mövlud qızı — xanəndə, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, Dosent, BMA-nın böyük elmi işçisi, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti. == Həyatı == Zümrüd Məmmədova 18 aprel 1956-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində doğulmuşdur. Atası Mövlud tarixçi və eyni zamanda gözəl tar ifaçısı olmuş, anası Əminə ədəbiyyat müəlliməsi və həmçinin gözəl heykəltaraş, rəssam olmuşdur. İncəsənətə ruhən bağlı ailənin ilk övladı Zümrüd musiqi təhsilini Asəf Zeynallı adına Musiqi kollecində almış, paralel olaraq isə tibb kollecində də oxumuşdur . Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş buranı da fərqlənmə diplomu ilə başa vurmuşdur. İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olmuşdur. Peşəkar səhnəyə gəldiyi 1974-cü ildən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, 100-ə yaxın avropa ölkəsində (Yaponiya, Amerika, Fransa, Norveç, İsveç, Avstriya, Almaniya və s.) çox saylı Ərəb və Afrika ölkələrində festivallarda, qastrol səfərlərində Azərbaycan xalqının milli dəyərlərini, muğamlarımızı təmsil edərək bayrağımızı göyə qaldırmışdır (Vyetnamda Xalqlar Dostluğu medalı (1980), Yaponiyada Min-On (İpək Yolu) festivalı (1989) , Norveçdə festivalın lureat adına (1984), Babil festivalında laureat adına (1989) layiq görünmüşəm) və s. bir çox ölkələrdə uğurlar qazanmış, bayrağımızı yüksəltmiş, laureat adlarını qazanmışdır. 1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solistidir. İncəsənət Universitetinin dostenti və müəllimi olmuşdur.
Zümrüd Qasımova
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. == Həyatı == Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin Qala filmi olmuşdur. == Aparıcı olduğu verlişlər == ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012)"Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013)"El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı"ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq"Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou"Antenn Radio 101 FM "Avto Club" radio verlişXəzər TV "Donə bilsəm" (2020-2021) == Teatr səhnəsində oynadığı rollar == === Azərbaycan Dövlət Yuğ Teatrı === === Mingəçevir Dövlət Dram Teatrı === === "M-Teatr" Müstəqil Teatrı === === "OYUN" müstəqil-inklüziv teatrı === == Filmoqrafiya == Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
Zümrüd Quluzadə
Quluzadə Zümrüd Əliqulu qızı (17 mart 1932, Bakı – 26 sentyabr 2021, Bakı) — Azərbaycanın Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim. == Həyatı == Zümrüd Quluzadə 17 mart 1932-ci ildə ziyalı ailəsində anadan olmuşdur. 1939–1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, oranı da fərqlənmə ilə bitirmişdir. 1954-cü ildən 1957-ci ilə kimi V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gəlmişdir. Hazırda həmin İnstitutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Z. Quluzadə 26 sentyabr 2021-ci ildə səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib. O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. == Elmi fəaliyyəti == Zümrüd xanımın namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə — hürufiliyə və Azərbaycanda onun nümayəndələrinə həsr olunmuşdur. Onun Hürufilik və onun Azərbaycandakı nümayəndələri kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini Təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər.
Zümrüd Qurbanhacıyeva
Zümrüd Qurbanhacıyeva (20 noyabr 1975; Xəzər, Rusiya SFSR) — 1998–2001-ci illərdə Rusiyanı, 2004–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Həyatı == Zümrüd Baxmudovna Qurbanhacıyeva 1975-ci il noyabrın 20-də Rusiyanın Xəzər şəhərində anadan olub. 1986-cı ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Qurban Qurbanovdur. == Karyerası == Zümrüd Qurbanhacıyeva 1988, 1999 və 2001-ci illərdə Rusiya Çempionatının qalibi olub. Beynəlxalq turnirlərdə isə 1998-ci ildə Bratislava şəhərində baş tutan Avropa Çempionatını dördüncü pillənin sahibi olan Zümrüd Qurbanhacıyeva, 1999-cu ildə Poznan şəhərində (Polşa) baş tutan Dünya Çempionatını 5-ci, 2000-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 6-cı, 2001-ci ildə isə növbəti dəfə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurub. 2004-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zümrüd Qurbanhacıyevanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Zümrüd Qurbanhacıyeva həmin dəvəti qəbul elədi və 2004-cü ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2004-cü ildə Zümrüd Qurbanhacıyeva əvvəl Tunisdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 11-ci pillənin, sonra isə İspaniyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 4-cü pillənin sahibi oldu və nəticələrə əsasən Afina Olimpiadasını lisenziya qazana bilmədi.
Zümrüd Qurbanov
Zümrüd Qurbanov (1963, Qızılhacılı, Marneuli rayonu – 13 noyabr 2020, Qızılhacılı, Kvemo-Kartli) — Gürcüstan ictimai-siyasi və dövlət xadimi. "Qeyrət" Xalq Hərakatının liderlərindən biri, 1995-1999-cu illərdə Gürcüstan Parlamentinin deputatı. Gürcüstan Vətəndaşlar İttifaqının önəmli funksionerlərindən biri. == Həyatı == 1963-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Qızılhacılı kəndində anadan olmuşdur. === Vəfatı === 13 noyabr 2020-ci ildə 57 yaşında qəfildən dünyasını dəyişmişdir.
Zümrüd Xanmaqomedova
Zümrüd Xanmaqomedova (22 mart 1915, Dağıstan vilayəti – 2001, Dərbənd, Dağıstan) — Tabasaran şairi və müəllimi, ali təhsil alan ilk qadın, eyni zamanda ilk tabasaranlı şairə. == Bioqrafiyası == 1915-ci ildə Dağıstan vilayəti, Xiv rayonu, Kondik kəndində anadan olmuşdur. Ən böyük alim-tarixçi, inqilabdan öncəki Dağıstan maarifçisi Mirzə Həsən Əlqədarinin nəvəsidir. Rus zabiti olan atası Hacı-Kurban (1877-1938) 1937-ci ildə tutulur və 1938-ci ildə güllələnir. Ölümündən bir müddət sonra isə ona bəraət verilir. Qardaşı Beydullah Xanmaqomedov (1927-1997) filologiya elmləri doktoru, professor, əməkdar müəllim və elm xadimi, görkəmli dilçi, Tabasaran dili üzrə tanınmış mütəxəssis olmuşdur. Xalça texnikumu ləğv edildikdən sonra, 19 yaşında Dərbənd müəllimlər məktəbinə daxil olur. Sonra Xiv məktəbində ibtidai sinif müəllimi işləyir, burada ona riyaziyyat və fizika müəllimliyi həvalə olunur. İkinci Dünya müharibəsi illərində Zümrüd 1948-ci ildə uğurla bitirdiyi Mahaçqala şəhərindəki Fizika və Riyaziyyat fakültəsinin Pedaqoji İnstitutuna daxil olur. Məzun olduqdan sonra məktəbə riyaziyyat, fizika və astronomiya müəllimi olaraq qayıdır.
Zümrüd Yağmur
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Zümrüd quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Zümrüd
right|thumb|Zümrüd kristalı Zümrüd (köhnə adı: smaraqd - lat. smaragdus sözündən (yun. σμάραγδος, smáragdos)) — 1-ci sinfə aid olan bahalı daş. Böyük saf tərkibə malik olan bu daş 5 karat ölçüsündə almazdan bahadır. Ən böyük zümrüd yataqları Muso (Kolumbiya), Tranavaale (CAR) və Uralda (Rusiya) yerləşir. == İnsan orqanizmində əhəmiyyəti == Zümrüd - mənəvi harmoniya bəxş edir, iş qabiliyyətini yüksəldir, ürəyi, böyrəkləri, ağ ciyəri, əsəb sistemini müalicə edir. Zümrüdə uzun müddət baxmaq göz işığını bərpa etmək qabiliyyətini yüksəldir. Bu daşın fəaliyyətini gücləndirmək üçün onu az müddətə qırmızı şəraba salırlar .
Yurdumun Zümrüd Tacı (1990)
Yurdumun zümrüd tacı (film, 1990)
Zümrüd Abıyeva
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Naxçıvan zümrüdü
Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü. == Ümumi məlumat == Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar. Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir. Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir.
Atropatan zümrüdçiçəyi
Atropaten zümrüdçiçəyi
Birillik zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Qafqaz zümrüdçiçəyi
Qafqaz zümrüdçiçəyi (lat. Scilla siberica subsp. caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinin sibir zümrüdçiçəyi növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı 6-20 sm hündürlükdə ot bitkisidir. Soğanaq enli-yumurtavari, bəzən yumurtavari, 2,8 sm hündürlükdə, 2,2 sm enindədir. Boz, bəzən qara qınla örtülüdür. Yarpaqları 2-4 ədəd, yaşəl, enli-xətvari, 6-15 mm enində, gövdədən qısa, təpə hissədə qapacıq var. Çiçək qrupu çox və ya az salxımdır.
Sibir zümrüdçiçəyi
Sibir zümrüdçiçəyi (lat. Scilla siberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. Scilla L. - cinsinin latınca adı əvvəllər bu bitkinin aid edildiyi dəniz soğanı cinsinə mənsubdur. Məlum olan 80 növdən gülçülükdə təxminən 10 növündən istifadə edilir: aşağıdakı növlər xüsusilə məşhurdurlar: İkiyarpaqlı zümrüdçiçəyi (S. bifolia) mavi gülləri olan alçaqboylu, çoxillik bitkidir. Ağ, çəhrayı və bənövşəyi çiçəkləri olan bağ formaları vardır. Sibir zümrüdçiçəyi (S. sibirica) sallaq, mavi, bəzən ağ rəngdə çiçəkləri olan bitkidir. Bu növ 1796-cı ildən gülçülükdə istifadə olunur. Zümrüdçiçəyi çox rütubətli şəraitdə yaxşı bitir. Onu adətən gölməçələrin yaxınlığında əkirlər. Bitkini otaq şəraitində də yetişdirmək olar.
Sibir zümrüdçiçәyi
Hündürlüyü 30 sm-ə qədər olan bitkidir.Soğanağı yumurtaşəkilli və ya şaraoxşaryumurtaşəkillidir,uzunluğu 2 sm-ə qədər və eni1,5-2 sm-dir, tünd-qonur rəngli qınla örtülmüşdür. Gövdəsi yastıtəhər olub, bir soğanaqdan 1-4 ədəd çıxır. == Yarpaq == Yarpaqları 2-4 ədəddir, yaşıldır, enlixətvaridir,eni 10-20 mm-dir, qaidəsinə doğru daralandır, təpə hissədə qalpaqcığı vardır. == Çiçək == Çiçəkləri göy rəngdədir, seyrəkçiçəkli salxımda toplanmışdır, kiçik ağ çiçəkaltlığı vardır; çiçək saplağı çiçəyə bərabər və ya ondan qısadır. Çiçəkyanlığının yarpaqcıqları 12-13 mm uzunluqdadır, uzunsov-xətvaridir,kütdür. == Meyvə == Meyvələri şarşəkilli qutucuqdur. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-May == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal.Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühüti == Meşələrdə, meşə kənarındavə kolluqlarda rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dekorativ bitkidir.
Zümrüdçiçəkvari puşkiniya
Zümrüdçiçəyi
Zümrüdçiçəyi (lat. Scilla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Zümrüdçiçəyi (Scilloideae)
Şümrüd
Şümrüd — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Zümrüt Cansel
Zümrüt Cansel (23 mart 1963, Böyük Britaniya) – Türk aktrisasıdır. Anası aktrisa Feri Cansel olub. Zümrüt Canselin əsl adı "Zümrüt Vedjhi"dir. Zümrüt Canselin ilk iştirak etdiyi film "Hababam Sınıfı Dokuz Doğuruyor" adlı komediya janrlı filmdir. Onun həyat yoldaşı Eser Özaltınderendən üç övladı vardır.
Şümrüd bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənnşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu.Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir.Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur.Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.1913-cü ildə Kiyev şəhərində fəaliyyət göstərən "Ekstrafon" aksioner şirkətindən dəvət alan Cümşüd Kiyevə getmiş və burada "Segah", "Mahur", "Rast" muğamlarını və bir neçə təsnifi qrammofon valına yazdırmışdır.Malıbəyli Cümşüd 1915-ci ildə, təqribən 70 yaşında Şuşada vəfat etmişdir.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). == Həyatı == Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. 1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur. === Ailəsi === Ailəlidir, iki övladı, üç nəvəsi var. Arvad-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə == Elmi fəaliyyəti == 2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir.
Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, Naxçıvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. == Fəaliyyəti == 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri 1951–1952-ci ildə Azərbaycan Dövlət Unversitetində (indiki BDU) kimya fakültəsinin dekanı ,1957-1982-ci illərdə qeyri-üzvi kimya kafedrasının müdiri vəzifələrində işləmişdir. Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir. Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. 300-dən çox elmi əsərin müəllifidir. Elmi-pedaqoji kadrların hazırlanmasında xidməti var.1966–1967-ci illərdə Almaniya Demokratik Respublikasında, 1974-cü ildə Yaponiya, 1977-ci ildə Şotlandiya, Suriya və Çexoslovakiyada beynəlxalq konfrans və konqreslərdə məruzələr etmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, SSRİ-nin və Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülmüşdür. == Əsərləri == Qeyri-üzvi kimya terminologiyası, B., 1939; Azərbaycanca üzvi kimya terminologiyasının prin-sipləri haqqında, B., 1941; Qeyri-üzvi kimya praktikumu, B., 1979; Распространение микроелементов в каустобиолитах, организмах, осадочных породах и пластовых водах, Б., 1960.
Cümşüd İbrahimli
Cümşüd Rəşid oğlu İbrahimli (1941, Borçalı) — rəssam. == Həyatı == 1941-ci ilin May ayının 28-də Gürcüstan Respublikasının Marneuli şəhərində (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə isə Marneuli 1 saylı Azərbaycan orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cümşüd iki il istehsalatda çalışdıqdan sonra, 1964-cu ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltaraşlıq" fakültəsinə verir və oraya daxil olur. İki ay oxuduqdan sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cü ildə oranın tam kursunu bitirmişdir. Təyinatla Bakıya gələn (1973) cavan heykəltaraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilir. "Sovet Azərbaycanının portret heykəltaraşlığı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır. Heykəltaraş Cümşüd Rəşid oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir.
Cümşüd Əsgərov
Əsgərov Cümşüd Cümşüd oğlu — Azərbaycan Silahlı Qüvvələrinin , Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Cümşüd Əsgərov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Nimrud
Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcüd olur və eyniadlı əyalətin mərkəzinə çevrilir. Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb.
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. == İbrahim peyğəmbər və Nəmrud == (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 40 km şimal-şərqdə, Şotalı çayının sahilində yerləşir. == Coğrafiyası və iqlimi == Toponim Azərbaycan dilinin yazıya qədərki dövründə «dağ» mənasında işlənən kur sözünə -ud şəkilçisinin artırılmasından düzəlib «dağlıq, uca, yüksək yerdə yerləşən kənd, yaşayış yeri» mənasını verir. Relyeflə bağlı yaranan toponimdir. Kurud kəndi uca dağlıq bir yerdə yerləşir. Deməli, kəndin adı ilə onun yerələşdiyi yer arasında bir eynilik vardır. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 145 nəfər, 1922-ci ildə 172 nəfər, 1926-cı ildə 185 nəfər, 1931-ci ildə 220 nəfər, 1987-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur.
Murud
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlik ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.