Otello
Otello (ing. The Tragedy of Othello, the Moor of Venice) — Vilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır.
Oyun dörd ana xarakter ətrafında dönür: Otello — Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara — irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir.
Otello — Venesiya ordusunda general, baş qəhrəman
Desdemona — Otellonun həyat yoldaşı
Iago — Otellonun praporşiki
Cassio — Otellonun leytenantı
Emilia — Iagonun həyat yoldaşı və Desdemonanın qulluqçusu
Bianca — Cassionun sevgilisi
Brabantio — Venesiyalı senator və Desdemonanın atası
Roderigo — saf venesiyalı, Desdemonaya aşiq
Venesiya baş naziri
Gratiano — Brabantionun qardaşı
Lodovico — Brabantionun qohumu
Montano — Otellonun Kirpdəki Venesiya əsilli sələfi
Clown — xidmətçi
Senatorlar
Dənizçilər
Zabitlər, cənablar, carçılar, elçilər, musiqiçilər və başqaları
Hadisə Venesiya və Kiprdə baş verir.