oynaq

is. anat. 1) articulation f ; ~ revmatizmi rhumatisme m articulaire ; 2) sif. espiègle, polisson, -ne vi||f, -ve, fringant, -e ; pétulant, -e (uşaq haqq.)

oynağan
oynaqlamaq
OBASTAN VİKİ
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Temporomandibular oynaq
Temporomandibular oynaq (lat. articulátio temporomandibularis) kəllə sümüyünün alt çənəsi hissəsini kəllə kökü ilə birləşdirən qoşa diartrozdur. Alt çənə sümüyünün baş hissəsi və mandibulyar fossa tərəfindən əmələ gəlmiş temporal sümüyün ellipsoidal ikioxlu birləşməsidir. Oynağın unikal formalaşması oynaq kapsulu ilə birləşərək oynaq kapsulunun boşluğunu iki ayrı hissəyə ayıran oynaqdaxili diskdir. Birləşmənin formalaşması intrauterin inkişafının 12-ci həftəsində baş verir. Temporomandibular birləşmə anatomik olaraq iki ayrı-ayrı troklear oynaqların (sol və sağ) funksional birləşməsini təmsil edən qarışıq birləşmə şəklidir. Aşağı çənənin baş hissəsinin (lat. cáput mandibuláre) və temporal sümüyün oynaq vərəminin (lat. tuberculum articulare) oynaq səthləri onlar arasında yerləşən lifli oynaqdaxili qığırdaq (lat. díscus articuláris) ilə tamamlanır və bu da öz növbəsində kənarları ilə artikulyar kapsula qədər böyüyərək oynaq boşluğunu iki ayrı hissəyə ayırır.
Üzük-qalxanabənzər oynaq
Üzük-qalxanabənzər oynaq (lat. articulatio cricothyreoideum) — qırtlağa aid oynaq. Qalxanabənzər qığırdağın hər bir aşağı buynuzu üzüyəbənzər qığırdağın üzərindəki lat. facies articularis thyreoidea ilə birləşərək üzük-qalxanabənzər oynağı əmələ gətirir. Sağ və sol üzük-qalxanabənzər oynaqlar bir vaxtda işlədikləri üçün quraşdırma oynaqlardan hesab olunur. Bunların bir ümumi frontal oxu var. Qalxanabənzər qığırdaq bu oxun başına hərəkət edərək gah çalovabənzər qığırdaqdan uzaqlaşır gah da ona yaxınlaşır. Qalxanabənzər qığırdağın aşağı kənarı ilə üzüyəbənzər qığırdağın qövsü arasında orta xətdə lat. lig. cricothyreoideum adlanan bağ çəkilmişdir.
Üzük-çalovabənzər oynaq
Üzük-çalovabənzər oynaq (lat. articulatio cricoarytenoidea) — qırtlağa aid oynaq. Üzük-çalovabənzər oynaq çalovabənzər qığırdağın əsasındakı lat. facies articularis cricoidea üzüyəbənzər qığırdağın səfhəsi üzərindəki lat. facies articularis arytenoidea ilı birləşməsindən əmələ gəlmişdir. Bu oynağın kapsulu nazikdir və arxa tərəfdən bir bağ — lat. lig. cricoarytenoideum posterius vasitəsilə möhkəmlənmişdir. Çalovabənzər qığırdaq bu oynaqda öz oxunun başına hərlənərək önə, arxaya, içəri və bayır tərəfə hərəkət edir.
Bilək-əldarağı oynaqları
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.

Значение слова в других словарях